252
üçün ailəni itirmək, əksər adət-ənənələri itirmək və inkişafdan
qalmaq deməkdir.
Ailə ənənələri sırf obyektiv xarakterli ənənələrdir, çünki,
ailə özü bir ictimai inkişaf əlaməti kimi meydana çıxmışdır və
həmişə məhz inkişafa stimul vermişdir. Ailə təməlləri möhkəm
olan cəmiyyətin inkişaf (xüsusən iqtisadi inkişaf) potensialının
daha böyük olduğunu alimlər təsdiq edir. Qərb ideoloqları da
bunu gözəl bilirlər və öz ölkələrində ailə təməllərinin zə-
ifləməsindən xeyli narahatdırlar. Bu gün Qərb ölkələri
ailəsizliyin ağrısını (əhalinin sayının azalması, iqtisadi səmə-
rəliliyin aşağı düşməsi, cinayətkarlığın çoxalması, cəmiyyətin
idarə olunmasının çətinləşməsi və s.) az çəkmir. Hər halda
“ailə kiçik dövlətdir” deyimi təsadüfi yaranmamışdır. Ailə
şüurlu insan cəmiyyətini digər canlıların birliyindən fərq-
ləndirir, cinsi ehtiraslara hədsiz aludəçiliyin qarşısını alır,
əxlaqi dəyərlər yaradır, qadın ləyaqətini yüksəldir, ictimai
münasibətləri tənzimləyir və s.
Təəssüf ki, son dövrlər ailə quruluşunu dağıtmağa yö-
nəlmiş qərbmənşəli görüşlərin təbliği ilə çox rastlaşırıq. Bu
təbliğatda əsasən “qadın azadlığı”, “vətəndaş nikahı”,
“nikah müqaviləsi” və b. ideyalardan istifadə edilir.
Qərbdən qaynaqlanan belə bir təbliğat mövcuddur ki, guya
ailə ənənələri insanların, xüsusən də qadınların hüquq və
azadlıqlarını məhdudlaşdırır və inkişafa mane olur. Bu
təbliğatda qadınların avropasayağı həyat tərzi əsl qadın azadlığı
kimi qiymətləndirilir. Milli ailə ənənələrimizə isə, sadəcə, orta
əsrlərdən qalma kişi avtoritarizminin təzahürü kimi baxılır.
Əslində isə, hər şey əksinədir. Ailə ənənələri sadəcə olaraq
cəmiyyət qarşısında insanlar üzərinə vəzifələr və məsuliyyət
qoyur, buna azadlıqların məhdudlaşdırılması kimi baxıb
ədalətsiz hesab etmək düzgün deyil. İnsanların cəmiyyət
qarşısında vəzifələrinin və məsuliyyətinin olması isə ictimai
problemlərin həlli üçün zəruridir. Əgər ənənələr cəmiyyət
tərəfindən məsuliyyət qoyursa, uyğun qanunlar (məsələn, ailə
məcəlləsi) dövlət tərəfindən məsuliyyət qoyur.
253
Hər kəsə məlumdur ki, Avropa cəmiyyəti bizdəki kimi
möhkəm ailə təməllərinə əsaslanmır, orada ailə bizdəki qədər
yüksək dəyərə malik deyil, ailə bizdəki kimi müqəddəs
sayılmır, insanların həyatında və xoşbəxtliyində bizdə olduğu
qədər önəmli rol oynamır. Ailə təməlləri zəif olan cəmiyyətdə
isə birbaşa ailə ilə bağlı olan bir çox anlayışlar – ailə tərbiyəsi,
qadın isməti, kişi qeyrəti və s. öz mahiyyətini dəyişmiş və ya
mənasını itirmiş olur. Belə cəmiyyətdə bir çox iqtisadi
(israfçılığın artması, qənaətin azalması) və əxlaqi (cinsi mü-
nasibətlərdə ifrat azadlıq, tüfeyli həyat tərzi və s.) problemlərin
ortaya çıxması qaçılmaz olur. Bəs belə əxlaqi problemlərin
mövcud olduğu cəmiyyətdə daha çox qadınların, yoxsa
kişilərin haqları pozulur? Əgər cinsi münasibətlərdə ifrat
azadlıq varsa, belə cəmiyyətdə ilk növbədə qadın ləyaqəti
alçalır və daha çox kişilərə “sərf edir” (bəzən üzdəniraq
“müasirlik düşüncəsi”nin təsirinə düşmüş bəzi qadınlar bunu
başa düşmürlər). Ailə isə, kişiyə qadın qarşısında məsuliyyət və
vəzifələr qoyur və qadın ləyaqətini yüksəldir. İnsan cə-
miyyətində tarixən ailə quruluşunun meydana çıxması qa-
dınların bəlkə də ən böyük qələbəsidir. Ona görə də, kişilərə
nisbətən qadınlar həmişə şüuraltı olaraq daha çox ailə istəyir.
Tarixi ailə ənənələrimizə görə ailənin maddi təminatına ilk
növbədə kişi cavabdehdir, qadın isə, ilk növbədə ev işləri ilə
məşğul olmaq və uşaqlara baxmağa cavabdehdir, lakin başqa
işlərdə çalışması də yasaq deyil. Bəzən bu ənənə qadını kişidən
asılı edən, qadının azadlığını məhdudlaşdıran ənənə kimi
qiymətləndirilir. Əslində isə, bu ənənə, qadına güzəşt və
hörmətdən irəli gəlir, həmçinin, burada hər iki tərəfə vəzifə və
məsuliyyət qoyulduğundan buna asılılıq münasibəti kimi baxıb
ədalətsiz hesab etmək düzgün deyil. Digər tərəfdən, daha
optimal və ədalətli bir alternativ də yoxdur. Bunu öz
müşahidələrimizdən də görə bilərik. Bu gün dövrümüzün
məlum reallıqları üzündən (kişinin məcburi işsizliyi və ya
məsuliyyətsizliyi və s.) ailənin maddi tələbatının qadın
tərəfindən ödənildiyi ailələrdə qadın “kişi məndən asılıdır”
254
deyib heç də özünü xoşbəxt saymır, əksinə, özünü istismar
olunan və alçaldılmış hiss edir, ənənəvi ailələrdəki qadınları isə
daha xoşbəxt hesab edir. Ona görə də ailədə bəzi ev işlərinin
qadınlar tərəfindən yerinə yetirilməsi ənənəsini qadınlar üçün
böyük bir faciəyə və bədbəxtliyə çevirmək lazım deyil, bu
sadəcə, tarixən obyektiv zərurət kimi meydana çıxmış ictimai
əmək bölgüsünün ailə modelidir. Yəni, ailə ənənələri evdə
“qadın işləri” ilə bərabər “kişi işləri”ni də müəyyən edir. Bu
bölgü heç də ədalətsizlik yox, həyatın gözəlliyidir.
Bəzən qadınlar, ailə ənənələrimizə o əsasla qarşı çıxırlar
ki, niyə “kişi xəyanət”inə pis baxılmır, qadının adekvat əməlinə
isə pis baxılır. Əslində isə, ailə ənənələrimizdə də “kişi
xəyanəti”nə çox pis baxılır, sadəcə, qadının adekvat əməli
yalnız “xəyanət” yox, həm də onun öz ləyaqətini alçaltması,
“ləkələnməsi” kimi qəbul olunduğundan belə qadınla yaşamaq
kişi üçün də alçaqlıq sayılır. Bu baxış isə, əslində ənə-
nələrimizdə qadınların daha müqəddəs, toxunulmaz qəbul
olunması ilə əlaqədardır.
“Vətəndaş nikahı” dedikdə kişi ilə qadının rəsmi
nikahdan və mövcud ənənələrdən kənar, sonu öncədən mü-
əyyən edilməyən birgə həyatı başa düşülür. “Vətəndaş nikahı”
ənənəsini müdafiə edənlər bunu azadlıq, müasirlik və inkişaf
göstəricisi kimi qəbul edərək bir çox problemlərin (ailə
münaqişələrinin, boşanmaların və s.) bu yolla həll oluna
biləcəyini və inkişafın təmin olunacağını qeyd edirlər. Onların
hansı əsasla bu fikri irəli sürdükləri isə çox maraqlıdır. Əslində
bu üzdəniraq ideyanın yumşaq desək, heç bir əsası yoxdur. İlk
növbədə onu qeyd etmək lazımdır ki, “Vətəndaş nikahı”
adlandırılan münasibət bir ənənə kimi inkişaf edərsə, bu ənənə
insanları ailə məsuliyyətindən azad edər, qadınların kişilər
tərəfindən aldadılıb atılmasına əlverişli şərait yaradar,
qadınların və kişilərin ciddi ailə qurmağa olan istəyini azaldar
və nəticədə cəmiyyətin ailəsizləşməsi baş verər. Bu isə
cəmiyyətdə ciddi fəsadlarla nəticələnə bilər.
Dostları ilə paylaş: |