Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   70   71   72   73   74   75   76   77   ...   94

 224
O, şəklə baxır – O, baxır şəklə (tamamlıq) 
O, yaxşı oxuyur – O, oxuyur yaxşı (zərflik) 
Yaz gəlir – Gəlir yaz (mübtəda) 
 
Rus dilində tabeli mürəkkəb cümlələrdə bağlayıcı 
əvəzliklərdən (“который”, “где”, “когда”, “как” və  s.) is-
tifadə olunur və adətən budaq cümlə baş cümlədən sonra gəlir. 
Bu qayda da rusdillilər tərəfindən türk dilində “sınaqdan 
keçirilir” və  ədəbi dilimizə yad “hansı ki”, “harada ki”, “nə 
vaxt ki”, “necə ki” və s. ifadədələrdən  yersiz istifadə olunur. 
Halbuki, bu zaman uyğun feili sifət tərkiblərindən istifadə 
etməklə, geniş sadə cümlə qurulmalıdır. Məsələn: 
 
Mı idyom tuda, qde on rodilsya 
Biz ora gedirik, harada ki, o, doğulub (səhv) 
Biz onun doğulduğu yerə gedirik (düzgün) 
 
Day mne kniqu, kotoraya mne nravitsya 
Kitabı mənə ver, hansı ki, mənim xoşuma gəlir (səhv) 
Xoşuma gələn kitabı mənə ver (düzgün) 
 
Milli varlığımızın əsas ünsürü kimi ana dilimizi qorumaq
yaşatmaq və yüksəltmək müqəddəs borcumuzdur. Bunu dərk 
etməyən, milli hislərdən məhrum şəxslərin qiyməti unudulmaz 
şairimiz Tofiq Bayramın “Ana dili” şeirində gözəl verilmişdir: 
 
Qalxıb Şahdağına söz istəyirəm,  
Çatsın hay-harayım dinləyənlərə, 
Mən nankor deyirəm, nacins deyirəm 
Öz ana dilini bilməyənlərə! 
 
Bu dil şirinlikdə şərbət kimidir, 
Saflığı qorunan sərhəd kimidir, 
Anamız Vətən də qürbət kimidir 
Öz ana dilini bilməyənlərə! 
 
 


 225
Beyninə girmədi, ana öyüdü, 
Əsilsiz yaşayıb o küt böyüdü, 
Görüm haram olsun ananın südü 
Öz ana dilini bilməyənlərə! 
 
Bu gün azad dilli Azərbaycanam, 
O taylı, bu taylı vahid bir canam, 
Baxır ögey kimi ağbirçək anam 
Öz ana dilini bilməyənlərə! 
 
Nankorun qızıldan olsa dirəyi  
Dar gündə millətin olmaz gərəyi. 
Haramdır Vətənin halal çörəyi 
Öz ana dilini bilməyənlərə!  
 
  
Türk xalqlarında ortaq ədəbi  
dil problemi 
 
Türk xalqlarında  hər cəhətdən ən çox inkişaf etmiş ədəbi 
dil Türkiyə türkcəsidir. Belə ki, yazılmış elmi və  bədii 
kitabların sayına, elektron vasitələrdə istifadəsinə, dövlət dili 
kimi inkişaf səviyyəsinə, həmçinin bu türkcədə danışanların 
sayına (80 milyaona yaxın) görə bu ədəbi dil digər türk 
ləhcələrindən xeyli öndədir. Ona görə  də  məhz Türkiyə 
türkcəsinin ortaq ədəbi dil kimi qəbul olunması daha real 
görünür. Lakin o da məlumdur ki, müasir Türkiyə türkcəsi 
digər türk ləhcələrindən, xüsusən qıpçaq ləhcələrindən xeyli 
fərqlənir. Türkiyə türkcəsindən çox cüzi fərqlənən Azərbaycan 
türkcəsi isə leksik, qrammatik və fonetik cəhətdən daha 
universaldır. Belə ki, Azərbaycan türkcəsi digər türk 
ləhcələrinin, hətta qıpçaq ləhcələrinin də az da olsa müəyyən 
xüsusiyyətlərini özündə daşıyır (çünki bu ərazidə vaxtı ilə 
oturaq qıpçaq tayfaları (albanlar və s.) da yaşamış, sonradan 
oğuzlarla qaynayıb qarışmışlar). Həmçinin Azərbaycan türk-
cəsində danışanların sayının kifayət qədər çox (dünyada 60 
milyona yaxın) olduğunu da nəzərə alsaq ortaq ədəbi türkcənin 


 226
yalnız Türkiyə türkcəsi yox, Azərbaycan və Türkiyə türkcələri 
əsasında yaradılması ideyasını da kifayət qədər real görmək 
olar. 
Azərbaycan və Türkiyə türkcələrinin qrammatikaları de-
mək olar ki, eynidir, əsas fərq isə fonetikadadır. Qrammatikalar 
o qədər yaxındır ki, hətta çoxvariantlılığı qəbul etmək şərti ilə 
hər iki türkcənin vahid (ortaq) qrammatikasını da yaratmaq 
mümkündür. Lakin təəssüf ki, bir neçə  səs fərqi vahid əlifba 
tərtib etməyə imkan vermir. Bu türkcələrdə vahid əlifbanın ya-
radılmasına əngəl olan səs fərqləri Cədvəl–2-də göstərilmişdir.  
 
Cədvəl-2 
Azərbaycan 
türkcəsində işlənən 
və Türkiyə 
türkcəsində 
işlənməyən və ya 
ayrıca hərflə ifadə 
olunmayan səslər 
Türkiyə türkcəsində qarşılığı 

h   (xan-han) 
k   (yox-yok)  

k   (qan-kan) 
g   (yalnız yazılış fərqi var, tələffüs eynidir: 
     qalib-galib) 
ə 
e   (yalnız yazılış fərqi var, tələffüs eynidir: ət-et) 
a   (yalnız əcnəbi sözlərdə: ədalət-adalet) 
 
Bu cədvəldə qeyd olunanlardan başqa başqa e - i  (getmək
gitmək), ğ - g (duyğuduygu) kimi cüzi səs fərqləri də vardır ki, 
bu fərqlər ortaq ədəbi dil və əlifba formalaşdırmağa o qədər də 
əngəl deyil. Belə ki, yaradılacaq ortaq ədəbi dildə bu vari-
antlardan birini və ya ikivariantlılıq kimi hər ikisini paralel 
qəbul etmək olar. Çünki, belə ikivariantlılıq  ədəbi dilimizdə 
artıq mövcuddur. Məsələn, həyanhayan, qəhmərqahmar, qə-
mişqamış və s.  


 227
Vahid  ədəbi dilin formalaşdırılmasında leksik məsələ fo-
netik və qrammatik məsələyə nisbətən daha asan həll olunan-
dır. Belə ki, türk mənşəliliyi əsas götürməklə türkcələr arasında 
fərqli sözlərin qarşılıqlı alınması (şifahi nitqdə və lüğət kitabla-
rında) yolu ilə ortaq leksikanın formalaşmasına nail olmaq olar.  
Ortaq ədəbi dili formalaşdırmaq üçün tədqiqatlarla yanaşı 
mütləq  təbii yaxınlaşma prosesinə  də  şərait yaradılmalıdır. 
Ləhcələrin təbii yaxınlaşmasına isə türk xalqları arasında canlı 
ünsiyyətin inkişaf etdirilməsi  şərait yarada bilər. Canlı ünsiy-
yətə və nəticədə ləhcələrin təbii yaxınlaşmasına təkan verəcək 
iki əsas amil var:  
 Milli telekanalların bütün türk resbublikalarında birbaşa 
və maneəsiz qarşılıqlı yayımı;  
– Ticarət və  mədəni  əlaqələrinin maksimum inkişaf et-
dirilməsi. 
Təəssüf ki, keçmiş SSRİ tərkibində olmuş beş türk respub-
likasının müstəqillik qazanmasından 20 ildən çox bir müddətin 
keçməsinə baxmayaraq bu müddətdə canlı ünsiyyət və ləhcələ-
rın təbii yaxınlaşma prosesi yalnız müəyyən səviyyədə Azər-
baycan və Türkiyə türkcələri arasında baş vermişdir. Çox təəs-
süf ki, bütün türk ləhcələri arasında bu yaxınlaşmanı həya-
ta keçirmək üçün 20 illik bir dövrü artıq itirmişik!  
 
 
2. Türk tarixi 
 
Türk dövlətçiliyi tarixində təhrif 
olunmuş məqamlar 
 
Türk milləti dövətçilik tarixi çox qədimlərə söykənən mil-
lətlərdən biridir. Zaman-zaman “Avropamərkəzçilik”, həm-
çinin sovet tarixşünaslığında türklüyə ögey, qərəzli münasibət 
türk dövlətçiliyi tarixinin düşmənlərimizin xeyrinə  təhrif 
olunmasına gətirib çıxarmışdır. 30-40 il öncəyə  qədər Türk 
dövlətçiliyi tarixi Orta Asiyada m.ö. 220-ci ildə yaranmış Hun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə