255
Mənəvi-əxlaqi baxımdan yanaşsaq, “vətəndaş nikahı”
adlandırılan qeyri-ənənəvi münasibətlərdə bir çox dəyərlər
dəyişmiş və mənasını itirmiş olur. Burada ilk növbədə qadın
isməti, ailə namusu və s. anlayışlar öz mənasını itirir və qadın
ləyaqəti alçalır.
Bütün bunları nəzərə aldıqda o nəticəyə gəlmək olar ki,
Qərbdən qaynaqlanan və cəmiyyətimizi ailəsizləşdirməyə
yönəlmiş üzdəniraq “vətəndaş nikahı” ideyası inkişafımıza
yox, hər cəhətdən inkişafdan qalmağımıza xidmət edə bilər.
Türk cəmiyyətinin gücü onun tarixən möhkəm ailə təməlləri
üzərində qurulmasındadır və bu gün də Azərbaycan ailəsinin
timsalında bu yaşamaqdadır. İnkişafımız üçün bunu dağıtmaq
yox, qorumaq daha məqsədəuyğundur.
Son vaxtlar ailə quranlar arasında məcburi nikah mü-
qaviləsinin bağlanmasının zəruriliyindən çox danışılır. Bunun
insan haqlarının təmin olunmasına, ailə quruluşunun möh-
kəmlənməsinə, boşanmaların sayının azalmasına səbəb ola
biləcəyi qeyd edilir. Əslində isə bu o qədər də sadə məsələ
deyil və nikah müqaviləsinin cəmiyyətimizdə hansı fəsadlara
gətirib çıxara biləcəyini göz önünə almaq çox vacibdir.
Nikah müqaviləsi nə deməkdir? Nikah müqaviləsi ailə
quracaq tərəflər arasında müəyyən münasibətləri əvvəlcədən
müəyyən edən hüquqi sənəddir. Yəni tərəflər nikahda olduğu
müddətdə və boşanma zamanı bir çox iqtisadi və hüquqi
məsələləri bəri başdan müəyyən edir və şərtləşirlər. Bu
müqavilə ailə məcəlləsindən və adət-ənənələrdən fərqləndiyi
halda müqavilə əsas götürülür. Yəni sadəcə iki şəxs adət-
ənənələri və əsasən ona uyğun yazılmış ailə məcəlləsini bir
tərəfə qoyub “ailə münasibətləri”ni özləri müəyyən edirlər. Bu
isə qeyri-müəyyən bir şərtləşmə olduğundan, bu şərtləşmə
nəticəsində qurulmuş münasibətlərin cəmiyyətdə ailə
funksiyalarını yerinə yetirib-yetirməyəcəyi bəlli olmadığından
onu “ailə münasibəti” adlandırmaq belə doğru deyil. Yəni ailə
münasibətlərində ümumi prinsiplər mövcud olmalıdır ki, onu
ailə adlandırmaq mümkün olsun. Ailəni sadəcə iki şəxs
256
arasında bağlanan müqavilə səviyyəsinə endirmək olmaz!
Onda bəri başdan ailənin möhkəmliyindən və daimiliyindən
imtina etmiş oluruq. Həmçinin, yalançı nikahlar, maddi
maraqla nikahdan sui-istifadə (xüsusən qadın tərəfindən)
halları üçün geniş imkanlar açılmış olur. Bir sözlə, cəmiyyətin
ailə təməllərini dağıtmaq üçün əlverişli şərait yaratmış oluruq.
Fikrimizcə, mükəmməl ailə məcəlləsi olan yerdə nikah
müqaviləsinə nəinki ehtiyac yoxdur, hətta bunun çoxlu
fəsadları ola bilər. Azərbaycan Respublikasının mövcud ailə
məcəlləsi kifayət qədər geniş və mükəmməl yazılmışdır.
Burada milli ailə ənənələrimiz də nəzərə alınmışdır, bir çox
ənənələrə münasibətdə qanunun neytrallığı gözlənilmişdir ki,
bu da ailə ənənələrimizin sərbəst fəaliyyətinə şərait yaradır.
Yəni bir çox ailə ənənələri məcəllə ilə məcburiləşdirilməsə də,
qadağan da edilmir. Məsələn, ailənin maddi təminatına ilk
növbədə kişinin cavabdeh olması ənənəsi məcəllədə birbaşa
qeyd edilmir. Həmçinin bu ənənənin insanlar tərəfindən
yaşadılması da məcəllə ilə qadağan deyil. Lakin məcəllədə
boşanma və s. hallarda qadına edilən müəyyən güzəştlər ailə
ənənələrinin müəyyən qədər nəzərə alındığını göstərir.
Məcəllədə boşanmadan sonrakı mülki məsələlər də mükəmməl
şəkildə həll olunur. Belə ki, məcəlləyə görə boşanmadan sonra
tərəflərin nikahda olduğu dövrdə əldə olunmuş və birgə istifadə
olunan əmlak yarı bölünür, nikahdan əvvəlki dövrdə əldə
olunmuş əmlak, həmçinin hər kəsin şəxsi istifadəsində olan
əşyalar isə şəxsin özünə qalır. Bu şərtlər isə nikahdan sui-
istifadə hallarının, o cümlədən maddi maraqla yalançı (qeyri-
səmimi) nikaha girmə hallarının qarşısını alır və ailə
quruluşunun möhkəmliyinin qorunmasına xidmət edir.
Qərb cəmiyyəti üçün bəlkə də nikah müqaviləsi mütərəqqi
sayıla bilər. Çünki, orada onsuz da ailə dəyərləri xeyli dərəcədə
itirilmişdir. Burada insanlar ciddi, daimi ailə həyatından çox
əsasən cinsi ehtiraslara əsaslanan, müvəqqəti, məsuliyyət
daşımadıqları həyata üstünlük verirlər. Və təbii ki, belə insanlar
ailə məcəlləsinin məsuliyyətini daşımamaq üçün rəsmi nikaha
257
girmək istəmirlər. Dövlət isə onlara nikah müqaviləsi təklif
etməklə onları ailə məcəlləsinin məsuliyyətindən azad edir ki,
təki onların münasibəti rəsmiləşsin. Çünki, istənilən halda
rəsmiləşmiş münasibətlərin fəsadları daha az olur. Yəni Qərb
cəmiyyətində nikah müqaviləsi insanları ciddi ailə
münasibətlərinə yaxınlaşdırmağa yönəldiyi halda, bizim
cəmiyyətdə bu müqavılə insanları ciddi ailə münasibətlərindən
uzaqlaşdırmağa xidmət edir.
Bəzən ailə ənənələrimizin korrupsiyaya şərait yaratdığını
iddia edirlər. Misal da gətirirlər ki, kimsə rüşvət alır, korrupsi-
ya ilə məşğul olur və bunu ailə saxladığına görə etdiyini deyir.
Öncə onu qeyd edək ki, haram gəlirlə ailə saxlamağa, uşaq
böyütməyə ənənələrimizdə heç də yaxşı baxılmır və həmin
fikir korrupsionerlərin “ailəcanlılıq” pərdəsi altında öz əməllinə
bəraət qazandirmaq cəhdidir. Digər tərəfdən, korrupsiya, rüşvət
almaq və vermək ənənəsi milli ənənə sayıla bilməz, çünki milli
ənənələr tarixin sınağından keçərək, xalqın içindən – “aşağı”-
dan gəlir və obyektiv xarakter daşıyır. Bu gün Azərbaycandakı
korrupsiya ənənəsi isə, əsasən sosialist sistemindən qalma,
subyektiv xarakterli idarəçilik ənənəsidir (“yuxarı”dan gəlir).
Yəni, milli yox, siyasi ənənədir.
Bəzən ailə münasibətlərində yaranan problemlərin əsas
səbəbi kimi savadsızlıq göstərilir. Düzdür, elmin, savadın
fərdlərin və bütövlükdə cəmiyyətin həyatında və inkişafında
rolu böyükdür. Lakin təəssüf ki, təcrübə göstərir ki, ailə
münasibətlərində savadlılıq, elmlilik heç də özünü doğrultmur.
Ailə münasibətləri xüsusi mənəvi keyfiyyətlər tələb edir. Bəzən
elə savadlı, alim qadınlara rast gəlirik ki, ailədə qaynana kimi
gəlininə münasibəti (və ya gəlin kimi qayınanasına münasibəti)
yüz illər öncəki qadınların öz gəlininə (və ya qayınanasına)
qərəzli münasibətindən demək olar ki, heç nə ilə fərqlənmir.
Ailə ənənələrimizin aşınmasına təsir göstərən amillərdən
biri də telekanallarda yayımlanan Latın Amerikası serialla-
rıdır. Bu seriallar maraqlıdır, bunu inkar etmək olmaz. Hətta
insanların bu seriallara aludəçiliyi az qala psixi xəstəlik
Dostları ilə paylaş: |