Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə29/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   25   26   27   28   29   30   31   32   ...   88

 

 

172



Küknar, yazıq küknar, bəlalı küknar, 

Bizim əlimizlə qaldın qar altda. 

Geyindin əyninə qızıllı paltar, 

Bir həyat məhv oldu qızıllar altda. 

 

Niyə qəmlənirəm axı mən, niyə 



Yüz bahar bir solğun insana qurban. 

Zirvələr qartala, daşlar kəkliyə

Düzənlər bir bala ceyrana qurban. 

 

Məni bu yandırır, bu yandırır ki, 



Duyğunun yerini daşa vermişik. 

Küknar qış vaxtı da yaz andırır ki, 

Biz yazın ömrünü qışa vermişik. 

 

Kəsdilər, gözündən süzüldü kədər, 



Təbiət inlədi yarpaq səsində. 

Bir ağac qırıldı-bir ağac qədər 

Gözəllik azaldı yer kürəsində. 

 

Bu bayram günündə deyirəm gərək 



Yeri də göyü də sevindirəydik. 

Axı, sinəmizdə ürək var, ürək 

Niyə təbiətin xətrinə dəydik?! 

 

Telinə pambığı düzüb küknarın, 



Kənardan baxanda gümüş bilmişik. 

Məni bu yandırır, bu yandırır ki, 

Onun göz yaşını gülüş bilmişik. 

 

*** 



 

 

 


 

 

173



GƏLİBDİR 

 

Yamacların istəkləri dillənib, 



Zirvələrin ağ dumanı tüllənib, 

Təbiətin duyğuları güllənib, 

Ürəklərə axan vaxtı gəlibdir. 

 

Qızıl donlu, toy büsatlı günəşin, 



Üzü gülər, qəlbi odlu günəşin

Övladları səhər adlı günəşin 

Zülmətləri boğan vaxtı gəlibdir. 

 

İsaq-Musaq quşlarının haylaşan, 



Dərələrin yallı gedib qaynaşan, 

Göy üzündə şimşəklərin  oynaşan, 

Şaqqıldayıb çaxan vaxtı gəlibdir. 

 

Sularında yuyunduqca nəzərim, 



Ürəyimdə ocaq çatar sözlərim. 

Dan yerini bir gül kimi Xəzərim 

Yaxasına taxan vaxtı gəlibdir. 

 

Ürəyində eşqi coşub onun da



Od qaynayır suların da qanında. 

Arzumuzun novruzgülü donunda 

Qar altından qalxan vaxtı gəlibdir. 

 

Sinəmizdə istək yanıb sızladı, 



Qırılmazmı bu həsrətin buzları. 

Yaşımızı əzbərləyib qızların 

Başımıza qaxan vaxtı gəlibdir. 

 

 




 

 

174



Hara baxsan eyni dünya, eyni qəm, 

Mən sevgisiz bir ürəyi neynirəm. 

Gözəllərin od geyinib əyninə, 

Evimizi yıxan vaxtı gəlibdir. 

 

Onu hər gün, onu hər an gözlədim, 



Gözlərimdən olanacan gözlədim. 

O insafsız niyə mənim gözlərim 

Qorasını sıxan vaxtı gəlibdir. 

 

Mənim bütün fəsillərim qış olub, 



Harda dərd var, ürəyimə tuş olub, 

Bahara bax-fürsətin bir quş olub 

Əllərimdən çıxan vaxtı gəlibdir. 

 

Hər baxışla baxışmayan könlümün, 



Ev-eşiyə yığışmayan könlümün, 

Bu dünyaya sığışmayan könlümün 

Dörd divara sığan vaxtı gəlibdir. 

 

*** 



 

 

 




 

 

175



BU DAĞLARIN 

 

Səmasında bulud kimi  



Dola 

adam bu dağların. 

Nəğməsini öz qəlbiylə 

Çala 


adam bu dağların. 

 

Yolu düşə gül çağında, 



İsinə gül ocağında. 

Sığınaraq qucağında 

Qala 

adam bu dağların. 



 

Gözəllikdən göz isinə, 

Dodaqlarda söz isinə, 

Dərman bilib, qadasını 

Ala 

adam bu dağların. 



 

Dağlar-gözəlliyin tacı, 

Şəlalələr-gümüş saçı. 

Heç olmasa bir ağacı 

Ola 

adam bu dağların. 



 

Yorulmasa yoxuşunda, 

Yuyunmasa yağışında, 

Çiçək kimi ağuşunda 

Sola 

adam bu dağların. 



 

 


 

 

176



BU AĞAC 

 

Yetişir ömrünün qürub çağları, 

Qəddi günü-gündən əyilir, qağa. 

Özünə yük olur öz budaqları, 

Bu ağac içindən yeyilir, qağa. 

 

Haçandır, haçandır çətirlənməyir, 



Bəlkə də gümanı yoxdur sabaha. 

Bəzənib, gül açıb ətirlənməyir, 

Bu ağac içindən yeyilir, qağa. 

 

Kölgəsi qalmayıb kölgələnməyə, 



Daldası qalmayıb daldalanmağa. 

Bənddir bir balaca silkələnməyə

Bu ağac içindən yeyilir, qağa. 

 

Nə var bu dünyada ölümdən ucuz, 



Nə var bu dünyada ömürdən baha. 

Həyat-bir döyüşdür, ya ud, ya uduz- 

Bu ağac içindən yeyilir, qağa. 

 

Kədəri özündən, dərdi özündən



Nəmli gözlərindən qəm yağa-yağa. 

Düşməni özündən, qurdu özündən, 

Bu ağac içindən yeyilir, qağa. 

 

İndi nə ağacdır, nə də ki, odun 



Bağda çəpərə də yaramaz daha. 

Nə qədər torpağı zəbt edib, tutub 

Bu ağac içindən yeyilir, qağa. 

 

 



 


 

 

177



Bir ömrü ardınca sürüyüb gedir, 

Ağıl kəsə-kəsə, göz baxa-baxa. 

Bir çəngə buluddur, əriyib gedir- 

Bu ağac içindən yeyilir, qağa. 

 

Külək də xəfifcə əsir yanından, 



Quş da budağına qorxur qonmağa. 

Gizli bir gizilti gəzir canında, 

Bu ağac içindən yeyilir, qağa. 

 

Yanında söz deyib, səs də salmaram



Əl vursam, əllərim batar günaha. 

Özü yıxılana balta çalmaram, 

Bu ağac içindən yeyilir, qağa. 

 

*** 



 

QAR YAĞDI GECƏNİN QARANLIĞINA 

 

Qar yağdı gecənin qaranlığına,  



Hər tərəf büründü qar ağlığına. 

Hayana baxırsan düm ağdı gecə, 

Sanki bələkdəki uşaqdır gecə. 

 

*** 



2014 

 

 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə