270
qalibi olmuşdur. Eyni zamanda T.Əmiraslanovun elmi
redaktorluğu ilə Azərbaycan kulinariyasının ensiklopediyası
(3.15) da tərtib edilmişdir.
Xalq yaradıcılığında çox geniş yer tutan təsviri və
dekorativ-tətbiqi sənət sahələri, həmçinin memarlıq sənəti
xalqın həyat tərzini və dünyagörüşünü, o cümlədən bədii-
estetik görüşlərini özündə əks etdirir. Bu sənət sahələri
müəyyən qədər araşdırılmış və araşdırılmaqda olan sahələr-
dəndir.
Tarixi çox qədim olan xalq təsviri sənəti sahəsində
miniatür sənəti xüsusi yer tutur. Bu sənətin IX əsrdə uyğur
türklərində meydana çıxdığı qeyd edilir. Orta Şərqdə isə tarixə
məlum ilk miniatür nümunələri (XIII əsrin əvvəlləri)
Azərbaycanla (Təbriz, Marağa və s.) bağlıdır. XV əsrdə Təbriz
miniatür məktəbi tam müstəqil bədii məktəb kimi
formalaşmışdır (3.57, s. 80-82; 2.5, VI cild, s. 577). Miniatürlər
əsasən kitablara və bədii əsərlərə illüstrasiyalar kimi çə-
kilmişdir. Azərbaycan miniatürləri özündə xalqımızın mə-
dəniyyəti və tarixi ilə bağlı zəngin məlumatları daşıdığından
çox dəyərli sənət əsərləridir.
Xalqımızın dekorativ-tətbiqi sənət sahələri (dulusçuluq,
zərgərlik, şəbəkəbəndlik, bədii oyma, bədii tikmə, toxuma və
s.) içərisində xalçaçılıq xüsusi yer tutur. Belə ki, xalçaçılıq
xalqımızın ən geniş yayılmış dekorativ-tətbiqi sənət sahəsidir.
Bu sahədə nümunələrin toplanması və tədqiqində böyük
ziyalımız Lətif Kərimovun (1906-91) misilsiz xidmətləri
olmuşdur. Onun məşhur “Azərbaycan xalçası” əsərində
Azərbaycan xalçalarına məxsus 1200-dən artıq ornament
elementinin təhlili verilmişdir.
Xalq yaradıcılığımızın mühüm tərkib hissələrindən biri də
xalq təbabətimizdir. Türk xalq təbabətinə el dilində
“türkəçarə” də deyirlər. Məlumdur ki, müasir tibb elminin əsası
xalq təbabətindən gəlir. Hələ elm və texnikanın inkişaf
etmədiyi dövrdə insandakı xəstəliklər müəyyən edilmiş, həmin
xəstəliklərə xalq dilində ad da verilmiş və müalicə yolları da
271
tapılmışdır. Xalq təbabətindəki müalicə üsullarının doğruluğu
bu gün müasir tibb elmi tərəfindən öz təsdiqini tapır. Hətta
müasir tibb elmi nə qədər yüksək inkişaf səviyyəsinə çatmış
olsa da, ona paralel olaraq xalq təbabəti öz rolunu və əhəmiy-
yətini yenə də itirməmişdir. Xalq təbabətimiz bu gün də yaşa-
yır. İnsanlar bu gün də bir çox xəstəliklərin müalicəsində xalq
təbabətinə müraciət edirlər və müsbət effektini də görürlər.
Xalq təbabətimiz müəyyən qədər toplanmış olsa da, az
araşdırılmış sahələrdəndir. Bu sahənin həkim-mütəxəssislər
tərəfindən daha ciddi araşdırılmasına ehtiyac var.
Folklorumuzda xalq oyunları, o cümlədən xalq uşaq
oyunları da xüsusi yer tutur. Bu oyunlar əyləncə olmaqla
yanaşı idman, uşaq və yeniyetmələrdə fiziki və əqli inkişaf,
iradə, ünsiyyət, kollektivçilik, birgə mübarizə və s. keyfiy-
yətləri aşılama funksiyasını daşıyır. Eyni zamanda bu oyunlar
xalqın xarakterini, tarixi ənənələrini də özündə əks etdirir.
Bütün bunlara rəğmən təəssüf ki, xalq oyunları çox az
toplanmış və az araşdırılmış sahələrdəndir. Xalq oyunlarının
bir çoxu unudulmuş, bir çoxları isə unudulmaqdadır. Ona görə
də bu sahə hər an öz ciddi tədqiqatçısını gözləyir.
272
Nəticələr
Kitabda aparılan araşdırmalardan sonra ümumi şəkildə
aşağıdakı nəticələri əldə etmiş oluruq:
1. İdeologiya anlayışına çoxsahəli görüşlərin və ideyaların
istənilən sistemi yox, elə bir bütöv sistemi aid edilə bilər ki,
həmin görüşlər və ideyaların məhz ictimai problemlərin
həllinə, inkişafa və bəşəriyyətin xoşbəxtliyinə xidmət etdiyi
əsaslandırılmış olsun.
2. İdeologiyaların təsnifatını onların təmayülünə (hansı
sahə ilə bağlı görüşlərin baza rolunu oynamasına) görə apar-
maq daha əlverişlidir. Belə ki, bu cür təsnifatda ideologiyalar
haqqında daha geniş təsəvvür yaranmış olur. Həmin meyara
görə iqtisadi, hüquqi, dini, milli, qarışıq və ümumi tə-
mayüllü ideologiyalar fərqlənir.
Milli təmayüllü ideologiyalar uyğun olaraq milli mə-
sələlərin həllinin (milli varlığın yüksəldilməsi, milli azadlıq,
milli dövlətin qurulması, etnik ziddiyyətlərin aradan qal-
dırılması və s.) əsas götürüldüyü ideologiyalardır. Bu ideo-
logiyalar adətən milli problemlərin (müstəmləkəçilik, xarici
təcavüz, milli ayrıseçkilik, assimilyasiya, mədəni gerilik və s.)
daha çox mövcud olduğu cəmiyyətlərdə xalqların milli azadlıq
hərəkatlarının ideologiyaları kimi formalaşır. Milli təmayüllü
ideologiyalar qısa olaraq milli ideologiya və ya millətçilik də
adlandırılır.
3. Milli ideologiya – millətçilik şovinizmdən fərqlənən və
ona qarşı dayanan bir mütərəqqi ideologiyadır. Belə ki, mil-
lətçilik millətlərin bərabərliyi, milli varlığın qorunması ide-
yasına əsaslandığı halda, şovinizm bir millətin üstünlüyü və
digərləri üzərində hakimiyyəti ideyasına əsaslanmaqla digər
millətlərin varlığına qarşı yönəlir. Ona görə də, şovinizm
ifadəsi ideologiyanı yox, milli haqlara qarşı yönəlmiş bir
mürtəce siyasəti ifadə edir.
Müasir dövrdə milli ideologiyanın əsas prinsipləri milli
varlığı qoruyub saxlamaq, yaşatmaq və yüksəltmək, milli şüuru
Dostları ilə paylaş: |