243
Bütün bunları daha aydın görmək üçün irad tutulan atalar
sözlərindən bir neçə misala baxaq:
“Allahsız yerdə otur, böyüksüz yerdə oturma” atalar
sözünə tutulan irad odur ki, Allahsız yer ola bilməz. Əslində isə
burada “Allahsız yer” deyimi diləyatımlılıq, avazlılıq xatirinə
qısaltmanın nəticəsidir və bu söz birləşməsi “Allahsız
insanların olduğu yer” mənasında işlədilmişdir.
“Xalq üçün ağlayanın gözü kor olar” atalar sözünə
tutulan irad odur ki, burada xalq üçün ağlamamaq, xalqın
dərdini çəkməmək məsləhət görülür. Əslində isə burada
cəmiyyətdə olan haqsızlıq, xalqın sözünü deyənə yer
verilməməsi göstərilir və bu sözlər təəssüflə, yana-yana deyilir.
“Düz düzdə qalar” atalar sözü də bu qəbildəndir.
“Bacarana baş qurban” məsəlinə irad tutulur ki, burada
bacaran insanlara hansı yolla (oğurluq, quldurluq, rüşvət və s.)
olursa, olsun, iş görmək, gəlir əldə etmək məqbul sayılır.
Əslində isə bu söz yaxşı mənada bacarıqlı olub yüksəlmiş
insanlar haqqında deyilir və bacarıqsızların onlara paxıllıq
etməməsi məsləhət görülür. Sadəcə olaraq pis əməllərlə məşğul
olan insanlar zaman-zaman öz əməllərinə bəraət qazandırmaq
üçün bu məsəldən başqa mənada istifadə ediblər.
“Palaza bürün, elnən sürün”, “elnən gələn toy-
bayramdır” deyimlərinə irad tutulur ki, burada cəmiyyətdəki
haqsızlıqlara qarşı çıxmamaq məsləhət görülür. Əslində isə
birinci deyimdə insanların xalq adət-ənənələrindən çıxmaması
tələb edilir. Əlbəttə ki, burada mənfi ənənələr nəzərdə tutula
bilməz. İkinci deyim isə insanlara təsəlli vermək və onlarda ruh
yüksəkliyi yaratmaq məqsədi ilə deyilmişdir. Ellə gələn bəlanın
elin gücü ilə də tezliklə həll olunacağı nəzərdə tutulur. Məşhur
“El gücü – sel gücü” deyimində də elin gücü yüksək qiymət-
ləndirilir.
“Qızını döyməyən dizini döyər” atalar sözünə irad
tutulur ki, burada qadına qarşı zorakılıq təbliğ olunur. Əslində
isə burada “döymək” ifadəsini “tərbiyə vermək”, “tənbeh
etmək”, “danlamaq” mənasında qəbul etmək lazımdır. Yəni bu
244
söz məcazi mənada işlədilmişdir. Bəs nəyə görə “tərbiyə
etmək” mənasında məhz “döymək” sözündən istifadə olun-
muşdur? Birincisi, sözsüz ki, qafiyələnmə xatirinə. Digər
tərəfdən, uşaq tərbiyə etməkdə fiziki təsir, vurmaq keçmişdə və
elə bu gün də qaçılmaz bir üsuldur. Elə bir valideyn, xüsusən
ana tapmaq mümkün deyil ki, ömründə bir dəfə də olsun
uşağını vurmamış olsun. Yəni “uşaq tərbiyə etmək” anlayışı
ilə “döymək” anlayışının ənənəvi bağlılığı var. Beləliklə məna
da, qafiyə də uyğun olduğundan məhz “döymək” ifadəsindən
istifadə olunmuşdur və bunu zorakılığın təbliği kimi qəbul
etmək olmaz. O ki qaldı bu atalar sözünün niyə məhz qız
övladına aid edilməsinə, yəqin heç kim inkar etməz ki, qız
övladının düzgün tərbiyə olunması xüsusən vacib məsələdir.
Bu yerdə uşaq tərbiyəsinin vacib məsələ olması haqqında
deyilmiş “əzizim əziz, tərbiyəsi ondan da əziz!” məsəli də
yada düşür.
“Erməniyə dayı de, arxı keçənə kimi” deyiminə irad
tutulur ki, burada insanlara şəxsi mənafeyinə görə başqaları
qarşısında əyilmək, alçalmaq məsləhət görülür. Əslində isə bu
atalar sözü istehza ilə, qürurunu, şərəfini itirmiş insanların
dilindən deyilir və onların üzdəniraq düşüncələri ifşa olunur.
“... öpməklə ağız murdar olmaz” deyimi də bu qəbildəndir.
Yeri gəlmişkən, bir çox atalar sözləri və məsəllərimizdə
müxtəlif xalqların, o cümlədən ermənilərin adı çəkilir ki,
burada da həmin xalqın xüsusiyyətləri çox obyektiv olaraq
göstərilir. Bu qəbildən bir neçə misala baxaq.
“Filankəs ərindiyindən erməniyə dayı deyir” məsəli
tənbəl adamlara təsir etmək məqsədi ilə deyilir və burada
(
həmçinin yuxarıdakı misalda
)
erməniyə dayı deməyin qəbahət
olduğu göstərilir.
“Erməni qan görübdü” məsəli qorxaq adamlara təsir
etmək məqsədi daşıyır və burada ermənilərin qorxaq olduğu
göstərilir. “Ermənidən bəy olmaz, aşna...” və b. məsəllərdə də
ermənilərə fərqli baxış özünü göstərir.
245
“Filankəs erməni kimi adamdır” deyimi qəddar, qansız,
insafsız adamlar haqqında və onlara təsir etmək məqsədiylə
deyilir. Burada da xalqın ermənilər haqqında tarixi yaddaşı
özünü göstərir.
“Filankəs urus kimi adamdır” deyimi qohum-əqrəbaya
yovuşmayan, ancaq öz işi haqqında düşünən soyuq insanlar
haqqında və onlara təsir etmək məqsədiylə deyilir. Burada
rusların həmin xüsusiyyətlərə malik olduğu görünür.
Biz yalnız atalar sözləri və məsəllər haqqında misallara
baxdıq. Belə mübahisələr digər xalq ədəbiyyatı nümunələrinin
məzmunu üzərində də yaranır. Ona görə də xalq ədəbiy-
yatımızın məzmununun daha geniş və dərin araşdırılmasına
böyük ehtiyac var. İndiyə qədər xalq ədəbiyyatımızın
məzmunca obyektiv araşdırılmasına mane olmuş əsas
amillərdən biri sovet rejiminin ideoloji inhisarı olmuşdur. Belə
ki, sovet dövründə xalq ədəbiyyatımızın məzmunca araş-
dırılması əsasən orada sosialist ideyalarının axtarılması üzə-
rində qurulmuşdur.
Xalq ədəbiyyatında şeir formaları yaradıcılığı xüsusi yer
tutur. Şeir formaları şeirin vəzni və şəkli ilə şərtlənir. Bir çox
şeir şəkilləri həm də janr kimi qəbul olunur. Vəzn əsasən şeir
misralarının bölgülənmə qaydasını, uzunluğunu (misrada olan
hecaların sayını) və ritmik quruluşunu müəyyən edir. Şeirin
şəkli isə, misraların qafiyələnmə qaydasını, misraların uzun-
luqlarını və onların bəndlərə ayrılma qaydalarını müəyyən edir.
Azərbaycan poeziyasında heca və əruz vəznindən və onlarla
şeir şəklindən istifadə olunur. Həmçinin, ayrıca sərbəst şeir
forması da vardır ki, özündə xüsusi vəzni və şəkli ehtiva edir.
Uzun müddət heca vəzni türk dilinin doğma vəzni, əruz
vəzni isə gəlmə, türk dilinə yad və türk dilinin qaydalarını
pozan vəzn kimi qiymətləndirilmişdir. Bu yanlış baxış
məsələyə kökündən yanaşmamağın nəticəsidir. Birincisi, heca
vəzni türk xalq yaradıcılığı məhsulu olsa da, təkcə türk dilinə
xas vəzn deyil. Heca vəzninin xüsusiyyətlərini özündə daşıyan
şeir vəznləri başqa xalqlarda (ərəb, fars və s.) da xalq
Dostları ilə paylaş: |