Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə56/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   52   53   54   55   56   57   58   59   ...   88

 

 

297



Bir çox dostlarımıza öz sağlıqlarında sözlərdən heykəl yap-

mısan. Qoy onlar fəxr etsinlər ki, onların haqqında mənim üçün 

dünyanın ən böyük yazıçısı olan Feyzi Mustafayev yazıb. 

İnanıram ki, yaxın gələcəkdə bizim üçün həmişə müqəddəs 

olan adının  əbədiləşdirilməsi məsələsi də öz müsbət həllini 

tapacaq.  İnanıram ki, haqqında ürəklə yazdığın dostların heç 

vaxt səni unutmayacaqlar, ey həmişə bizi özünə borclu qoyan, 

ürəyi özündən böyük olan dostumuz,  Feyzi!.. 

Rahat yat, rahat uyu,..qardaş!.. 

 

***  




 

 

298



ÜRƏYİ NUR ÇEŞMƏSİ OLAN DOST! 

 

Axır nəfəsinədək müdrikliyini, məntiqi fəlsəfəyə söykənən 

kəlamlarını, alicənablığını, qürurunu və  qətiyyətini itirməyən, 

sözün bütün mənalarında ağsaqqal ziyalı olan, mayası xeyirxah-

lıqdan tutulan, nurlu əməlləri ilə ürəklərimizdə ümid işıqları 

yandıran  əvəzsiz dostumuz Zəbi Bağır oğlu Abdullayevi də 

itirdik... Yaşından asılı olmayaraq ata-ana itkisi, dost itkisi çox 

ağırdır... Yaxşı deyirlər ki adam var-ev üçündür, adam var el 

üçündür. Zəbi müəllim isə  həm ev üçün, həm də el üçün olan 

unudulmaz insan idi. Hansı  vəzifədə çalışmasına baxmayaraq, 

öz səmimiliyi, sadəliyi, mənəvi paklığı, ağıllı mühakimələri, 

savadı, dünyagörüşü ilə seçilən Zəbi Abdullayevin bütün 

məclislərdə yeri görünəcək.. Hələ gözlərimiz onu qəzet köşklə-

rinin qarşısında, “Sumqayıt” qəzetinin redaksiyasında, yığıncaq 

və mərasimlərdə çox axtaracaq, şaqraq gülüşlərini, zərif zarafat-

larını, mənalı, duzlu-məzəli söhbətlərini arzulayacaq Zəbi müəl-

limin. 

Təbiətin necə də amansız qanunları var, ilahi!.. 



 

Hanı o bəstəboy, saçları bəyaz, 

O müdrik ağsaqqal de, hanı, ey dost. 

Bir də dərdlərimə dərman tapılmaz, 

Öldü dərdlərimin dərmanı, ey dost. 

 

Aramızda olan yaş  fərqi də bizim dostluğumuza mane ola 

bilmirdi. Zəbi müəllim özünün yaxınları ilə  məni də tanış et-

mişdi. İlahiyyat elminin böyük bilicilərindən olan, sinəsi sözlə, 

şeirlə dolu olan, Füzuli yaradıcılığından saatlarla danışmağı 

bacaran  Əli Məcidovu, Bəxtiyar kişini,  Ələkbər Cavadovu, 

uzun illər Qaradağ sement zavodunun direktoru işləyən Ümid 

bəyi, Hüseyn (Kamal) Axundovu və neçə-neçə dəyərli insanları 

onun vasitəsi ilə tanımışdım.Zəbi müəllim məni də özü ilə 



 

 

299



dostlarının təşkil etdiyi ziyafət məclislərinə aparar, məni onlara, 

onları da mənə  təqdim etməkdən böyük məmnunluq duyar, 

mənə  şeirlər oxutdurar, maraqla cızmaqaralarıma qulaq asar, 

yeri gələndə təqdir edər, dəyərli məsləhətlərini verərdi.. 

Heç yadımdan çıxmaz: uşaqlıq və  gənclik illərimi birlikdə 

keçirdiyim, bəzən hərəkətlərimə zamin durub, cavabdehlik daşı-

mağı öz üzərinə götürən, bəstəkar dostum Aydın  Əliyev o 

zamanlar təzəcə  qələmə aldığım  şeirdən bəzi parçaları  Zəbi 

müəllimə oxuyur, o isə  “Əşrəfi göndər yanıma”-deyir. O 

zamanlar Zəbi müəllim birinci TRESTdə kadrlar şöbəsinin rəisi 

işləyirdi... Məni görən kimi həmin  şeirdən parçalar oxumağa 

başladı: 



 

İlanın evi var, qurdun evi var, 

Görəsən evsiz də insan olarmı? 

Əngin səmalarda süzən durnalar, 

Gecələr evinə qayıtmırlarmı?... 

 

Mən evsiz qalmışam, nədəndir, ey dost, 

Məgər dəmirəm mən, məgər daşam mən. 

Ev-elə bir kiçik Vətəndir, ey dost, 

Deməli, Vətənsiz vətəndaşam mən.. 

 

“Kamalla sənin ev məsələni danışmışam, gedək onun yanına”-

dedi və ayağa qalxdı.. 

Pillələrlə,  şəhər sovetinə qalxanda əvvəlcədən hazırladığım 

pulları cibimdən çıxarıb Zəbi müəllimə uzatdım, “götürün, bir-

dən lazım olar”-dedim, o bərk acıqlandı və “əgər pulla ev almaq 

istəyirsənsə, mənsiz get, mən qayıdıram..”-dedi. Bir təhər onu 

dilə tutdum... Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin qəbul 

otağında əyləşmiş Sona xanım “ o sizi gözləyir”-dedi. Biz içəri 

daxil olduq.Kamal Axundov bizi mehribanlıqla qarşılayıb, 

əyləşmək üçün yer göstərdi.. Zəbi müəllimlə çox səmimi söhbət 



 

 

300



edən sədr üzünü mənə  tərəf tutdu, cənubi Azərbaycandan

Təbrizdən, o zamanlar biz tərəflərdə  təzə-təzə  məşhurlaşan 

Seyid Məhəmməd Hüseyn Şəhriyardan söhbət açdı.Mən  şairin 

məşhur “Azərbaycan”şeirini  əzbərdən söylədim. Fars dilində 

söylədiyim bu şeir Kamal müəllimə xüsusi ləzzət verdi. 

“Doğrudan da biz aşağıdakıları yaxşı görmürük, ay Zəbi müəl-

lim” deyərək, məndən öz adına yazılan ərizə istədi. Elə ordaca 

yazdım, bayıra çıxdıq.... Mən o vaxtlar 35 saylı Texniki peşə 

məktəbində  təlim-tərbiyə  işləri üzrə direktor müavini işləyir-

dim. Bu işə də məni Zəbi müəllim düzəltmişdi.. 

Məktəbə qayıdan kimi məni məktəbin direktoru rəhmətlik 

Ələkbər Cavadov -Zəbi müəllimin yaxın dostu yanına çağırtdırdı 

və  təcili olaraq Kamal müəllimin 

yanına getməyimi tapşırdı. Mən 

oradan gəlirəm, deyəndə, təkidlə: 

“O indicə  zəng vurub, səni göz-

ləyir”-dedi. Yenidən şəhər Soveti-

nin binasına yollandım... Sona xa-

nım məni görən kimi, “Əşrəf, 

Səhiyyə Naziri sədrin yanındadır, 

o, çıxan kimi sən girərsən”-dedi... 

Anladım ki, doğrudan da Kamal 

müəllim yenidən zəng çalıb, məni 

axtarıb. 

Qəbul otağında bir az oturmuşdum ki, mənimlə üzbəüz olan 

meşin qapı açıldı. Hər ikisi-həm nazir, həm də  sədr otaqdan 

çıxdılar. Kamal müəllim məni görən kimi, “Əşrəf, sənə üç otaq 

ayırmışam, get Kərim Rəhimoviçdən orderini al”-deyərək öz 

otağı ilə üzbəüz olan otağı mənə göstərdi. Söz tapa bilmədim.. 

“yerdən göyə  qədər razıyam, çox sağ olun, Kamal müəllim” 

sözlərini qırıq-qırıq ifadə edə bildim..  



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə