Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə36/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   32   33   34   35   36   37   38   39   ...   88

 

 

213



GETDİ 

 

Ürəklər kül oldu öz arzusunda

Evin təki getdi, qoşası getdi. 

Arana köçənlər yandı susuzdan, 

“Ballıca”, “Qırxbulaq”, “Qoşasu”getdi. 

 

Ayım bəd gətirdi, ilim nəs oldu, 



Bu dərd ömrüm boyu mənə bəs oldu. 

Bu yandan “Ərgünəş”görünməz oldu, 

O yandan “Topxana”meşəsi getdi. 

 

Hamı insan idi öz torpağında, 



Ölmək asan idi öz torpağında. 

Hər kəs bir xan idi öz torpağında, 

Elin xanı getdi, paşası getdi. 

 

İnlədim, gözümdə yaş parçalandı, 



Beyin silkələndi, baş parçalandı. 

Baxdım-yolum üstə daş parçalandı, 

Elə ki, gözümdən daşa su getdi. 

 

Ay Əşrəf, gülünclər qoy bizə gülsün



Sızlayan ürəyin yansın, tökülsün. 

Başına daş düşsün, yıxılsın, ölsün, 

Kimin ki, əlindən Şuşası getdi. 

 

*** 



May 1993-cü il 


 

 

214



DƏRDİM 

(Hüzn mərasimlərində, oğlu və həyat yoldaşı  

şəhid olmuş bacım Gülayanın oxuduğu bayatıları 

 ipə-sapa düzmək istədim.) 

 

Tək idi, dözəmmirdim, 

Qoşadır, qoşa dərdim. 

El yığılıb başına, 

Olub tamaşa dərdim. 

 

Dağın qəddi bükülər, 



Köksünə dağ çəkilər. 

Daş əriyib tökülər, 

Deyilsə daşa dərdim. 

 

Gizlədib Xan Əslimi



Keşiş yolu kəsdimi. 

Ömrümün yaz fəslini 

Dəyişdi qışa dərdim. 

 

Mənə ünvan olmağı, 



Ahu əfqan olmağı, 

Qan sorub can almağı 

Eylədi peşə dərdim. 

 

O hönkürən bacıydı, 



Əllərində saçıydı. 

Dünən tək ağacıydı, 

İndiki meşə dərdim. 

 

*** 



 


 

 

215



Əldə bayraq oldumu, 

Beldə qurşaq oldumu, 

Qolda tuşaq oldumu, 

Çarığa köşə dərdim? 

 

Güllərim həşəm oldu, 



Sızlamaq peşəm oldu. 

Ömrümə düşmən oldu, 

Baxmadı yaşa dərdim. 

 

Bağ getdi, bəhər getdi. 



Kənd getdi, şəhər getdi. 

Oğul getdi-ər getdi

Döndü yoldaşa dərdim. 

 

Hər ağacda bar olmaz, 



Hər zirvədə qar olmaz. 

Məndən sənə yar olmaz, 

Get ayrı yaşa, dərdim. 

 

Hər dərdin öz dərmanı, 



Sənin çarən bəs hanı? 

Yenə bütün dünyanı 

Salmısan işə, dərdim. 

 

Bir dərdim minə döndü, 



Elim köçkünə döndü. 

Neylədin qana döndü

Gözümdə yaş, a dərdim? 

 

 



 


 

 

216



Arzum qaldı gözümdə, 

Kim olar mən dözümdə. 

Əllərimi üzümdə 

Döndərdi xışa dərdim. 

 

İsinməyib istimə, 



Kor olarsan tüstümə. 

Dostum, mənə dost demə 

Gəlmirsə xoşa dərdim. 

 

Toyda kaman, tar kimi, 



Göydə durnalar kimi, 

Vayda mollalar kimi, 

Keçibdi başa dərdim. 

 

Dilim ahu zar eylər



Canımdan bezar eylər, 

Məni kargüzar eylər, 

Xan dərdim, paşa dərdim. 

 

Gün yaşaya bilmədim



Şən yaşaya bilmədim. 

Mən yaşaya bilmədim, 

Barı sən yaşa, dərdim. 

 

Bəllidir hər quşa da, 



Kəsəyə də, daşa da. 

Divin canı şüşədə 

Mənim canım Şuşada. 

Ay mənim Şuşa dərdim, 

Ay mənim Şuşa dərdim... 

 

*** 

2003 



 

 

217



TORPAQ DƏRDİ, ŞƏHİD DƏRDİ 

 

Allah, bu dərd hər bir dərddən baş olub, 

Qəlbimizə tez ələnən dərd imiş. 

Dərya-dərya, ümman-ümman yaş olub

Gözümüzdən süzələnən dərd imiş. 

 

Dağlar uçub üstümüzə tökülüb, 



Sinəmizə neçə dağlar çəkilib. 

Köksümüzdə yumaq kimi bükülüb, 

Tərpətdikcə çözələnən dərd imiş. 

 

Bu dərd bizi zirvələrə qaldırıb, 



Bu dərd bizi qayalardan saldırıb. 

Badəsini qanımızla doldurub, 

Canımızla məzələnən dərd imiş. 

 

Görmüşdünmü qəm qırmızı boyana, 



Ürək gərək tab gətirə, dayana. 

Torpaq dərdi, şəhid dərdi, ay ana, 

Köhnəldikcə təzələnən dərd imiş. 

 

*** 



1994 

 

 

 



 

 

 



 

 



 

 

218



OLMADI 

 

Bu ağac da bar vermədi, 



Bu bağ da bir bağ olmadı. 

Sevincimə yiyə duran, 

Dərdimə ortaq olmadı. 

 

Kef damağı çağ olanlar, 



Üzümüzə ağ olanlar, 

Ürəyimdə dağ olanlar 

Kürəyimdə dağ olmadı. 

 

Azadam, xoşbəxtəm-deyə 



Səs saldım bütün ölkəyə. 

Sevincdən hoppandım göyə, 

Düşəndə torpaq olmadı. 

 

*** 



1992 

 

ÇAĞIRIŞ 

 

Qış günüydü, bürünmüşdüm kürkümə, 

Haramılar haram qatdı mürgümə. 

Od vurdular hasarıma, bürcümə, 

Harda qaldı o dağılmış qalam, hey. 

 

Bu yer, bu göy, torpaq mənə yar ola



Əlimdəki bayraq mənə yar ola. 

Allah dedim, Allah mənə yar ola 

Bu hayıfı yağılardan alam, hey. 

 

 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə