245
rindən əyin paltarlarını da götürməyə macal
tapmayan bu adam-
ların indiki halda imkanlı müəssisələrə, təşkilatlara böyük ehti-
yacları var. Aldığım məlumatlara görə Bakıda və Sumqayıtda
onlara mənəvi dayaq duranlar tapılır.Yeri gəlmişkən Bakı kər-
piç zavodun, “Səbinə” kooperativinin, Sumqayıtdakı “Ümid”
Xeyriyyə cəmiyyətinin, uşaq bağçalarının, xüsusilə də 47 və 52
saylı bağçaların kollektivlərinə, 2 nömrəli incəsənət məktəbinin,
1 nömrəli musiqi məktəbinin müəllimlərinə, bu ağır gündə öz
doğma yurd-yuvalarından didərgin düşənlərimizə mərhəmət
göstərib kömək əlini uzadan hər bir kəsə dərin minnətdarlıq
hisslərimi çatdırmağı özümə borc bilirəm. Başımıza bu müsi-
bətləri, bu bəlaları gətirənlər haqda düşündükdə anamın ikicə
kəlmə ilə çox tutarlı və sərrast ifadə etdiyi, az qala atalar sözü
kimi beynimə həkk olunan fikrindən təsəlli tapıram: “Sən bil-
mirsən onlar murdardılar, bala..”
Şəhərdə heç vaxt üç-dörd gündən artıq dayana bilməyən,
həmişə qızları, qohum-qonşuları, ev-eşiyi, həyət-bacası üçün
darıxan anam indi çarəsiz qalıb, cansıxıcı beton divarlara pənah
gətirib. Böyük türk şairi Nazim Hikmət demişkən, hər gün get-
diyi yol beş-altı metrlik döşəmədən ibarət olub. Belə yerdə
onun üçün yaşamaq əlbətdə, çox çətindir. Söz düşəndə “kəndi-
mizdən başqa heç bir yer ürəyimə yatmır”,-deyir “Novruz
bayramının axşamı işdən evə gələndə balaca Cavid mənə yaxın-
laşdı: “Ata, olar bir söz deyim?”-Olar, dedim. O, dodaqlarını
qulaqlarıma söykəyib, təkcə mənim eşidəcəyim tərzdə pıçıldadı:
“Nənəm yenə də yorğanı başına çəkib ağlayırdı. Bildi ki, mən
başa düşmüşəm, durub hamama keçdi, qapını da bağladı. Ora-
dan çıxanda gözləri qıpqırmızı qızarmışdı..” Neyləyim, allah
ermənilərin tifaqını dağıtsın, anamı sakitləşdirməyə, ona təskin-
lik, təsəlli verməyə imkanım yoxdu. Yurdunu-yuvasını itirib.
Yetmiş il gözlərinin öyrəşdiyi dağlardan, dərələrdən, dodağı
nəğməli buz bulaqlardan, həmişə yan-yörəsində gördüyü qızla-
rından, nəvələrindən, qohum-qonşularından və nəhayət ömür-
246
gün dostunun şirin xatirələrini əbədi yaşadan doğma evindən-
eşiyindən, doğma elindən ayrı düşüb anam..
Niyə qara gəldi bu yaz,
Belə bayram olmaz, ana.
Sənin göz yaşın qurumaz,
Mənim üzüm gülməz, ana.
Kim yandırdı yurdumuzu!
Bu sorğular yordu bizi.
Dərdli bilər dərdimizi,
Dərdsiz olan bilməz, ana.
Qara yellər əsib nədi,
Qapımızı kəsib nədi.
Bacılarım küsüb nədi,
Niyə bizə gəlməz, ana.
Ürəyim bir himə bənddi,
Özü boyda ahdı, dərddi.
Hara getsək evdir, kənddir,
Kəndimizdən olmaz, ana.
Tapılmazmı bu dünyada,
Ümid verən bir səs-səda!!
Hər şeyimiz azalsa da,
Dərdimiz azalmaz, ana.
Yanıb bağrım, sınıb qolum,
Açılmazmı bağlı yolum?!
Gəl ağlama qurban olum,
Dünya belə qalmaz, ana!
***
1992-ci il
249
ATAMIN QONAĞI OLA BİLMƏDİM
Bağışla məni, neçə-neçə dərdlərin dərmanı olan, sal qaya-
ların, daşların sinəsini yarıb özünə yol açan, adını çəkə bilmədi-
yim bulaq. Bağışla məni, ey adını, ünvanını unutduğum, təbiə-
tin sehrli əlləri ilə sığallanmış çiçək! Bağışla məni, ey bu yazını
yazdığım dəmdə adı yadıma düşməyən insan! Bağışla məni,
haqqında ətraflı danışa bilmədiyim dost!.... Sizin məndən inci-
yib küsməyə haqqınız olsa da, məni bağışlayın!..
Qoy adı gələndə dodaqlarımız yüz yerdən səyriyən, ürəyimiz
çat verən Qarabağ torpaqlarımız haqqında tez-tez söhbət salma-
ğımız heç kəsi narahat etməsin.Qarabağ bizim yaralı yerimizdir.
İnsan öz yaralı yerini çox istəyər. Bir də ki, bizim üçün dünya-
nın özü boyda görünən, Şah İsmayıl Xətai babamızdan ərməğan
edilən, ucsuz-bucaqsız torpaqlarını itirə-itirə gəldiyimiz
Azərbaycanımızın hansı bir yeri təhlükə qarşısında qalarsa, biz
hamımız qarabağlı ola bilsəydik, bu gün Qarabağsız qal-
mazdıq...
Üstündən buludlar dağılmış ola,
Bir günlük əlimə düşə kəndimiz.
Yenə dostlarımla dolub-boşala
Günəşdən asılan şüşəbəndimiz.
Kövrək xatirələr əlimdən tuta,
Gözünə nur gələ bəzi dostumun.
Bir də eşidəm ki, Ostayırda da
Məzarı çat verib Feyzi dostumun.
Yellər bu xəbəri yaya qəfildən,
Baxam ki, yollardan duman çəkilib.
Bir əl qapımızı döyə qəfildən,
Açam ki, atamın ruhudur,-gəlib..