258
dərəcəsindədir. Bəs bu seriallar cəmiyyətə nəyi təbliğ edir və
gənclərin tərbiyəsinə necə təsir göstərir?
Kimdir bu serialların müsbət qəhrəmanları? Milli
dəyərlərimizə görə “ismətsiz” və ya “qeyrətsiz” adlandırıla bi-
ləcək qadınlar və ya kişilər. Bu seriallarda bəzən öz ailə namu-
sunu qorumaq üçün mübarizə aparan kişilər “mənfi obraz”
kimi təqdim olunur, ailədən kənar doğulmuş uşaqların ata-
anaları isə “müsbət obraz” kimi təqdim olunur. Açıq-saçıq
geyimlər və səhnələr də öz yerində. Bu seriallarda “sevgi” adı
altında cinsi ehtiraslar əsas yer tutur, ailə isə ikincidərəcəli
olmaqla əsl dəyərinə malik deyil. Başqa sözlə, bu serialların
ideyasına görə xoşbəxt olmaq üçün daimi ailə vacib deyil, neçə
dəfə istəsən evlənib-boşanmaq olar, əsas odur ki, “sevgi”
(əslində isə cinsi ehtiraslar) olsun, o da ailədən kənar olsa da
olar. Yəqin ki, bu Latın Amerikası xalqlarının öz mənəvi
dəyərləridir. Bizim dəyərlərimizə görə isə, ailəsiz nə əsl sevgi
var, nə də xoşbəxtlik. Buradan o nəticə çıxır ki, Latın
Amerikası serialları bizim üçün ailəsizliyi təbliğ edir. Belə
təbliğat isə milli varlığımıza və inkişafımıza qarşı yönəlmiş bir
təbliğatdır.
Türkiyə serialları Latın Amerikası seriallarına nisbətən
milli dəyərlərimizə daha yaxın olsa da, yenə də daha çox Latın
Amerıkası seriallarını təqlıd edir. Hətta bəzi Azərbaycan
seriallarında da əsasən Latın Amerikası seriallarının təqlid
olunduğunu görürük. Yaxşı olardı ki, öz filmlərimizdə öz milli
mənəvi dəyərlərimiz təbliğ edılsin, Azərbaycan ailəsinin və
Azərbaycan qadınının əsl dəyəri verilsin, Vətən və Millət
sevgisi tərənnüm olunsun. Həyat, ictımai münasibətlər yalnız
cinsi ehtiraslardan ibarət ola bilməz. İnsan digər canlılardan
fərqli olaraq şüura, “ailə”, “vətən”, “millət” hissinə, elmi təfək-
kürə, yaradıcılıq instinktinə və s. malikdir. Bu xüsusiyyətlərin
bəziləri müəyyən qədər hətta bəzi heyvanlarda da var. Belə
olan təqdirdə filmlərin məzmunu elə olmalıdır ki, o məhz insan
cəmiyyətinin inkişafına xidmət etsin, onun dağılmasına yox.
259
Əgər Latın Amerikası serialları maraqlıdırsa və insanların
müəyyən mənəvi tələbatlarını ödəyirsə, insanlar ona baxa
bilərlər, ancaq unutmaq olmaz ki, bu bizim həyatımız deyil, bu
bizə yad və daha aşağı səviyyəli bir həyatdır.
Serial yayımında ən mühüm hadisələrdən biri 2012-ci ilin
may ayından xarici serialların milli telekanallarda yayımının
rəsmən qadağan edilməsi və yerli serialların çəkilməsinə dövlət
tərəfindən maliyyə dəstəyinin verilməsi oldu. Sevindirici haldir
ki, yeni çəkilən və yayımlanmaqda olan yerli seriallarımızda
artıq təbiiliyi, realizmi, öz milli dəyərlərimizə uyğun həyat
tərzini görə bilirik.
Ailə dəyərlərimizin aşınmasına səbəb olan amillərdən biri
də müasir şou-biznesdə hökm sürən müəyyən tendensiyalardır.
Şou-biznes xadimləri, xüsusən də estrada müğənniləri ailə
dəyərlərimizə zidd həyat tərzi ilə xalqın qarşısına çıxanda və
təbliğ olunanda bu, yeniyetmə və gənclərin tərbiyəsinə,
dünyagörüşünə təsirsiz qalmır. Belə ki, incəsənət xadimləri,
özəlliklə də müğənnilər həmişə cəmiyyətin diqqət mərkəzində
olur. Onlara pərəstiş edilir, gənclər müğənniləri özlərinə ideal
seçirlər, onlara bənzəmək istəyirlər. Xüsusən də telekanallarda,
qəzet və jurnallarda müğənnilərin dönə-dönə təbliğ olunduğu
bir vaxtda. Lakin öz bədənini nümayiş etdirməklə karyera
qazanan, “ailəmi sənətimə qurban vermişəm” deyən (əslində
əxlaqını pula və şöhrətə qurban verən) üzdəniraq müğənnilər
heç vaxt Azərbaycan qadınına nümunə ola bilməzlər! Bəzən
müğənnilər cinsi əxlaqdan, ailə tərbiyəsindən kənar bu davra-
nışları müğənnilik sənətinin ayrilmaz tərkib hissəsi olduğunu
deməklə özlərinə bəraət qazandırmaq istəyirlər. Bu fikir
Avropa xalqları üçün doğru qəbul oluna bilər, çünki, onlarda
adət ənənələr, mentalitet, ailə və tərbiyə anlayışları bizdəkindən
fərqlidir. Bizdə isə gənclərimizin milli əxlaqını, ailə tərbiyəsini
pozan heç nəyi doğru qəbul etmək olmaz və heç kim deyə
bilməz ki, müğənnilərin abır-həyadan, əxlaqdan kənar dav-
ranışları və hərəkətləri olmadan onların oxuduğu mahnılar
sevilə bilməz.
260
Düzdür, istənilən halda insanlar həyatda hansısa yolu
özlərinə rəva bilməkdə azaddırlar. Sadəcə olaraq şou-
biznesdəki ailə dəyərlərimizə zidd olan tendensiyanın gənclər
üçün bir nümunəyə çevrilməsinin, şou-biznes dairəsindən çıxıb
kütləviləşməsinin qarşısını almaq lazımdır. Bu məsələdə dövlət
siyasətinin həlledici rolu var. Belə ki, dövlət tərəfindən iste-
dadlı sənətçilərə dəstək verilməli, şou-biznesdə gənclərimizin
tərbiyəsini və əxlaqını pozan həyat tərzinin təbliğinin qarşısı
təbliğati və ya lazım gələrsə inzibati yolla alınmalıdır.
Ailə MMD-imiz içərisində çox mühüm yer tutduğundan
uyğun olaraq xalqımızın toy adət-ənənələri də çox zəngindir.
Bu adət ənənələrin xeyli hissəsi bu gün də yaşadılır. Bir hissəsi
isə yalnız söhbətlərdə və kitablarda xatırlanır. Xalqımız toyu
çox sevir və toy-nişan mərasimlərinə çox həvəslidir. Bu da
təbiidir. Belə ki, ailə qurmaq, normal ailə həyatı sürmək
mentalitetimizdə xoşbəxtliyin əsas amillərindən biri, bəlkə də
birincisidir.
Nikah-toy adət-ənənələrimiz xeyli dərəcədə toplanmış və
araşdırılmış sahələrdəndir. Əksər insanlarımız bu adət-ənənə-
lərlə xeyli dərəcədə tanışdır. Biz isə bu adət-ənənələrdə müba-
hisə doğuran bəzi məqamlara toxunmağı lazım bilirik.
Əksər xalqlarda olduğu kimi bizdə də ailə qurmaqda
“götürüb qaçma”, “qoşulub qaçma” və sonradan “barışıq”
ənənələri vardır. Müasir dövrdə bu ənənəni insan oğurluğu və
zorakılıq kimi qiymətləndirməklə onun əleyhinə çıxanlar var.
Əlbəttə ki, zorla qız qaçırma ənənəsi bu gün qətiyyən qəbul
oluna bilməz. Lakin könüllü (“qoşulub qaçma”) ənənəsinin
müstəsna hallarda öz müsbət əhəmiyyəti olmuşdur. Belə ki, bu
ənənə valideynlər narazı olduqda ailə qurmaq istəyən gənclərin
öz məqsədlərini reallaşdırmağa şərait yaratmışdır. Başqa sözlə,
bu ənənə gənclərin həyat yoldaşı seçməkdə azadlığını təmin
etmişdir. Bu gün də rəsmi nikaha girmək üçün oğlan və qızdan
başqa heç kimin razılığı tələb olunmur. Əlbəttə ki, könüllü
“götürüb qaçma” ənənəsi ən son variantdır və yalnız müstəsna
hallarda məqbul sayıla bilər. Valideynlərin, böyüklərin razılığı
Dostları ilə paylaş: |