Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə33/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   29   30   31   32   33   34   35   36   ...   88

 

 

195



DAĞLARIN SƏHƏR NƏĞMƏSİ 

 

Uca zirvələrə tez-tez qar yağar

Dağların saçına erkən dən düşər.., 

Güllərin gözünə sübhün gözündən 

Bəzən şeh çilənər, bəzən çən düşər. 

 

Nazlana-nazlana açılar səhər, 



Düzlərdən əl edər qızıl lalələr. 

Gümüş kəmər kimi ağ şəlalələr  

Sürüşüb dağların belindən düşər. 

 

Güldən sərgi açar hər qaya, hər dik, 



Hər tərəf gözəllik, 

Hər yan çiçəklik. 

Bir nəğmə oxusa xınalı kəklik, 

Ovçunun tüfəngi əlindən düşər. 

 

*** 


1969 

 

 



 


 

 

196



BAHAR 

 

Oxudu bulaqlar, dindi bulaqlar- 

Torpağın ürəyi döyündü yenə. 

Gümüş paltarını soyundu dağlar, 

Qızıl paltarını geyindi yenə. 

 

Nərgizlər bəzədi dərəni, düzü, 



Qoyunlar, quzular örüşə getdi. 

Vüsal paltarında qonşunun qızı 

Hicranın özüylə döyüşə getdi. 

 

Daradı çölləri meh narın-narın, 



Düzlərin bağrını lalə yandırdı. 

Sevgidən don geyib gələn baharın 

Yolunu şimşəklər işıqlandırdı. 

 

Aşıq:-Mənə verin sazımı,-dedi, 



Tarzənin əlləri gəzdi tar üstdə. 

Qaranquş baharın sözünü dedi

Bir nəğmə oxudu budaqlar üstdə. 

 

Günəş üfüqlərdən elə çıxdı ki, 



Əlvan şəfəqlərə boyandı torpaq. 

İldırım meşədə elə çaxdı ki, 

Səksənib, yuxudan oyandı torpaq. 

 

*** 



1966 

 

 



 


 

 

197



 

 

 

 


 

 

198



 

 

 

 

 

 



 

 

 



 


 

 

199



ŞEİRİMİZDƏ QARABAĞ MÖVZUSU 

Müasir poeziyamızda 

öz fərdi dəst-xətti, de-

yim və duyum tərzi, ya-

zı manerası ilə seçilən, 

fərqlənən  şairlərdən biri 

də  Əşrəf Veysəllidir

Bu yazıda mən zəngin 

yaradıcılıq yolu keçən, 

lakin nədənsə haqqında 

çox az danışılan, şeirləri 

ədəbi tənqidin diqqətin-

dən kənarda qalan Əşrəf 

Veysəllinin yalnız Qara-

bağ mövzusunda qələmə aldığı  şeirlərdən söz açacağam. O 

səbəbdən ki, Əşrəfin bu mövzuda yazdığı şeirlər öz poetik kamil-

liyi ilə  diqqəti cəlb edir. Yəni bu şeirləri Qarabağ mövzusunda 

səriştəsiz qələm işlədənlərə nümunə göstərib demək olar ki, bax, 

Qarabağdan yazanda Əşrəf Veysəlli kimi yazın.... 

Ən  əvvəl onu qeyd edim ki, Əşrəf Veysəlli  ədəbiyyata 

altmışıncı illərdə gəlib. Onu qeydsiz-şərtsiz “altmışıncılar”ın bir 

nümayəndəsi hesab etmək olar. Amma öncə dediyimiz kimi az 

təbliğ olunub. 

Əşrəfin beş il öncə çapdan çıxan “Ürəyim Allah evidir” 

şeirlər kitabında Qarabağ  həsrətini, yurd itkisindən doğan 

yanğını, ürəyə  sığmayan qüssəni ifadə edən xeyli şeir var. Bu 

şeirlər ilk növbədə, poetik sanbalı ilə diqqəti cəlb edir. Şeirlərin 

əksəriyyəti Qarabağ yarası sinədə  hələ isti-isti körüklənərkən 

yazılıb və o səbəbdən də  təsirlidir, emosionaldır.  Şair torpaq 

itkisinə dözə bilmir, onun təəssüf hissi təbiidir və günlərin 

birində fikirləşəndə ki, düşmən  əlində  nələrimiz qalıb, adamı 

dəhşət götürür: 



Vaqif Yusifli 

(filologiya elmləri doktoru, profesor)

 


 

 

200



Ürəklər kül oldu öz arzusunda, 

Evin təki getdi, qoşası getdi. 

Arana köçənlər yandı susuzdan, 

“Ballıca”, “Qırxbulaq”, “Qoşasu”getdi. 

 

Ayım bəd gətirdi, ilim nəs oldu, 

Bu dərd ömrüm boyu mənə bəs oldu. 

Bu yandan “Ərgünəş” görünməz oldu, 

O yandan “Topxana” meşəsi getdi. 

 

Ay Əşrəf, gülünclər qoy bizə gülsün, 

Sızlayan ürəyin yansın, tökülsün. 

Başına daş düşsün, yıxılsın, ölsün, 

Kimin ki, əlindən Şuşası getdi

 

Qarabağ mövzusunun bir yöntəmi də İTKİdir. Əksər şairləri-



miz  əldən getmiş  kəndlərimizi,  şəhərlərimizi, dağlarımızı, 

çaylarımızı, göllərimizi, biçənəklərimizi, yamaclarımızı, bir 

sözlə, o torpaqlarda nəyimiz varsa... onu itki sayır və buna 

dözəmmirlər. Şairlərimizin şeirlərindəki həsrət və yanğı da elə o 

itkidən gəlir. Əşrəf Veysəlli də misal gətirdiyimiz şeirdə o itki-

dən söz açır. Başqa bir şeirdə: 



 

O bir çinar, mən bir yarpaq, 

Əfsus! Ondan düşdüm uzaq. 

O torpaqda bulaq-bulaq

Çeşmə-çeşmə neyim qaldı. 

 

Dumanında, çisəyində, 

Qayasında, kəsəyində, 

Hər otunda, çiçəyində, 

Bir parça ürəyim qaldı.  

 

 


 

 

201



Kövrəlmişəm bir saz kimi, 

Arzu kimi, muraz kimi. 

Ortalıqda Araz kimi, 

Harayım, göynəyim qaldı. 

 

Yada düşər ötən çağlar, 

İçimdə bir kaman ağlar. 

“Üzü bəri baxan dağlar

Mənim sizdə nəyim qaldı” 

 

İtki mövzusu Əşrəf Veysəllinin digər  şeirlərində  də  nəzərə 



çarpır. Onun “Göynəyir” rədifli çox gözəl bir şeiri var və bu 

şeirdə  Ə.Veysəlli öz poetik hünərini göstərə bilib. Göynəmək 

də, hardasa elə itkidir, ya da itkidən doğan məyusluqdu, 

qüssədi. 

 

O nədir-qəlbimi yandırıb-yaxan, 

O kimdir-həsrətlə yollara baxan... 

Ərləri şəhidlik taxtına qalxan 

Cavan gəlinlərin saçı göynəyir. 

 

Dünyanın özündən əzəl Qarabağ, 

Düşmən tapdağında xəzəl Qarabağ. 

Gözəl sözündən də gözəl Qarabağ, 

Yanır, tüstülənir, uçur,  göynəyir. 

 

Ay Əşrəf, taleyim hey döyür məni

Dağılmış bir səhman gözləyir məni. 

Atamın məzarı səsləyir məni, 

Mənimçün burnunun ucu göynəyir. 

 

Əşrəf Veysəllinin  şeirlərində biz Azərbaycan türkünün son 



iyirmi-iyirmi beş ildə keçirdiyi hiss və  həyəcanların poetik 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə