Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə28/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

 

 

166



Dərələr şıdırğı “yallı” başladı, 

Açdı qollarını görüş yerləri. 

Sinəsi titrədi yanıq daşların- 

Dəydi bu yerlərə yaz qədəmləri. 

 

Uzaqda parlayan zirvə qarından 



Təşnə səhraların ağzı sulandı.  

Quşlar, elə bil ki, qanadlarında 

Bahar gəzdirəndir, yaz daşıyandır. 

 

Yazın gəlişi də-səadət kimi, 



Yazın gülüşləri-gül şəbnəmləri. 

Dünya sehirləndi məhəbbət kimi- 

Dəydi bu yerlərə yaz qədəmləri. 

 

Taledən ən şirin qismətdi, paydı 



Görüş saatları, vüsal dəmləri. 

Torpağın yerinə köksüm olaydı- 

Dəydi bu torpağa yaz qədəmləri.  

 

*** 



 

 



 

 

167



TƏZADLAR DÜNYASI 

 

Bir yanım səhradır, bir yanım bağdır, 

Elə bil təzadlar dünyasındayam. 

İşıqlı-kölgəli, 

Qaralı-ağlı 

Belə bir təzadlar dünyasındayam. 

 

Nəğməsi bəstəkar bulaqlar olan 



Daşları əlimlə qucaqlayıram. 

Ölməz qəhrəmanı bu dağlar olan 

Kitabı gözümlə varaqlayıram. 

 

Gülün zərifliyi, dağın şahlığı, 



Nanə gözəllərin utancaqlığı 

Fikrimi özüylə çəkib aparır. 

Hər ulduz çiçəkdə bir odlu baxış, 

Gözəllik önündə əriyərək qış 

Dərənin dibində şivən qoparır. 

 

Qartal qanadına qalxıb, süzürəm 



Lalə göllərinə düşüb, üzürəm. 

Bulaq nəğməsində, çay səsindəyəm, 

Güllərin cazibə qüvvəsindəyəm. 

Yetim bənövşənin kollu, tikanlı, 

Dərəli, təpəli ölkəsindəyəm. 

Təbiət, korsanmı, dönüb baxsana

Səndə bu haqsızlıq, bu günah nədir?! 

Çayırlar yol tapıb bağa, bostana 

Bənövşə hələ də kol dibindədir. 

 

 



 

 



 

 

168



Hanı gözətçisi bu çiçəkliyin, 

Neyləyim, diliniz laldı, a dağlar. 

Qaraquş şığıyıb sona kəkliyi 

İlan yuvasına saldı, a dağlar.. 

 

Dayan, hökm eləmə, 



Dayan, tələsmə, 

Çöllərin üstündən yel kimi əsmə. 

Hər ot bir libasda, 

Hər gül bir donda

Güllər təbiətin qız balasıdır. 

 

Axı, qızıl gül də, qaratikan da 



Bu ana torpağın öz balasıdır. 

Burda hər çiçəyin, hər gülün üstə- 

Nidanın, nöqtənin, vergülün üstə 

Təbiət şairtək bəlkə yanıbdır, 

Qırma təbiətin inamını sən. 

Güllər gör necə də nizamlanıbdır, 

Pozma bu güllərin nizamını sən. 

 

Qərq ol bu gülşənin ətrinə, könlüm, 



Dəymə təbiətin xətrinə, könlüm. 

 

Ovcunda qaldırıb hər gül bir çıraq, 



Bu ana torpağa nur calayıbdır. 

Mələyə-mələyə bir quzu bulaq 

Vəhşi qayaları parçalayıbdır. 

 

Zəriflik yurd salıb qayada, daşda, 



Dağlar gül ətrindən xumarlanıbdır. 

Qəzəb yumruğuyla vurulan daş da 

Qayğı sığalıyla tumarlanıbdır. 



 

 

169



Dərəni məst edib yarpız iyindən, 

Düzləri mindirib yaraşığa o. 

Bəlkə də istedad vermədiyindən 

Fərasət veribdir sarmaşığa o. 

 

Baxıb qılıncları oynaşan göyə, 



Palıdsız qoymayıb bir meşəni də. 

Kollar, kolluğundan bezməsin deyə, 

Yanında bitirib bənövşəni də. 

 

Hər bağın, bağçanın yanıb oduna, 



Hər ota, çiçəyə bir cür dad verib. 

Daşda bitdiyindən, 

kəklikotuna 

Gözəl ətir verib, istedad verib... 

 

Qarış bu güllərin ətrinə könlüm



Dəymə təbiətin xətrinə, könlüm!.. 

 

*** 



 

 

 



 


 

 

170



DAĞ ÇAYI 

 

Torpağın ilhamı, gümüşü sevinci, 

Ən zərif güllərin gülüşü, sevinci, 

Dalğası-möhtəşəm dağların vüqarı, 

Nəğməsi-düzlərin, bağların baharı. 

Səsində bir mərdlik, əzəmət duyulan, 

Suyunda aranın kədəri yuyulan, 

Ey yaşıl çöllərin sevimli dilbəri, 

Ləpəsi-evlərin sayrışan ülkəri, 

Görkəmi bir igid əzminə bənzəyən, 

Yerişi bir şair vəzninə bənzəyən

Dağ çayı! 

Sənin də qəsdinə dursalar, 

Yolunu hayana çəksələr, bursalar  

Yenə də torpağın canına hoparsan, 

Yenə də ədəbi bir həyat taparsan. 

Yolların ulduzlu yollara bənzəyər. 

O sənə əl açan körpəcə şitillər  

Sinəndən ayrılan qollara bənzəyər. 

Dağ çayı! 

Səni də min yerdən sıxsalar, 

Qarşına ən nəhəng daşları yıxsalar 

Yenə də inamla, ilhamla dolarsan, 

Çevrilib bir gümüş şəlalə olarsan! 

 

 

 



 

 



 

 

171



KÜKNAR HAQQINDA BALLADA 

 

Sənə deyiləsi sözüm var bu gün, 



Ey dağlar döşündə yatan küknarım. 

Bircə gün bəşəri sevindirməkçün 

Ömürlük kədərə batan küknarım. 

 

Ayaq üstündəydin, yıxdılar səni, 



Yaşıl yarpağında bahar ağladı. 

Gedən qatarlara yığdılar səni, 

Dərələr ağladı, dağlar ağladı. 

 

Kəsib bəzədilər, durub baxdılar, 



Gah ağac, gah insan, gah zaman oldun. 

Döşünə nə qədər ulduz taxdılar, 

Sən öləndən sonra qəhrəman oldun. 

 

Pambıqlar saçına qondu hər yandan



Qara saçımıza qonan dən kimi. 

Bəzəndin, dünyadan köçən bir insan 

Qəbrə gedən zaman bəzənən kimi. 

 

Bu gün bizim eldə bayramdır axı, 



Niyə için-için yandın, alışdın. 

Dəmir də saralar ölüm qabağı, 

Sən yaşıl qalmışdın, saralmamışdın. 

 

Çöllərdə baharın bir parçasıydın, 



Biz səndən istədik qışın qarını. 

Kim bilir, nə qədər yaşayasıydın 

Zorla soldurmasaq yarpaqlarını. 

 

 



 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə