Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə43/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   39   40   41   42   43   44   45   46   ...   88

 

 

245



rindən əyin paltarlarını da götürməyə macal tapmayan bu adam-

ların indiki halda imkanlı müəssisələrə, təşkilatlara böyük ehti-

yacları var. Aldığım məlumatlara görə Bakıda və Sumqayıtda 

onlara mənəvi dayaq duranlar tapılır.Yeri gəlmişkən Bakı  kər-

piç zavodun, “Səbinə” kooperativinin, Sumqayıtdakı “Ümid” 

Xeyriyyə cəmiyyətinin, uşaq bağçalarının, xüsusilə də 47 və 52 

saylı bağçaların kollektivlərinə, 2 nömrəli incəsənət məktəbinin, 

1 nömrəli musiqi məktəbinin müəllimlərinə, bu ağır gündə öz 

doğma yurd-yuvalarından didərgin düşənlərimizə  mərhəmət 

göstərib kömək  əlini uzadan hər bir kəsə  dərin minnətdarlıq 

hisslərimi çatdırmağı özümə borc bilirəm. Başımıza bu müsi-

bətləri, bu bəlaları  gətirənlər haqda düşündükdə anamın ikicə 

kəlmə ilə çox tutarlı və sərrast ifadə etdiyi, az qala atalar sözü 

kimi beynimə  həkk olunan fikrindən təsəlli tapıram: “Sən bil-

mirsən onlar murdardılar, bala..” 

Şəhərdə heç vaxt üç-dörd gündən artıq dayana bilməyən, 

həmişə  qızları, qohum-qonşuları, ev-eşiyi, həyət-bacası üçün 

darıxan anam indi çarəsiz qalıb, cansıxıcı beton divarlara pənah 

gətirib. Böyük türk şairi Nazim Hikmət demişkən, hər gün get-

diyi yol beş-altı metrlik döşəmədən ibarət olub. Belə yerdə 

onun üçün yaşamaq əlbətdə, çox çətindir. Söz düşəndə “kəndi-

mizdən başqa heç bir yer ürəyimə yatmır”,-deyir “Novruz 

bayramının axşamı işdən evə gələndə balaca Cavid mənə yaxın-

laşdı: “Ata, olar bir söz deyim?”-Olar, dedim. O, dodaqlarını 

qulaqlarıma söykəyib, təkcə mənim eşidəcəyim tərzdə pıçıldadı: 

“Nənəm yenə də yorğanı başına çəkib ağlayırdı. Bildi ki, mən 

başa düşmüşəm, durub hamama keçdi, qapını da bağladı. Ora-

dan çıxanda gözləri qıpqırmızı  qızarmışdı..” Neyləyim, allah 

ermənilərin tifaqını dağıtsın, anamı sakitləşdirməyə, ona təskin-

lik, təsəlli verməyə imkanım yoxdu. Yurdunu-yuvasını itirib. 

Yetmiş il gözlərinin öyrəşdiyi dağlardan, dərələrdən, dodağı 

nəğməli buz bulaqlardan, həmişə yan-yörəsində gördüyü qızla-

rından, nəvələrindən, qohum-qonşularından və  nəhayət ömür-



 

 

246



gün dostunun şirin xatirələrini  əbədi yaşadan doğma evindən-

eşiyindən, doğma elindən ayrı düşüb anam..  

 

Niyə qara gəldi bu yaz, 

Belə bayram olmaz, ana. 

Sənin göz yaşın qurumaz, 

Mənim üzüm gülməz, ana. 

 

Kim yandırdı yurdumuzu! 

Bu sorğular yordu bizi. 

Dərdli bilər dərdimizi

Dərdsiz olan bilməz, ana. 

 

Qara yellər əsib nədi, 

Qapımızı kəsib nədi. 

Bacılarım küsüb nədi, 

Niyə bizə gəlməz, ana. 

 

Ürəyim bir himə bənddi, 

Özü boyda ahdı, dərddi. 

Hara getsək evdir, kənddir, 

Kəndimizdən olmaz, ana. 

 

Tapılmazmı bu dünyada, 

Ümid verən bir səs-səda!! 

Hər şeyimiz azalsa da, 

Dərdimiz azalmaz, ana. 

 

Yanıb bağrım, sınıb qolum, 

Açılmazmı bağlı yolum?! 

Gəl ağlama qurban olum

Dünya belə qalmaz, ana! 

 

*** 


1992-ci il  


 

 

247



                                                 

 

 


 

 

248



 

 

 

 

 

 

 

 

 

 


 

 

249



ATAMIN QONAĞI OLA BİLMƏDİM 

 

Bağışla məni, neçə-neçə  dərdlərin dərmanı olan, sal qaya-

ların, daşların sinəsini yarıb özünə yol açan, adını çəkə bilmədi-

yim bulaq. Bağışla məni, ey adını, ünvanını unutduğum, təbiə-

tin sehrli əlləri ilə sığallanmış çiçək! Bağışla məni, ey bu yazını 

yazdığım dəmdə adı yadıma düşməyən insan! Bağışla məni, 

haqqında ətraflı danışa bilmədiyim dost!.... Sizin məndən inci-

yib küsməyə haqqınız olsa da, məni bağışlayın!.. 

Qoy adı gələndə dodaqlarımız yüz yerdən səyriyən, ürəyimiz 

çat verən Qarabağ torpaqlarımız haqqında tez-tez söhbət salma-

ğımız heç kəsi narahat etməsin.Qarabağ bizim yaralı yerimizdir. 

İnsan öz yaralı yerini çox istəyər. Bir də ki, bizim üçün dünya-

nın özü boyda görünən, Şah İsmayıl Xətai babamızdan ərməğan 

edilən, ucsuz-bucaqsız torpaqlarını itirə-itirə  gəldiyimiz 

Azərbaycanımızın hansı bir yeri təhlükə qarşısında qalarsa, biz 

hamımız qarabağlı ola bilsəydik, bu gün Qarabağsız qal-

mazdıq... 

 

Üstündən buludlar dağılmış ola, 



Bir günlük əlimə düşə kəndimiz. 

Yenə dostlarımla dolub-boşala 

Günəşdən asılan şüşəbəndimiz. 

 

Kövrək xatirələr əlimdən tuta, 

Gözünə nur gələ bəzi dostumun. 

Bir də eşidəm ki, Ostayırda da 

Məzarı çat verib Feyzi dostumun. 

 

Yellər bu xəbəri yaya qəfildən, 

Baxam ki, yollardan duman çəkilib. 

Bir əl qapımızı döyə qəfildən, 

Açam ki, atamın ruhudur,-gəlib.. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə