Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə37/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   33   34   35   36   37   38   39   40   ...   88

 

 

219



Ay Əşrəf, gəl sağ gününə ağlama

Ağlın olsun-“ağ” gününə ağlama. 

Bu qisası qiyamətə saxlama, 

Qardaşım hey, yurddaşım hey, balam, hey! 

 

*** 


2000 

 

BİR ƏL QAPIMIZI DÖYƏ QƏFİLDƏN 



 

Ürəyimin köksündən uçmaq həvəsi gələ, 

Şən nəğmələr dindirə qayaları, daşları. 

Kövrək, həzin anamın titrəyən səsi gələ;- 

“Şəhərdən Əşrəf gəlib, başında yoldaşları”! 

 

Üstündən buludlar dağılmış ola, 



Bir günlük əlimə düşə kəndimiz. 

Yenə dostlarımla dolub-boşala 

Günəşdən asılan şüşəbəndimiz. 

 

Kövrək xatirələr əlimdən tuta, 



Gözünə nur gələ bəzi dostumun. 

Bir gün eşidəm ki, Ostayırda da  

Məzarı çat verib Feyzi dostumun. 

 

Yellər bu xəbəri yaya qəfildən, 



Baxam ki, yollardan duman çəkilib. 

Bir əl qapımızı döyə qəfildən, 

Açam ki, atamın ruhudur gəlib. 

 

*** 



May 2002 

 

 


 

 

220



QARABAĞ 

 

Ərənləri şəhid olub davada, 



Nə ölməyib, nə itməyib Qarabağ. 

Aman Allah! -əli qalıb havada, 

De, kimə əl uzatmayıb Qarabağ. 

 

Qayaları yalçınların yalçını, 



Qan ağlayır Xocalısı, Laçını. 

Anaları yolub töküb saçını, 

Ölənləri yubatmayıb Qarabağ. 

 

Qızıl güllə kürəyimi deşdimi, 



Ürəyimdə dəfn eylədim eşqimi. 

Sanıram ki, mənim kimi heç kimin 

Gözlərini sulatmayıb Qarabağ. 

 

Dərdimizin nalə çəkən ozanı 



Görə-görə, baxa-baxa usanır. 

İndi bildim həsrət niyə uzanır- 

Arxamızca su atmayıb Qarabağ. 

 

*** 



 

 


 

 

221



MƏZƏN OLSUN AY ERMƏNİ 

 

Torpaq mənim, yer mənim, 



Tüstüsü ərşə qalxan, 

Yanan kəndlər mənimdir. 

Mənim üçün darıxan 

O sərhədlər mənimdir… 

 

Bir fikir ver adına- 



Adın da  türkdən gəlir. 

Qışın oğlan çağında 

Odun da türkdən gəlir. 

 

Tarixin yaddaşından  



Türkün adını pozmaq  

Sənə gəlməsin asan!... 

Bir özünə yaxşı bax- 

Sən dünyanın çiynində 

Dilənçi torbasısan!... 

 

*** 



2011 

 

 

 



 


 

 

222



GÖYNƏYİR 

 

Gün batan tərəfə baxa bilmirəm

Qırılan ömrümün köçü göynəyir. 

Qarlı zirvələrə qalxa bilmirəm, 

Yaşlı gözlərimin içi göynəyir. 

 

Günəşli günlərdə, yağışda,çəndə, 



Xəyalım dolanıb gedir o kəndə. 

Əlvan çiçəklərin hər yaz gələndə 

Başının üstündə tacı göynəyir. 

 

O nədir-qəlbimi yandırıb-yaxan, 



O kimdir-həsrətlə yollara baxan... 

Ərləri şəhidlik taxtına qalxan 

Cavan gəlinlərin saçı göynəyir. 

 

Vətən harayına çatan əsgərin, 



Özünü odlara atan əsgərin

Şəhid məzarında yatan əsgərin 

Bəlkə Xocalıda qıçı göynəyir. 

 

Kövrək arzularla dolur sinələr, 



Pozulur o növraq, o ənənələr. 

Qovrulur, sızlayır qoca nənələr 

Ürəkdə min ağrı, acı göynəyir. 

 

Göylərə əl açıb Allah deyənlər



Hər sözün başında sabah deyənlər, 

Günləri əliylə itələyənlər, 

Səhəri gözüylə açır, göynəyir. 

 

 



 


 

 

223



Zülmət gecələrim səhər gözləyir, 

Səpdiyim toxumlar bəhər gözləyir. 

Gözüm “Xəbərlərdə”xəbər gözləyir, 

Ürəyim min yerdən sancır, göynəyir. 

 

Bir də əlim çatmaz ötən çağlara, 



Dodağım həsrətdir buz bulaqlara. 

Könlüm qanadlanır o torpaqlara, 

Qolum o yerləri qucur, göynəyir. 

 

Dünyanın özündən əzəl Qarabağ, 



Düşmən tapdağında xəzəl Qarabağ. 

Gözəl sözündən də gözəl Qarabağ 

Yanır, tüstülənir, uçur, göynəyir. 

 

Sarayı olanlar yuvasız qalıb, 



Əri əsir düşən gəlin, qız qalıb.. 

Bizim binada da atasız qalıb, 

Körpə balaların üçü göynəyir. 

 

Bağrı şan-şan olub dilsiz daşın da, 



Vətən savaşında, yurd savaşında. 

Kövrək anaların doqqaz başında 

Təndiri göynəyir, sacı göynəyir. 

 

Həsrətdən gözləri dolan kəndlərə



Bənizi gül kimi solan kəndlərə,. 

Yanıb qar altında qalan kəndlərə, 

Günəş də nurunu saçır, göynəyir. 

 

 



 


 

 

224



Hayandan başlayır, hardadır Vətən, 

Gör neçə ildir ki, dardadır Vətən. 

“Qarabağ”kəlməsi dilində bitən 

Qardaş sızıldayır, bacı göynəyir. 

 

Ay Əşrəf, taleyim hey döyür məni



Dağılmış bir səhman gözləyir məni. 

Atamın məzarı səsləyir məni, 

Mənimçün burnunun ucu göynəyir. 

 

*** 



1997 

A KƏNDİM 

 

Əlim ətəyindən tutar, üzülməz, 

Yolların kəsilər, ümid kəsilməz. 

Sənsizlik dözülməz dərddir, dözülməz, 

Dözüb yaşayıram sənsiz, a kəndim. 

 

Sən idin pənahım xeyirdə, şərdə, 



Qorxuram görməyəm üzünü bir də... 

Tanış döngələrdə, dost küçələrdə 

Azıb yaşayıram sənsiz, a kəndim. 

 

Başsızlar düşmədi başa şeirimi, 



İş açıb tikdilər işə şeirimi. 

Havaya, torpağa, daşa şeirimi 

Yazıb yaşayıram sənsiz, a kəndim. 

 

De necə tablaşım, necə dözüm mən, 



Anamdan əmdiyim gəldi gözümdən. 

Tanışdan-bilişdən, hətta özümdən 

Küsüb yaşayıram sənsiz, a kəndim 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə