246
yaradıcılığı vəzni kimi formalaşmışdır (bu məsələ haqqında da
bu kitabın müəllifinin şeir formaları haqqında yaxın
vaxtlarda
işıq üzü görəcək növbəti araşdırma kitabında daha geniş
danışılacaqdır).
Əruz vəzninə gəldikdə bu vəzn şifahi xalq yaradıcılığı
məhsulu yox, fərdi yaradıcılıq məhsulu olduğundan onu
hansısa xalqa aid etmək düzgün deyil. Digər tərəfdən, əruz
qəliblərində dövri təkrarlanan ritmlər dilimizdə və folk-
lorumuzda var və hətta bu ritmlər xalq musiqimizin əsasında
dayanır. Bu faktlar isə əruzun bizə yad olmadığını deməyə əsas
verir (
Bu mövzuda daha ətraflı məlumat üçün bax, 3.27).
Deməli bu vəzn şeirimizdə yaşadılmalı, dilimizin qanunlarına
və musiqimizə uyğun olaraq inkişaf etdirilməlidir.
Xalq musiqisi
Xalq musiqimiz xeyli zəngindir.
Xalq musiqimizin əsas
qolları
muğam, aşıq musiqisi, xalq mahnıları və
oyun
havalarıdır. Onların hər birinin xalqımızın həyatında öz yeri
və funksiyası vardır.
Muğam şifahi ənənəli professional musiqidir. Yəni bu
musiqi şifahi ənənəli olsa da, bütün xalq tərəfindən yox, xüsusi
peşə sahibləri – xanəndələr və instrumental musiqiçilər tərəfin-
dən yaradılır və yaşadılır. Yəni kütləvi yox, professional
folklora (bax, səh. 152-154) aiddir. Aşıq
musiqisi isə xalq-
professional musiqisi hesab olunur. Burada “xalq” ifadəsi geniş
mənada yox, “kütləvilik” mənasında işlədilmişdir. Belə ki,
geniş mənada “xalq musiqisi” anlayışına muğam da aiddir.
Aşıq musiqisi isə, həm kütləvi, həm də professional folklorun
xüsusiyyətlərini özündə daşıdığından məhz xalq-professional
musiqisinə aid edilir. Xalq mahnıları və oyun havaları isə sırf
kütləvi folklora (dar mənasında “xalq musiqisi”nə) aid edilir.
Xalq musiqimiz nəzəri cəhətdən
götürüldükdə iki janra
ayrılır:
bəhrli musiqi və
bəhrsiz musiqi. Xalq mahnıları, oyun
247
havaları, ritmik aşıq havaları, muğam dəstgahlarındakı ritmik
parçalar (təsniflər, diringilər və s.) bəhrli musiqiyə, muğam
dəstgahlarındakı qeyri-ritmik hissələr (muğamlar), həmçinin
aşıq havalarındakı qeyri-ritmik parçalar bəhrsiz musiqiyə aid
edilir. Yəni xalq musiqimizin bütün ünsürləri
(muğam, aşıq
musiqisi, xalq mahnıları və oyun havaları) vahid əsasa və kökə
malikdir. Sadəcə olaraq bu ünsürlər cəmiyyətdəki funksiyasına,
“təyinat”ına, peşə-sənət sahəsinə görə fərqlənirlər. Bəzən
yanlış olaraq xalq musiqimizin bu ünsürlərini qarşı-qarşıya
qoymaq cəhdləri olur. Məsələn, aşıq sənətini türk xalqlarına
doğma, muğam sənətini isə gəlmə
(fars, ərəb
və ya hind
mənşəli), yad sənət kimi qəbul edirlər. Hətta bir dövr alimlər də
bu məsələdə tərəddüd edirdilər. Son tədqiqatlarda (3.49, 3.50
və s.) bu fikrin yanlışlığı əsaslandırılsa da, həmin fikirləri bu
gün də səsləndirənlər var. Əsas kimi də müxtəlif arqumentlər
irəli sürürlər. Məsələn, qeyd edirlər ki, muğam türklərə
məxsusdursa, bəs niyə məsələn, qırğızlarda yoxdur? Əslində
isə eyni tipli musiqi “kü” adı ilə qırğızlarda mövcuddur (3.120,
s.11). Yox, əgər söhbət “muğam” adı altında
olan musiqidən
gedirsə, bu ifadə yenə də daha çox türk xalqları ilə bağlıdır.
Belə ki, “muğam” ifadəsi cüzi fonetik dəyişmələrlə əksər türk
xalqlarında (Türkiyədə – “makam”, türkmənlərdə və uyğur-
larda – “mukam”, özbəklərdə – “makom”) işləndiyi halda şi-
mal ərəbləri və taciklərdən başqa heç bir qeyri-türk xalqında
işlədilmir. Məsələn, eyni tipli musiqiyə farslar – “dəstgah”,
Afrika ərəbləri – “nuba”, “istixbar”, hindlər – “raqa”, Pakistan-
lılar – “xəyyal” deyirlər. Onu da qeyd edək ki, “aşıq” və “saz”
ifadələri də Azərbaycan və Anadoluda işləndiyi halda digər
türk xalqlarında fərqli ifadələr (baxşı, akın, dombıra, dütar və
s.) işlədilir. Yəni, eyni tipli sənətin müxtəlif türk xalqlarında
müxtəlif adlarla tanınması xarakterik haldır.
Muğamın türklüyə və Azərbaycana yad olmasını mu-
ğamların adlarının əsasən farsca olması,
həmçinin Azərbay-
candan kənar yer adları (“Bayatı-Şiraz”, “Üşşaq” və s.) ilə
bağlı olması ilə də əsaslandırmağa çalışırlar. Lakin bu da əsas
248
ola bilməz. “Dübeyti”, “Təcnis”, “Ruhani”, “Müxəmməs” və b.
aşıq havaları da vardır ki, adı türkcə deyil. Muğam saray sənəti
olduğundan, sarayda da hələ sasanilərin dövründən və sonra
fars dilinin mövqeyi güclü olduğundan muğam adlarının farsca
olması normaldır və bu muğamın bizə yad olmasını deməyə
əsas vermir. Bununla belə, muğamda türk tayfalarının adlarına
(“Ovşarı”, “Bayatı-qacar/türk” və s.) rast gəlinir. Yer adlarına
gəldikdə, muğamların yayıldığı müxtəlif ərazilərin adını
daşıması normaldır. Eyni zamanda muğamda Azərbaycandan
kənar yer adları ilə bərabər Azərbaycan yer adları (“Azər-
baycan”, “Əraq”, “Arazbarı”, “Qarabağ/Şirvan şikəstəsi” və s.)
vardır.
Muğamın yad musiqi olmasını əruz amili (muğamın “bizə
yad əruz üzərində qurulması”) ilə də “əsaslandırmağa”
çalışırlar. Bu isə hərtərəfli yanlış bir fikirdir. Belə ki:
birincisi – Əruz vəzni xalq yaradıcılığının yox,
fərdi yara-
dıcılığın məhsulu olmaqla heç bir xalqın folkloru deyil və türk
folkloruna da yad deyil. (
daha ətraflı bax, 3.27)
ikincisi – muğamın yaranma tarixi əruzun yaranma tarixin-
dən çox-çox qədimdir (3.50) və əruz vəzni muğama sonradan
daxil olmuşdur. Belə ki, əruz gözəl ahəngə, ritmə malik oldu-
ğundan, həmçinin “elitar vəzn” hesab edildiyindən muğamda
ondan istifadə bir ənənəyə çevrilmişdir.
üçüncüsü –
muğam əruz demək deyil, yəni muğam musiqi-
si heç də “əruz üzərində” qurulmayıb (
daha ətraflı bax, 3.27)
Xalq musiqimizin ünsürlərinin peşə-sənət sahələrinə,
cəmiyyətdəki funksiyalarına görə fərqlənməsinə gəldikdə deyə
bilərik ki, muğam sənəti daha çox oturaq mədəniyyət olmaqla,
elitar və saray musiqisi kimi formalaşmışdır. Aşıq sənəti isə
daha çox səyyar sənət kimi formalaşmışdır və muğamdan fərqli
olaraq yalnız musiqi sənəti deyil. Bu sənət həm də zəngin söz
yaradıcılığını (aşıq ədəbiyyatı) ehtiva edir. Aşıq
sənətinin digər
bir mühüm funksiyası da xalq arasında tərbiyələndirici və
maarifləndirici rol oynamasıdır. Aşıq sənətinin çox zəngin
ənənələr sistemi vardır ki, xüsusi tədqiqata ehtiyacı var. Bu