Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə64/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   60   61   62   63   64   65   66   67   ...   88

 

 

328



Böyük təşkilatçılıq bacarığı, vətənpərvərlik və dövlətçilik 

idealarına sadiqlik, insanları sevmək, yeri gələndə onların kön-

lünü oxşamaq məharəti ilə seçilən bir dövlət məmurudur... Onu 

sevməyən insanlar haqqında da dilinə pis söz gətirməyi bacar-

mayan bir insandır. Bu məqamda sevimli xalq şairimiz 

B.Vahabzadənin misrasını xatırlayıram: “Ey ayağımdan çəkən, 

mən səni də sevirəm.” 

Elə bilirəm ki, onunla təmasda olan hər bir kəs mənim dedik-

lərimi təsdiqləyər. Təmənnasız yaxşılıqları ilə məni həmişə özü-

nə borclu qoyan gözəl insanın səhhəti ilə bağlı son zamanlarda 

eşitdiyim xəbərlərdən əməlli-başlı sarsılıram. Qoy Ulu Tanrımız 

Təvəkgül müəllimə  və onun timsalında bütün yaxşı insanlara 

yar olsun!  

 

Elə ki, qayğılar başımdan aşar, 

Bahar da gözümdə qış görünərdi. 

Yaxşı ki dünyada yaxşılar yaşar, 

Yoxsa bütün dünya boş görünərdi. 

 

BİZ ŞAİRLƏR-QƏLBİMİZİN FƏHLƏSİ 

 

Hər dərdin öz çarəsi var bəlkə də, 

Gəzən olsun, ay Təvəkgül müəllim. 

 “Sıfırlardan zəncir olar”-deyərlər 

Düzən olsun, ay Təvəkgül müəllim. 

 

Biz şairlər-qəlbimizin fəhləsi, 

Söz əyirir ömrümüzün cəhrəsi. 

Kim istər ki, əməyinin bəhrəsi 

Xəzəl olsun, ay Təvəkgül müəllim. 

 

 

 



 

 

329



Bu dəyirman, bu da köhnə dəhnədi, 

Gələn-gələn öz atını dəhlədi. 

Barı Sizin mehrinizin mehləri 

Əsən olsun, ay Təvəkgül müəllim. 

 

Dərd az qalır sinəmizdə dil açsın, 

Daş bağlayan ürəklərə yol açsın. 

Kaş müqəddəs arzulaın gül açsın 

Gözəl olsun, ay Təvəkgül müəllim. 

 

Sən gəlincə eh, nələri satdılar,   



Dən gəlincə dəhnələri satdılar. 

O köhnələr köhnələri satdılar, 

Təzən olsun, ay Təvəkgül müəllim. 

 

Qurduğumuz bu söz adlı qalaça, 

Nəsillərdən nəsillərə qalacaq. 

Çox demirəm, üstümüzdə balaca, 

Nəzər olsun, ay Təvəkgül müəllim. 

 

Sıldırımda at oynatmaq istəyir, 

Fərhad kimi qaya çapmaq istəyir. 

Dağılmışda şəhər yapmaq istəyir

Məzən olsun, ay Təvəkgül müəllim. 

 

*** 

 

 

 

 


 

 

330



İnternetin kitabları üstələ-

diyi, sözün tövşüyə-tövşüyə 

yoxuşları qət etdiyi bir vaxtda 

ilhamın nazı ilə oynaya-oyna-

ya oxucunu təəcübləndirmək 

çox çətindir. Ancaq bu şərəfli 

işin öhdəsindən məharətlə  və 

layiqincə gələnlər  də var. On-

lardan biri də Azərbaycan 

xalqının müdrik oğlu, Milli 

Mətbuatımızın özülünü qo-

yan, Milli Mədəniyyətimizin, 

teatr sənətimizin böyük təəssübkeşi, bütün varlığı ilə  əsl 

ziyalılıq nümunəsi olan Həsən bəy Zərdabinin qanını 

damarlarında gəzdirən Qüdrət Balakişi oğlu Məlikovdur 

(Muğanlı). O, Kürlə Arazın həsrətlilər kimi qucaqlaşıb 

öpüşdüyü Sabirabad şəhərində dünyaya göz açmışdır. 

 

Çətin və şərəfli yolun yolçusu 

 

Oradakı M.Ə Sabir adına orta məktəbi bitirən Qüdrət müəl-

lim indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universi-

tetinin dil-ədəbiyyat fakültəsində  təhsil alıb.  İki illik Jurnalist 

Sənətkarlığı  İnstitutunu da oxuyub. Bir müddət doğma 

Sabirabadda redaksiyada, yerli radioda çalışan jurnalist, 1969-

cu illin avqust ayının 26-dan şəhərimizin ictimai-siyasi qəzeti 

olan “Sumqayıt”da korrektor, ədəbi işçi, şöbə müdiri, 17 il baş 

redaktor müavini, hazırda isə həmin qəzetin redaktorudur. Özü-

nün dediyi kimi, o əsl jurnalistə xas olan biliyi, bacarığı təcrü-

bədə toplayıb. 

Uzun müddət onunla bir redaksiyada çalışan “Sumqayıt” 

qəzətinin sabiq məsul katibi, respublikanın  Əməkdar jurnalisti 

Ramiz Tapdıq deyir ki, Qüdrət müəllimin yaradıcılığının böyük 




 

 

331



bir hissəsi onun baş redaktor müavini kimi işlədiyi,çalışdığı 

illərə düşür. Redaksiyada bu sahə  ən ağır və  çətin sahədir. 

Yüksək mütaliəyə malik olmadan, siyasi kamilliyə yiyələnmə-

dən, günün, zamanın nəbzini tutmadan bu sahədə çalışmaq 

mümkün deyil. Mübaliğəsiz deyə bilərəm ki, Qüdrət müəllim 

bu sahədə  də nümunə göstərilməyə layiq jurnalistdir...” O, 

dövlətə, dövlətçiliyə olduqca sədaqətlidir. Xüsusilə, xalqımızın 

həyatında və taleyində müstəsna xidmətləri olan Ulu Öndər 

H.Əliyevin apardığı siyasi xətt daim dəstəklənmiş və bu gün də 

həmin məktəbin layiqli davamçısı, möhtərəm Prezidentimiz 

İlham Əliyevin apardığı uğurlu siyasətlə həmrəydir, bu ideaya-

ların daşıyıcısı və təbliğatçısıdır. Yeni Azərbaycan Partiyasının 

üzvüdür. 

Jurnalist üçün lazım olan bütün keyfiyyətlər, səmimilik, 

obyektivlik,  ən çətin məqamlarda belə vicdanın səsinə qulaq 

asmaq bacarığı, mənəviyyatca saf, təmiz olmaq, təmkinlilik 

göstərməklə başqalarına nümunəyə çevrilmək,  ən ağır sınaq-

larda da öz mənliyini qorumaq, qələmini, şəxsiyyətini hər şey-

dən üstün tutmaq.. Bütün bunlar Qüdrət müəllimin xarakterini 

müəyyənləşdirən amillərdir. Bəlkə də bu cəhətlərinə görədir ki, 

Qüdrət Muğanlı deyir: “Mən jurnalistin həyatını güzgüyə 

bənzədirəm. Güzgü saf, təmiz, büllur olduğu kimi, jurnalistin 

həyatı da təmiz, ləkəsiz olmalıdır. Yoxsa onun yazdığına heç 

kəs inanmaz..” 

Mərhum xalq şairimiz Məmməd Araz demişkən: 

 

“Özün sevməyincə, sevilməyincə 



Özgədən məhəbbət əsəri yazma...” 

 

Şəhərimizin ictimai-siyasi və  mədəni həyatının aynası olan, 

öz doğma səhifələri ilə az qala Sumqayıtımızın salnaməsinə 

çevrilən “Sumqayıt” qəzetinin keçdiyi yola diqqət yetirəndə də 

görürük ki, bu qəzet çox çətin bir şəraitdə nəşr olunub, forma-



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə