Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə44/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   40   41   42   43   44   45   46   47   ...   88

 

 

250



Ürəyimin sinəmdən uçmaq həvəsi gələ

Şən nəğmələr dindirə qayaları, daşları. 

Kövrək, həzin anamın titrəyən səsi gələ: 

 “Şəhərdən Əşrəf gəlib, başında yoldaşları”... 

 

Qarabağın mənə anam qədər doğma olan Yuxarı Veysəlli 

kəndinə- doğulduğum, boya-başa çatdığım o gözəl məkana düz 

on iki ildir ki, həsrətəm. Düz on iki ildir ki, atamın,  əmimin, 

doğmalarımın,  əzizlərimin məzarlarını ziyarət edə bilmirəm. 

Düz on iki ildir ki, “Qaya bulağ”ın, Soltanalı kəhrizi”n, “Qara 

kəhriz”in diş göynədən, ürək sərinlədən sularına, kəndimizin 

ildırım şırımları kimi müxtəlif ünvanlara doğru şırımlanan cığır-

larına, uşaqlıq xatirələrimin beşiyi olan “İldırımdüşən”ə, “Qala 

yeri”nə, “Bala dərəsi”nə, Süleyman babamın  əlləri ilə  əkilmiş

yaşıl tuneli xatırladan, hər yaz gələndə şanapipikləri, bülbülləri, 

kəklikləri səs-səsə verən gül qoxulu meyvə bağlarına həsrət 

qalmışam.. 

Yaxşı yadımdadır: iki oğlu döyüşdən (1941-1945) qayıt-

mayan Süleyman babam çəliyinə söykənə-söykənə evdən uzaq-

laşar, gözlərini yol boyu məchul bir nöqtəyə dikərək bayatı 

çağırıb dolmuş gözlərini boşaldar, kövrəlmiş ürəyini sakitləşdi-

rərdi. Uzaqlara çəkilərdi ki, heç kəs onun ağlamağını görməsin. 

Biz isə balaca uşaqlar olduğumuz üçün bizə o qədər də məhəl 

qoymazdı: 

 

Əzizim balabanı, 

Asta çal balabanı. 

Hamının balası gəldi, 

Bəs mənim balam hanı?... 

 

Babam Süleyman kişi çox maraqlı bir insan idi. Evlərinin 



qarşısındakı tut ağaclarının kölgəsində salınmış döşəkçənin üs-

tündə uzanar, ərtafdakılara göz qoyardı. Yaşı 80-i ötmüş müdrik 




 

 

251



qocanın gözlərindən heç nə yayınmazdı... Hərdən də bizi səs-

ləyər: “Ay Əşrəf, ay Bəylər, ay İsmayıl... yanıma gəlin, sizə bir 

yaxşı söz deyəcəyəm.” Qaça-qaça gələrdik:-“Hə gəldik baba, nə 

istəyirsən?” O, dikəlib çəliyi ilə  “İldırımdüşən”in yamacında 

otlaya-otlaya “Erməni qoruğu”na yaxınlaşan qoyunlarımızı gös-

tərər və deyərdi: “Gedin qoyunları qaytarın, sonra gəlin yanıma 

sizə bir yaxşı söz deyəcəyəm, yoxsa qoyunlarımızı ermənilər 

aparsa, geri almaq çətin olacaq”, Nə biləydik ki, o səfalı, o 

gözəl torpaqlarımız da bir vaxt ermənilərin  əlinə keçəcək və 

doğrudan da onları geri qaytarmaq çox çətin ola-caq.... Biz 

kəpənək qanadlarını baldırlarımıza sürtərdik ki, bərk qaçaq... 

Qoyunları qaytarıb gətirəndən sonra babamıza yaxınlaşar: “Hə 

baba, bizə nə deyəcəkdin?” O isə “Çox sağ olun, mənim nəvə-

lərim, indi yadınızda saxlayın ki, “Buyuranla yüyürən yarıdır”... 

Həmin fikri çox-çox sonralar bir yazımda işlətdim: 

 

Kündəsi yayılıb yapılmayınca 



Təndirdən incimək, küsmək nahaqdır. 

Yaxşı buyuranım tapılmayınca  

Yaxşı yüyürənim olmayacaqdır. 

 

Torpaqlarımızın qorunub saxlanılmasında, kəndimizin 

“aşağılı-yuxarılı” çiçəklənib gözəlləşməsində, inkişaf etməsin-

də, milli mədəniyyətimizin, mənəvi xəritəmizin geniş vüsət 

tapmasında xüsusi xidmətləri olan Bəylər bəyin, müharibə illə-

rində  kəndimizdə  sədrlik etmiş  Qədir  İbrahimovun,  əmim  Şəfi 

kişinin,  Əli Mehdiyevin, Hətəm Hətəmovun, “son vaxtlar” 

məntiqə, fəlsəfəyə söykənən gözəl nitq bacarığı ilə dinləyəni 

heyran edə bilən Məmmədəli dayının (Qara Məmmədəli), 

özünəməxsus insani keyfiyyətləri, koloriti, hazırcavablığı  və 

əməksevərliyi ilə başqalarından seçilən Azad babanın, Abdulla 

əminin, Çərkəz kişinin, Qasım əminin, Şıxəli dayının və onların 

övladlarının, duzlu-məzəli söhbətləri ilə könüllər oxşayan, 



 

 

252



böyük həvəs və ustalıqla nərd oynamaqdan həzz alan Bayraməli 

Nuriyevin, Bayraməli Həsənovun, bostançı Nəzər kişi və onun 

oğlanlarının, Məhərrəm-Alqoca və  Həsən-Zülfüqar qardaşla-

rının, Hüseyn kişi, molla Qara və o nurani kişinin oğlanlarının, 

Abbas  əmi,  Əli və  Məmmədhəsən Bağırov qardaşlarının, 

Əsgər-Nəcəfqulu qardaşları,  İsfəndiyar, Qubad dayı, Cəfər-

Qəfər qardaşları,  Əbdül, Cəmil kimi el sənətkarları, toylarda 

gözəl rəqsləri ilə hamını valeh edən Pərzad xanım, Bacıxanım 

xala, çox gözəl və nadir səsə malik olan Qulu Həsənovun, şirin-

şirin bayatıları  və zarafatları ilə  həmişə yadda qalan Dadaş  və 

Balaş qardaşlarının əhvalatlarından saatlarla söhbət açmaq olar.. 

Bir az yaxın keçmişimizdən danışaq: Qarabağ müharibələ-

rində haylara-düşmənlərə qan udduran Yavərin,  Əhədin, 

Bağırın, Nizaminin, Şəhriyarın, Salehin.. Ziyalı zümrəsindən 

olan Baratəli, Muxtar, Mehralı, Novruz müəllimin, hal-hazırda 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı işləyən, gözəl yaddaşı, 

yüksək mədəniyyyəti, böyük təşkilatçılıq  bacarığı, qayğıkeşliyi 

və  təəssübkeşliyi ilə bu gün də Qarabağ müharibəsinin ağrı-

acılarını dadmış insanlara öz köməyini  əsirgəməyən Nəbi 

Muxtarovun, Kərəm Hətəmovun, Azər, Asif qardaşlarının, 

dünyasını çox vaxtsız dəyişən qələm dostumuz Sabir 

Rüstəmzadənin,  Əsədin, Etibarın, bir sözlə balacalarından tut-

muş qocalarınadək hər birinin haqqında kitablar yazmaq müm-

kündür... 

Təəssüflə qeyd etməliyəm ki, sənətinin sorağı  sərhədləri 

aşmış olan aşıq Fərrux,  Şahmurad, aşıq Vəli,  Əbdül,Cəmil, 

Melik, İmran və Qəmbər kimi el sənətkarları haqqında lazımın-

ca tədqiqatlar aparılmayıb..Böyük el sənətkarı, yastı balabanda 

məharətlə ifa etdiyi qədim xalq mahnıları ilə bir vaxt görkəmli 

sənətkarların diqqətini özünə  cəlb edən- ölməz Bülbülün, 

Üzeyir bəyin, Seyid Şuşinskinin, Xan Şuşinskinin, o vaxtlar 

Respublika Incəsənət  İşçiləri  İdarəsinin rəisi işləyən Mirzə 

İbrahimovun, Gürcüstanda aşıq  Əmrahın, Kəlbəcərdə  Dədə 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə