Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə48/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   44   45   46   47   48   49   50   51   ...   88

 

 

262



Və yaxud: 

 

Göylər bizi dolusuyla daşladı, 

Qaçıb girdik daldasına daşların. 

Əmim oğlu bir “Heyratı” başladı, 

Əli qaldı çənəsində dağların

 

Əsəd əmim oğlu hərdən öz gözəl və məlahətli səsi ilə oxuyur 



və bizi feyziyab edirdi... 

Bir gün “Günəşli təpə” deyilən yamacda möhkəm isti hiss 

etdim. Soyunub quzeydəki qarda bədənimi yaxşı-yaxşı yuyub, 

güneydəki çəmənlikdə günəş  şüalarının altında uzanıb, bədə-

nimi yandırmağa başladım. Hər il doğma Xəzərin sahilində gü-

nəş  şüalarını  qəbul etdiyimdənmi, ya nədənsə bu hərəkətim 

mənə o qədər də pis təsir etmədi. Əksinə, özümü bir az da sağ-

lam və gümrah hiss etdim. Əsəd əmioğlu ilə Salman da mənim 

hərəkətlərimi təkrar etməyə başladılar... Günortaya yaxın ala-

çığa qayıtdıq... Süfrəyə nemətlər düzüldü. Bardaşqurma əyləşib 

günorta yeməyinə başladıq.  Əsədlə Salman hərəsi bir tərəfdə 

uzanıb qaldı. Mən isə beçə balını, kərə yağı  və  təzə qaymağı 

çəkdim döşümə. Azad baba uzandığı taxtın üstündən dikəlib bö-

yük maraqla gülümsəyərək mənə baxıb soruşdu: “Ay Əşrəf 

yenə bu uşaqlara neylədin ki, hərəsi bir tərəfdə uzanıb qaldı?” 

“Dağ adamları çox zərif olurlar... yəqin Əsədin qaynatası (o da 

yaylaqda idi) onlara möhkəm qonaqlıq verib, ay baba”-deyərək 

bir az da zarafata salıb Əsədin qaynatasına sataşdım. Azad kişi 

özünəməxsus bir gülüşlə şaqqanaq çəkdi və “Ay Əşrəf, oralara 

çox toxunma, bu uşaqlar sənin üzünə qayıdarlar, ha”-dedi... 

Mən “Kəndini hürküt, ağsağından yapış” el məsəlinə  əməl 

etdiyim üçün (ikinci dəfə evlənərkən) Azad babanın hara işarə 

edib, nəyə eyham vurduğunu anlamaya bilməzdim... 

Qırx ildən çoxdur ki, toylarda aparıcılıq edirəm. Yenicə ailə 

həyatı quran gənclərimizə xeyir-dua verib, hayatın çətin və 



 

 

263



keşməkeşli yollarında onlara uğurlar diləyirəm. Mənim bu işimi 

hər kəs öz arşını ilə ölçür və birmənalı qarşılamır... 



 

...Ən ağır dərdi də elnən təklərəm, 

Mən eli hər şeydən üstün görmüşəm. 

Hələ qarşıdadır görəcəklərim, 

Hələ bu dünyada nə gün görmüşəm? 

Hələ nəvələrin boyu qabaqda

Tər-təzə güllərim gülçü gözləyir. 

Hələ dörd oğlumun toyu qabaqda, 

Hələ dörd gəlinim elçi gözləyir. 

 

Mən gərək elimə xəbər yollayam, 

Müqəddəs olanı atana lənət. 

Bu yurdu, torpağı satana lənət. 

Toyda tamadayam, vayda mollayam, 

Ay məni qınayan, atana lənət!...    

 

Sumqayıtda bir toy məclisində idim. Toy sahiblərinin 

qohumlarına, dostlarına, qonaqlarına söz verirdim. Hər kəs öz 

arzusunu istədiyi kimi ifadə edib, mahnı, rəqs çaldırıb oyna-

yırdı. Nədənsə  əsas məsələdən kənara çıxanların məzmunsuz, 

məntiqsiz, uzun-uzadı, rabitəsiz, lüzumsuz hekayələri, nağılları 

məni bezdirmişdi. Bir şair dostumuz da poema oxumağa baş-

ladı. Nə başınızı  ağrıdım, toy başa çatdı, ancaq poema qurtar-

madı... Buna görə də qərara aldım ki, kolxoz iclasındakı çıxış-

ları xatırladan bu söhbətlərə son qoyum. Elə bu vaxt iştirakçı-

lardan bir nəfər mənə yaxınlaşdı. Rayondan gələn, üst-başından 

pintilik, səliqəslizlik yağan,  əynindəki köynəyi də  qırış-qırış 

olan bir oğlanı göstərib, ona söz verməyimi xahiş etdi. Mən öz 

qərarımdan dönmədim ki, dönmədim.  

Bu hadisədən xeyli keçmişdi. Füzuli şəhərində dostları-

mızdan birinin toyunda iştrak etdim. Baxdım ki, aparıcı vaxtı ilə 

mənim söz vermədiyim həmin o bəstəboy oğlandı. Sinəsi bulaq 



 

 

264



kimi qaynayır, aşıq  ədəbiyyatından, çağdaş  şeirimizdən toyun 

ümumi ahənginə uyğun maraqlı şeir parçaları söyləyir, məclisi 

ustalıqla  ələ alır və böyük bir məharətlə idarə edir.. Mən bu 

oğlanın haqqında nə  qədər səhv etdiyimi anlayır və peşiman-

çılıq əzabı çəkirdim... Elə bu vaxt həmin bəstəboy oğlan mənə 

yaxınlaşdı, əl verdi... Tanış olduq. Tanışlığımız sonralar böyük 

dostluğa çevrildi. Adı  Rəşid idi. Dostları ona “Əjdaha” deyir-

dilər. Deyilənlərə görə sürücü işlədiyi vaxtlarda Beyləqanda bir 

pəzəvəng adamla güləşib və onun kürəyini yerə vurandan sonra 

dostları Rəşidi “Əjdaha”adlandırıblar. Qərara gəldim ki, bundan 

sonra yaxın qohumların toyuna aparıcı kimi onu dəvət edim. 

Doğrudan da bir neçə qohumların toyunun aparıcılığını 

“Əjdaha”ya tapşırdım. O, Divanallar kəndindən idi.Sən demə, 

bizim Nemət Veysəlli ilə bir sinifdə oxuyub... 

Rəşid hər yay gələndə sifariş göndərərdi ki, “Əşrəfə zoğal 

payı saxlamışam, gəlib öz əlləri ilə  dərib aparsın və bir neçə 

gün bizim evdə qalıb dincəlsin”... Lakin bu xoşbəxtlik mənə 

nəsib olmadı... Qarabağın ağır günlərində Rəşidin kəndi və evi 

düşmənlər tərəfindən mühasirəyə alınan zaman Rəşid gecə vaxtı 

öz qız balalarını evinin bacasından çıxarıb aparmışdı... Bütün 

bu dərdlərə tab gətirə bilməyən Rəşid dünyasını  dəyişmişdi... 

Qoy Ulu Tanrı bu qənimət insanın o dünyasını versin... 

Çox böyük məharət və ustalıqla toy məclislərini idarə edən 

Bəhlul müəllim, Zöhrab Abdullayev və məni özünə siğə qardaş 

elətdirmiş  Səyyad Hüseynov haqda da həmin sözləri demək 

olar. Onların, ömür boyu öz məlahətli səsini qoruyan, çaydan 

başqa heç nə içməyən, “bu səs xalqımızın əmanətidir, əmanətə 

xəyanət etmək olmaz” deyərək hətta ölüm qabağı “səsimə pis 

təsir edər” deyə, qarpızdan da imtina edən Ağabala Abdullayev 

kimi məşhur el sənətçilərinin yaraşıq verdiyi məclislərdə böyük 

istedad və ilhamla aparıcılıq etdiklərini görəndə həmişə yadıma 

Sədi  Şirazinin dəyərli bir ifadəsi düşərdi:-“Hər meşəni boş 

hesab etmə, ağacların arasında pələng uyumuş ola bilər”.. 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə