221
boyu qoruyub-yaşatdığımız gözəl
dilimizin ana prinsiplərinə,
qrammatik özəlliklərinə zidd, rus dilinə məxsus ünsürlərdir.
Yazılı və şifahi nitqdə ədəbi dilimizi korlayan bu rus
ünsürləri özünü həm leksik, həm fonetik, həm də qrammatik
xətalarda göstərir.
Leksik xətalar, yəni, rus sözlərindən yersiz istifadə təkcə
rusdilli şəxslər yox, bütün əhali arasında geniş yayılmışdır.
Bunun səbəbi əsasən Sovet dövründə mövcud
olmuş bir çox
ənənələrin (idarə və müəssisələrdə rəsmi sənədlərin, rek-
lamların, küçə elanlarının, bədii filmlərin, televiziya ve-
rilişlərinin, elmi kitabların və s. rus dilində olması) müəyyən
dərəcədə bu günə kimi saxlanılmasıdır. Bu isə dil sahəsində
milli islahatların çox ləng getməsi ilə əlaqədardır. Təkcə onu
demək
kifayətdir ki, telekanallarda xarici dildə olan
verilişlərin, o cümlədən filmlərin rəsmi yasaqlanması
müstəqillik əldə olunandan 16 il sonra həyata keçirilmişdir. Bu
gün reklamlarda, küçə elanlarında, hətta rəsmi sənədlərdə belə
rus dilindən və rus sözlərindən geninə-boluna istifadə olunur.
Bəzən dilimizdə işlənən rus sözlərinin türkcə qarşılığının guya
“yaxşı çıxmadığından” rusca deyilməli olduğunu qeyd edirlər.
Halbuki, bu tamamı ilə nisbi məsələdir və hər şey müəyyən
amillərin (təhsil, rəsmi sənədlər, reklamlar, küçə elanları,
televiziya verilişləri, bədii filmlər və s.) insan yaddaşına
təsirindən yaranan vərdişdən asılıdır.
Leksik xətalardan fərqli
olaraq fonetik və qrammatik
xətalar yalnız rusdilli şəxslərdə müşahidə olunur.
Fonetik xətalara əsasən aşağıdakılar aiddir:
-
Açıq hecalarda vurğunun rus vurğusu kimi (uzanan
şəkildə) tələffüz edilməsi; məsələn,
bilirəm, aparıram, gedə-
gedə kimi
sözlərdə -
li, -rı və -də hecalarındakı saitlər uzun
tələffüz olunur.
-
Bir çox alınma (əsasən yunan və latın mənşəli) sözlərdə
bəzi səslərin rus dilinə məxsus şəkildə tələffüzü. Məsələn,
informasiya-informatsiya, texnika-çexnika, teatr-çeatr, televizi-
ya-çeleviziya, ideya-iceya (və ya idzeya) və s. Acınacaqlı haldır
222
ki, televiziya və radio aparıcılıarının demək olar ki, hamısı bu
xəta ilə danışırlar. Bu mənfi ənənənin əsası sovet dövründə
qoyulmuşdur. Həmin aparıcılar bu səslərlə danışmağı ədəbi dil
qaydası kimi qəbul edirlər. Onlar bu səslərin
dilimizə aidiyyəti
olmayan rus ünsürü olduğunu və ədəbi dilimizə gətirilməsinin
yolverilməz olduğunu bilməmək dərəcəsindəmi savadsızdırlar?
Bu növ xətalara həmçının latın və yunan mənşəli sözlərdə
“o” səsinin
“a” kimi tələffüzü də daxildir. Təəssüf ki, rus
dilinin bu qaydasının həmin sözlərdə yersiz tətbiqi ədəbi
dilimizdə vaxtı ilə qəbul edilmişdir. Amma onsuz da danışıqda
romana
–“raman”, polisə
– “palis”, noyabra
– “nayabr” de-
yən yalnız rusdillilərdir.
Rusdillilərin
qrammatik xətalarına şəkilçi
və sintaktik
xətalar daxildir.
Şəkilçi xətaları əsasən aşağıdakılardan
ibarətdir:
-İkinci növ ismi birləşmələrdə mənsubiyyət şəkilçisinin
işlədilməməsi (rus dilində qeyri-müəyyənlik bildirən yiyəlik
hal və mənsubiyyət şəkilçisinin yoxluğu üzündən). Məsələn,
Musiqi Akademiyası – “Musiqi Akademiya”, dünya iqtisadiy-
yatı – “dünya iqtisadiyyat” və s.
-Şərt şəkilçisinin işlədilməməsi (rus dilində şərt şəkilçisi
olmadığından). Məsələn, “
əgər gedirsə” əvəzinə
“əgər gedir”,
“əgər varsa” əvəzinə
“əgər var” və s. Təəssüf ki, bu xəta
təkcə rusdillilər yox, güneyli soydaşlarımızda da fars dilinin
təsirindən (fars dilində də rus dilində olduğu kimi ayrıca şərt
şəkilçisi yoxdur) yaranmışdır.
Sanki onlar da dilimizdə -sa
2
şərt şəkilçisi olduğunu tamamı ilə unudublar.
-Keçmış zamana aid şəkilçilərin öz yerində düzgün
işlədilməməsi. Rus dilindən fərqli olaraq dilimizdə feil şəkil-
çiləri, o cümlədən feilin keçmiş zaman şəkilçiləri və keçmiş
zamana aid digər hallar daha zəngindir. Bunu Cədvəl–1-dəki
misallardan daha aydın görmək olar.
Cədvəldəki misallardan göründüyü kimi dilimizdə keçmiş
zamana aid bir neçə qrammatik halın rus dilində yalnız bir
qrammatik formada qarşılığı mövcuddur. Halbuki, dilimizdəki
223
bu ifadələrin hər birinin öz işlənmə yeri vardır və birini
digərinin yerində işlətmək olmaz. Rusdillilər isə bunu yaxşı
bilmədiklərindən ciddi xətalara yol verirlər.
Burada əsasən bir
şeyi nəzərdə saxlamaq lazımdır ki, danışan şəxs baş vermiş
hadisəni özü görməyibsə və yalnız başqasından xəbər tutubsa,
o, şühudi keçmiş zaman şəkilçisindən
(“-dı
4
) və
“idi”
hissəciyindən istifadə edə bilməz. Bu zaman nəqli keçmiş
zaman şəkilçiləri
(-mış
4
/-ıb
4
) və ya
“imiş” hissəciyindən
istifadə edilməlidir. Məsələn, danışan şəxs kiminsə harasa
getdiyini özü görməyib, başqasından eşidibsə,
“o, gedirdi” və
ya
“o, getdi” deyə bilməz. Bu fikir vəziyyətdən asılı olaraq
“o,
gedirmiş” və ya
“o, gedib” kimi ifadə oluna bilər.
Cədvəl-1
Azərbaycan türkcəsində
Rus dilində ümumi
qarşılığı
Bildi (şühudi keçmiş zaman)
Bilib/bilmişdir (nəqli keçmiş zaman)
Bilirdi (indiki zaman+“idi”)
Bilirmiş (indiki zaman+“imiş”)
Bilibmiş/bilmiş imiş
Bilmişdi
≈ Он знал
Bilərdi
Bilərmiş
Biləcəkdi
Biləcəkmiş
≈ Он знал бы
O, otaqda idi
O, otaqda imiş
O, otaqda olub (olmuşdur)
Он был в комнате
Sintaktik xətalar özünü həm sadə, həm də mürəkkəb
cümlələrdə göstərir. Türk dilindən fərqli olaraq rus dilində
xəbər tamamlıqdan və bəzən də zərflik və mübtədadan öncə
işlənə bilər. Bu qaydaların dilimizə yersiz
tətbiqi anormal
alınır: