250
Ürəyimin sinəmdən uçmaq həvəsi gələ,
Şən nəğmələr dindirə qayaları, daşları.
Kövrək, həzin anamın titrəyən səsi gələ:
“Şəhərdən Əşrəf gəlib, başında yoldaşları”...
Qarabağın mənə anam qədər doğma olan Yuxarı Veysəlli
kəndinə- doğulduğum, boya-başa çatdığım o gözəl məkana düz
on iki ildir ki, həsrətəm. Düz on iki ildir ki, atamın, əmimin,
doğmalarımın, əzizlərimin məzarlarını ziyarət edə bilmirəm.
Düz on iki ildir ki, “Qaya bulağ”ın, Soltanalı kəhrizi”n, “Qara
kəhriz”in diş göynədən, ürək sərinlədən sularına, kəndimizin
ildırım şırımları kimi müxtəlif ünvanlara doğru şırımlanan cığır-
larına, uşaqlıq xatirələrimin beşiyi olan “İldırımdüşən”ə, “Qala
yeri”nə, “Bala dərəsi”nə, Süleyman babamın əlləri ilə əkilmiş,
yaşıl tuneli xatırladan, hər yaz gələndə şanapipikləri, bülbülləri,
kəklikləri səs-səsə verən gül qoxulu meyvə bağlarına həsrət
qalmışam..
Yaxşı yadımdadır: iki oğlu döyüşdən (1941-1945) qayıt-
mayan Süleyman babam çəliyinə söykənə-söykənə evdən uzaq-
laşar, gözlərini yol boyu məchul bir nöqtəyə dikərək bayatı
çağırıb dolmuş gözlərini boşaldar, kövrəlmiş ürəyini sakitləşdi-
rərdi. Uzaqlara çəkilərdi ki, heç kəs onun ağlamağını görməsin.
Biz isə balaca uşaqlar olduğumuz üçün bizə o qədər də məhəl
qoymazdı:
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı?...
Babam Süleyman kişi çox maraqlı bir insan idi. Evlərinin
qarşısındakı tut ağaclarının kölgəsində salınmış döşəkçənin üs-
tündə uzanar, ərtafdakılara göz qoyardı. Yaşı 80-i ötmüş müdrik
251
qocanın gözlərindən heç nə yayınmazdı... Hərdən də bizi səs-
ləyər: “Ay Əşrəf, ay Bəylər, ay İsmayıl... yanıma gəlin, sizə bir
yaxşı söz deyəcəyəm.” Qaça-qaça gələrdik:-“Hə gəldik baba, nə
istəyirsən?” O, dikəlib çəliyi ilə “İldırımdüşən”in yamacında
otlaya-otlaya “Erməni qoruğu”na yaxınlaşan qoyunlarımızı gös-
tərər və deyərdi: “Gedin qoyunları qaytarın, sonra gəlin yanıma
sizə bir yaxşı söz deyəcəyəm, yoxsa qoyunlarımızı ermənilər
aparsa, geri almaq çətin olacaq”, Nə biləydik ki, o səfalı, o
gözəl torpaqlarımız da bir vaxt ermənilərin əlinə keçəcək və
doğrudan da onları geri qaytarmaq çox çətin ola-caq.... Biz
kəpənək qanadlarını baldırlarımıza sürtərdik ki, bərk qaçaq...
Qoyunları qaytarıb gətirəndən sonra babamıza yaxınlaşar: “Hə
baba, bizə nə deyəcəkdin?” O isə “Çox sağ olun, mənim nəvə-
lərim, indi yadınızda saxlayın ki, “Buyuranla yüyürən yarıdır”...
Həmin fikri çox-çox sonralar bir yazımda işlətdim:
Kündəsi yayılıb yapılmayınca
Təndirdən incimək, küsmək nahaqdır.
Yaxşı buyuranım tapılmayınca
Yaxşı yüyürənim olmayacaqdır.
Torpaqlarımızın qorunub saxlanılmasında, kəndimizin
“aşağılı-yuxarılı” çiçəklənib gözəlləşməsində, inkişaf etməsin-
də, milli mədəniyyətimizin, mənəvi xəritəmizin geniş vüsət
tapmasında xüsusi xidmətləri olan Bəylər bəyin, müharibə illə-
rində kəndimizdə sədrlik etmiş Qədir İbrahimovun, əmim Şəfi
kişinin, Əli Mehdiyevin, Hətəm Hətəmovun, “son vaxtlar”
məntiqə, fəlsəfəyə söykənən gözəl nitq bacarığı ilə dinləyəni
heyran edə bilən Məmmədəli dayının (Qara Məmmədəli),
özünəməxsus insani keyfiyyətləri, koloriti, hazırcavablığı və
əməksevərliyi ilə başqalarından seçilən Azad babanın, Abdulla
əminin, Çərkəz kişinin, Qasım əminin, Şıxəli dayının və onların
övladlarının, duzlu-məzəli söhbətləri ilə könüllər oxşayan,
252
böyük həvəs və ustalıqla nərd oynamaqdan həzz alan Bayraməli
Nuriyevin, Bayraməli Həsənovun, bostançı Nəzər kişi və onun
oğlanlarının, Məhərrəm-Alqoca və Həsən-Zülfüqar qardaşla-
rının, Hüseyn kişi, molla Qara və o nurani kişinin oğlanlarının,
Abbas əmi, Əli və Məmmədhəsən Bağırov qardaşlarının,
Əsgər-Nəcəfqulu qardaşları, İsfəndiyar, Qubad dayı, Cəfər-
Qəfər qardaşları, Əbdül, Cəmil kimi el sənətkarları, toylarda
gözəl rəqsləri ilə hamını valeh edən Pərzad xanım, Bacıxanım
xala, çox gözəl və nadir səsə malik olan Qulu Həsənovun, şirin-
şirin bayatıları və zarafatları ilə həmişə yadda qalan Dadaş və
Balaş qardaşlarının əhvalatlarından saatlarla söhbət açmaq olar..
Bir az yaxın keçmişimizdən danışaq: Qarabağ müharibələ-
rində haylara-düşmənlərə qan udduran Yavərin, Əhədin,
Bağırın, Nizaminin, Şəhriyarın, Salehin.. Ziyalı zümrəsindən
olan Baratəli, Muxtar, Mehralı, Novruz müəllimin, hal-hazırda
Füzuli rayon İcra Hakimiyyətinin başçısı işləyən, gözəl yaddaşı,
yüksək mədəniyyyəti, böyük təşkilatçılıq bacarığı, qayğıkeşliyi
və təəssübkeşliyi ilə bu gün də Qarabağ müharibəsinin ağrı-
acılarını dadmış insanlara öz köməyini əsirgəməyən Nəbi
Muxtarovun, Kərəm Hətəmovun, Azər, Asif qardaşlarının,
dünyasını çox vaxtsız dəyişən qələm dostumuz Sabir
Rüstəmzadənin, Əsədin, Etibarın, bir sözlə balacalarından tut-
muş qocalarınadək hər birinin haqqında kitablar yazmaq müm-
kündür...
Təəssüflə qeyd etməliyəm ki, sənətinin sorağı sərhədləri
aşmış olan aşıq Fərrux, Şahmurad, aşıq Vəli, Əbdül,Cəmil,
Melik, İmran və Qəmbər kimi el sənətkarları haqqında lazımın-
ca tədqiqatlar aparılmayıb..Böyük el sənətkarı, yastı balabanda
məharətlə ifa etdiyi qədim xalq mahnıları ilə bir vaxt görkəmli
sənətkarların diqqətini özünə cəlb edən- ölməz Bülbülün,
Üzeyir bəyin, Seyid Şuşinskinin, Xan Şuşinskinin, o vaxtlar
Respublika Incəsənət İşçiləri İdarəsinin rəisi işləyən Mirzə
İbrahimovun, Gürcüstanda aşıq Əmrahın, Kəlbəcərdə Dədə
Dostları ilə paylaş: |