264
hətta bu bayram xalqın gözündə islamla bağlı bir bayrama
çevrilmişdir. Hazırda bu bayramı türk xalqları ilə bərabər digər
Şərq xalqları (farslar, əfqanlar və s.) qeyd edirlər. Novruz
bayramı xeyli dərəcədə tədqiq olunmuş sahələrdəndir. Artıq bu
bayramın xüsusi ensiklopediyası (3.2) da tərtib edilmişdir.
Türk xalqlarında tarixən həm köçəri, həm də oturaq
həyat ənənələri olmuş və onlar biri-birini tamamlamışdır.
Türklərdə köçərilik əsasən mövsimi xarakterli (yayı
yaylaqlarda, qışı qışlaqlarda keçirməklə) olmuşdur. Belə həyat
tərzinə elat və ya tərəkəmə mədəniyyəti deyilir. Elat
mədəniyyəti müəyyən qədər araşdırılmış və araşdırılmaqda
olan sahələrdəndir.
Xalqımızın əxlaqi dəyərlərindən biri də tarixən
formalaşmış el köməyi adətləridir. Bu adətlər ilk dəfə
Q.Cavadov tərəfindən ayrıca tədqiqat sahəsinə çevrilmişdir
(3.20) O, tarixi və etnoqrafik materiallar əsasında xalqımızın
xeyriyyəçilik və iməcilik ənənələrini, həmçinin əkinçilik və
maldarlıqda, toy və yas mərasimlərində mövcud olan el köməyi
adətlərini geniş araşdırmışdır. El köməyi adətlərimiz müəyyən
qədər bu gün də yaşadılır və bu adətlərin insanların həyatında
və cəmiyyətin inkişafında müsbət rolu böyükdür.
Türk millətinin dövlətçilik və döyüş ənənələri türkoloq-
ların daim xüsusi diqqət mərkəzində olmuşdur. Dövlətin kiçik
modeli sayılan ailə quruluşu türk cəmiyyətində möhkəm
təməllərə malik olduğu kimi, türklərdə tarixən dövlətçilik
ənənələri də güclü olmuşdur. Məlumdur ki, türklər ən qədim və
çoxsaylı dövlətlər qurmuş millətlərdəndir. Aydındır ki, güclü
orduya və döyüş qabiliyyətinə malik olmadan böyük və güclü
dövlətlər qurmaq mümkün deyil. Ona görə də döyüş türklərin
həyatında xüsusi əhəmiyyət kəsb etmiş, hətta döyüşmək bir
milli ənənə xarakterində olmuşdur. Tədqiqatçılara görə qədim
türk dövlətlərində nizami ordu olmamış, yetkinlik yaşına
çatmış hər bir oğlan əsgər hesab edilmiş, lazım gələn an
vətənin müdafiəsinə səfərbər olunmuşdur. Ona görə də, uşaq
yaşlarından oğlanların və hətta qızların da ox atmaq, qılınc
265
oynatmaq, güləşmək və s. döyüş vərdişlərinə yiyələnməsi, bir
döyüşçü kimi yetişməsi türklərdə bir milli ənənəyə
çevrilmişdir. Bu günün özündə də hələ dil açmamış körpə
uşaqlara başqalarını vurmaq (“ak eləmək”) vərdişini öyrətmək
adəti məhz qədim milli ənənəmizin qalığı hesab olunur.
Tədqiqatçılara görə türklərdə nizami ordu sisteminə keçid
ilk dəfə Qəznəlilər (969-1187), daha sonra Səlcuqlar (1038-
1157), Osmanlılar (1299-1922) və Səfəvilər (I Şah Abbasın
hakimiyyəti dövründə (1587-1629)) dövlətlərində baş
vermişdir. Lakin hazırda türk dövlətçiliyi tarixinin yeni
konsepsiyası meydana çıxdığından bu məsələlərin də yenidən
və daha dərindən tədqiqinə ehtiyac var.
Türk milləti dünyada ən çox imperatorluq qurmuş millət
olsa da bu imperatorluqlarda digər xalqlara qarşı şovinist
münasibət, o cümlədən assimilyasiya siyasəti olmamışdır. Türk
imperatorluqlarının tərkibində yaşamış xalqların öz dillərini və
mədəniyyətlərini saxlaması buna əyani sübutdur. Türk
imperatorluqlarında digər xalqların nümayəndələrinə hətta
dövlət idarəçiliyində də geniş yer verilmişdir. Bütün bu faktlar
türklərin dünyanın ən tolerant xalqlarından biri, bəlkə də
birincisi olduğunu deməyə əsas verir. Tolerantlıq – xoşgörü bu
gün də xalqımızın əsas əxlaqi keyfiyyətlərindən biridir. Bəzən
isə tarixi düşmənlərimizə qarşı da tolerant münasibətimiz
unutqanlıqla nəticələnmiş və bundan istifadə edən
düşmənlərimizdən başımıza bir çox məlum bəlalar da
gəlmişdir.
Digər folklor ünsürləri
Yuxarıda nəzərdən keçirdiyimiz folklor nümunələrindən
(xalq ədəbiyyatı, xalq musiqisi və xalq adət-ənənələri) əlavə
milli geyimlər, milli rəqslər, meyxana sənəti, milli mətbəx,
xalq təsviri və dekorativ-tətbiqi sənəti, xalq təbabəti, xalq
oyunları və s. kimi yaradıcılıq nümunələri də vardır ki, bunlar
266
da xalq yaradıcılığının məhsuludur və milli varlığın
müəyyənləşməsində və yüksəldilməsində mühüm rol oynayır.
Milli geyimlərimiz xeyli dərəcədə toplanmış və araş-
dırılmış sahələrdəndir. Milli geyim formaları hər bir millətin
siması kimi çıxış edən mühüm göstəricilərdəndir. Milli
geyimlərimizin əhali tərəfindən geyilməsi 1920-30-cu illərdən
başlayaraq tədricən tamamı ilə sıradan çıxmışdır. Hazırda milli
geyim formalarımızdan yalnız xüsusi mərasimlərdə (toy,
bayram, konsert, teatr və s.) istifadə olunur. Lakin müasir
dövrdə bir çox ölkələrdə (Hindistan, Çin, Yaponiya, Ərəb
ölkələri, bir çox Afrika ölkələri və s.) əhali müasir geyimlərlə
yanaşı öz milli geyim formalarını da saxlayır. Bu gün
əhalimizin milli geyim formalarına tamamı ilə qayıtması
mümkün olmasa da, onun müəyyən elementlərini müasir
geyimlərdə yaşatmaq mümkündür. Bu sahədə modelyerlərimiz
tərəfindən xüsusi işin aparılmasına ehtiyac var. Son dövrlər bu
mövzuda müəyyən söhbətlər getsə də, hələ ki, real işin şahidi
deyilik.
Xalqımızın tarixi ailə dəyərlərinə və ondan gələn adət-
ənənələrimizə və mentalitetimizə (milli düşüncə tərzimizə)
görə açıq-saçıq geyimlər yaxşı qəbul olunmur. Lakin son
dövrlər cəmiyyətimizdə yenə də Avropadan qaynaqlanan yanlış
bir “müasirlik” düşüncəsi formalaşmışdır. Bu düşüncəyə görə
açıq-saçıq geyim müasirlik əlaməti kimi qəbul olunur. Bu
üzdəniraq “müasirlik” düşüncəsi mentalitetimizə bir mənəvi
xəstəlik kimi daxil olmuşdur.
İş o yerə gəlib ki, bu “müasirlik
xəstəliyi”nə yoluxmuş gənc qızlar və qadınlar açıq-saçıq
geyinməyə utanmaq əvəzinə, örtülü geyinməyə utanırlar.
Onlar
əslində açıq-saçıq geyimin qadın ləyaqətini alçaltdığını hiss
etmirlər. Geyim formal element olsa da, müəyyən məzmunu –
insanın mənəvi keyfiyyətlərini, həyat tərzini, əxlaqını,
xarakterini əks etdirir. İlk baxışdan insana geyimə görə qiymət
verilir və qadının açıq-saçıq geyimi onun cinsi əxlaqı haqqında
müəyyən mənfi təsəvvür yaradır. Yəni, məsələn, həddən artıq
açıq-saçıq geyim ismətli, ləyaqətli qadına yaraşmayan bir
Dostları ilə paylaş: |