Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə45/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   41   42   43   44   45   46   47   48   ...   88

 

 

253



Şəmşirin,  Şirvanda aşıq  Şakirin, aşıq Pənahın, aşıq Bəylərin 

xeyir-duasını almış olan və bu aşıqların apardığı el məclislərinə 

xüsusi bir yaraşıq verən, dəfələrlə Respublika baxışlarının, 

festivallarının qalibi, diplomatı olan, İ.V.Stalinin 70 illik yubile-

yində öz əvəzsiz sənəti ilə  iştrak etmək üçün dəvətnamə alan

aşıq Şahmuradın yetirməsi şair Adıgözəl kişinin oğlu aşıq Vəli 

İmanov və onun əvəzsiz dostu aşıq Humay haqqında çox az şey 

bilirik. 

Onun böyük şövq və yüksək məharətlə ifa etdiyi el havaları 

“Arazbarı”, “Mürqi-səhər”, “Hüsnüyarı”, “Bayazı” dünya şöh-

rətli bəstəkarımız Üzeyir Hacibəylinin çox xoşuna gəlib. 1938-

ci ildə o, xalq yaradıcılığı festivalının qalibi olaraq medalla 

təltif edilib. Və elə həmin il onun vətəndaşlıq sənədinin-paspor-

tunun daimi qeydiyyat vərəqəsinə əlavə olaraq “1” rəqəmi vuru-

lub. Bu o vaxt el sənətkarına birinci növbədə hörmət  əlaməti 

idi. O, istənilən rayonda, istənilən bölgədə konsertlər verə bilər-

di. Sənətdə naşı olan adamlara el şənliklərində çalıb-çağırmağa 

icazə verməmək hüququ da qazanardı  aşıq Vəli, “1” rəqəmi 

ilə... 

Nə yaxşı ki, Vəli Adıgözəl oğlu  İmanovun yastı balaba-



nından havalanıb çıxan, ürəkləri ehtizaza gətirən el havalarının 

bir çoxu Azərbaycan radiosunun qızıl fondunda qorunub sax-

lanır. Biz arzu edərdik ki, onları tez-tez səsləndirsinlər.. Nə 

yaxşı ki, dəyərli sənətkarın oğlanları Şiralı müəllim, Piralı bəy 

böyük sənətkarın sənətini yaşadır, ona məxsus olan nəfəsli 

alətləri haqqında yazılan qəzet məqalələrini göz bəbəyi kimi 

qoruyub saxlayırlar... 

 

*** 

 

 



 

 

254



Yaddaşlardan gələn səslər 

 

Müharibənin (1941-1945) ağır və acınacaqlı illərində kolxoz 

sədri işləyən Şəfi əmimə xəbər verirlər ki, filankəs (bir xanım) 

axşam biçindən evə qayıdarkən corablarının, ayaqqabılarının 

içində, xalatının ciblərində taxıl aparır. Şəfi kişi bir anlıq həmin 

çoxuşaqlı ananın ailə  vəzyyətini gözlərinin önünə  gətirir, öz 

atına iki çuval dən yükləyib həmin qadının qapısına gəlir, buğda 

ilə dolu çuvalları atın üstündən yerə qoyur və həmin xanıma üz 

tutaraq deyir:- “Bilirəm vəziyyət çətindir, bundan sonra sənin 

uşaqların üçün lazım olan taxılı özüm gətirəcəyəm, sən əziyyət 

çəkmə, çalış ki, uşaqlar böyüsünlər”.. Sonralar həmin nurani 

qadın bu söhbəti kəndimizin məclislərində danışardı... 

Yazıçılar Birliyinin bədii  ədəbiyyatı  təbliğ bürosunun xətti 

ilə Füzuliyə ezam olunmuşdum. Dostlarla görüşüb bir az 

qəlyanaltı etdikdən sonra kəndimizə getmək qərarına gəldim. 

Payi-piyada Füzuli şəhərindən Ağdam istiqamətindəki çıxacağa 

tərəf gəlirdim. Qəfildən yanımda “Niva” markalı bir maşın 

dayandı. Çox səliqə ilə geyinmiş, üz-gözündən nur tökülən, o 

vaxt Füzuli rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 

sədri işləyən Nəbi Muxtarov maşından düşdü. 

Görüşüb hal-əhval tutduqdan sonra dedim: -“Mən sizin uşaq-

lıq çağlarınızı görmüşəm, Nəbi olduğunuzu göstərin”. Nəbi 

Muxtarovun üzündə qeyri-adi bir təbəssüm yarandı: ”Əşrəf 

müəllim, çox-çox təəssüf edirəm ki, mən təcili olaraq kənd 

Horadizdəki müşavirəyə getməliyəm... Ancaq bu maşın sizin 

ixtiyarınızdadır”-dedi... 

Ailə  həyatı qurduqdan sonra (ikinci dəfə) Aşağı Veysəlli 

kəndinə  də tez-tez getməli olurdum. Uşaqlıq illərində  də bu 

kəndə tez-tez gələr və dostlarımla görüşərdim.Yaxın qohumu-

muz, kolxoz sədri Qədir  İbrahimovun həyat yoldaşı Pakizə 

xanım eşitsəydi ki, mən onların kəndindəyəm, o saat oğlu 

rəhmətlik Bəhlulu göndərərdi ki, məni evlərinə aparsın.. 




 

 

255



Böyüyəndən sonra isə ən çox gecələdiyim yer qaynatam Kazım 

kişinin evi olardı. Aşağı Veysəllidə yaşayan 120 yaşlı Ayna 

nənəm, Əli dayım, onun ailəsi, uşaqları, Bacıxanım xalam və onun 

həyat yoldaşı  Qəhrəman kişi, Qarabağ bölgəsində çox məşhur-

laşmış  sənətçilərdən sayılan aşıq Vəli, onun oğlu  Şiralı müəllim, 

sinəsində xalq deyimləri, aşıq qoşmaları çağlayan Bayraməli 

Nuriyev və başqaları ilə görüşməkdən xüsusi zövq alardım... 

Əli dayım və Qəhrəman kişinin səliqə-səhmanlı, geniş həyət-

bacaları vardı. Yay aylarında sapsarı yetişmiş  əriklər onların 

bağlarına qəribə bir gözəllik verərdi... Bir dəfə kəndə payız fəsli 

gəldim. Necə oldusa Qəhrəman dayı ilə görüşə bir az gecikdim. 

Biz onunla görüşəndə Qəhrəman dayı məni məzəmmət edirmiş 

kimi başladı nə başladı: 

 

Bağda ərik var idi, 

Salam-məlik var idi. 

Bağdan ərik tükəndi, 

Salam-məlik tükəndi?.. 

 

Bir kərə də yayda əriyin sapsarı saralıb adama “gəl-gəl” de-

diyi günlərdə Aşağı Veysəli kəndinə gedəsi oldum. Başını aşağı 

salıb bağda var-gəl edən, hərdən  əyilib yerə tökülən  ərikləri 

dənləyən Qəhrəman kişinin sanki mənim gəlişimdən xəbəri yox 

idi. Bağın çəpərinə söykənib, vaxtı ilə Qəhrəman dayının mənə 

zarafatla söylədiyi şeir parçasına uyğun misralar uydurdum: 

 

Bağda ərik yox idi, 



Gözün-könlün tox idi. 

Bağda ərik bitibdi, 

Salam-məlik itibdi?.. 

 

Qəhrəman kişi qəşş eləyib güldü. Görüşüb qucaqlaşdıq. Hal-

əhvaldan sonra “məni yaman yerdə yaxaladın”-dedi. Həmin 

axşam bir vedrə ərik dərib balacalarımla görüşə gəldi... 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə