Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə66/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   62   63   64   65   66   67   68   69   ...   88

 

 

336



əyridir, heç yerdə görmədim düz bənövşəni” misraları hamımı-

zın dilinin əzbəridir. Bu misralaradan sonra bənövşə haqqında 

şeir yazmağa hər  şair cəsarət edə bilməz. Güloğlan Dünya 

özündə cəsarət taparaq, bənövşə haqqında öz poetik qənaətlərini 

ortaya qoya bilmişdir: 

 

Yazın həsrətiylə boynu bükülü, 



Yollara boylanan qızdı bənövşə. 

Adi çiçək deyil, gül deyil, bəlkə  

Baharın özüdü, yazdı bənövşə. 

 

Çiçəkdən-çiçəyə qonar arılar, 

Salar gəncliyini yada qarılar. 

Hələ quzeylərdə qışın qarı var, 

Kolların dibində gözdü bənövşə. 

 

Ətri, təravəti könül xoşluğu, 

Güloğlan Dünyanın təzə qoşduğu

Bahara qoşduğu, yaza qoşduğu, 

Ən gözəl nəğmədi, sözdü bənovşə. 

 

Kaş şairin ərsəyə gətirdiyi bu kitabında da möhtərəm oxucu-



lar torpaq ətirli, bənövşə qoxulu şeirlərlə tez-tez rastlaşaydılar. 

 

*** 




 

 

337



YAŞANMIŞ BİR ÖMRÜN MƏNA ÇƏLƏNGİ 

 

Təbiətin hər iki əli ilə sıgal çəkilmiş, əlvan güllərin, çiçəklərin 

və bir də  Aşıq  Şəmşir, Məmməd Aslan, Bəhmən kimi tanınmış 

söz sərraflarının yalçın qayaların, sirli çeşmələrin, sehrli suların 

əlvan məkanı olan, bu qün isə düşmən pəncəsində qalıb inləyən 

müqəddəs Kəlbəcər torpağının şair oğlu Qara Ələskərovun yazıla-

rından hiss olunur ki, o, ürəyinin bütün telləri ilə Vətən torpağına, 

onun ecazkar təbiətinə vurulan və uzaq zamanlardan bu günümüzə 

gəlib çatan Ozan sənətinin incəliklərinə dərindən bələd olan ustad 

bir sənətkar kimi tanınmağa layiqdir. 

Elimizin adət-ənənələrinə, dönə-dönə  təhrif olunan tarixi 

keçmişimizə yaxşı bələd olan və yeri gəldikcə onları poetik ov-

qata çevirib yaşadan  şairin bu kitabında toplanan gəraylılar, 

qoşmalar, divanilər, gözəlləmələr, təcnislər, xüsusən də  cığalı 

təcnislər böyük maraq doğurur. Güman edirik ki, bu sənət 

nümunələrindəki deyim formaları, fikrin aydın, səlis, obrazlı 

ifadəsi, yeni-yeni cinas sözlərlə bağlanan təcnislər bu gün də 

aşıq sənətimizin incəliklərinə  bələd olmaq istəyən hər bir 

oxucunun ürəyincə olacaqdır. 

Fikrimizi sübut etmək üçün gəlin indi də  şairin “Yaralıdı 

yar” təcnisindəki ”yar”, “yara” sözlərinin yaratdığı məna çalar-

larına və öz yarasını  qəlbi yaralı yarından gizlətməyə çalışan 

aşiqin ürək döyüntülərinə fikir verək: 

 

Qarayam, gəzirəm yara yaranı, 



Götürə almazı, yara, yaranı. 

Yaranda göstərmə yara, yaranı, 

Əzəldən də qəlbi yaralıdı yar. 

 

Gec də olsa bu sənət nümunələrini bir kitab şəklində ağı qaradan 

seçməyi bacaran oxucuların muhakiməsinə verməyi özümüzə borc 

bildik.  Sevimli Xalq Şairimiz Səməd Vurgun demişkən: 

 

Bizdən ayrı düşənlərə 

Borcumuzdur bu ehtiram. 



 

 

338



MƏNİM TANIDIĞIM RAUF QARAİŞIQ 

 

Rauf Qaraişıq deyiləndə 20-



30 illik zaman fasiləsindən boy-

lanan, bir az kövrək, bir az həzin

odu hələ tam sönməyən ocaq 

kimi ip-isti xatirələr yada düşür. 

Sovetlər dönəmində Sumqayıtda-

kı  Nəsimi adına mədəniyyət və 

istirahət parkında ilin bütün fəsil-

lərində yamyaşıl olan küknar 

ağaclarının kölgəsində  sınıq-sal-

xaq, cındırından cin hürkən 

skameykalarda  əyləşər, çağdaş 

ədəbiyyatın problemlərindən söz 

açar, təzə yazılan  şeirləri oxuyar, müzakirələr aparardıq… Gənc 

yazarların arasında Rauf Qaraişıq öz savadı, geniş mütaliə 

dairəsi, səmimiyyəti, mehribançılığı  və orijinal-özünə  məxsus 

dəst-xətti ilə seçilər, maraqlı yazılar oxuyardı. Ölüm, həsrət, 

ayrılıq haqqında yazdığı yazılarda da bir həyat eşqi, tükənmək 

bilməyən sevgi, məhəbbət duyğuları açıq –aşkar sezilərdi. 

Pıçıltı ilə oxuyardı şeirlərini. Ayrılıq, sevgi, məhəbbət hisslərini 

qışqıra-qışqıra demək olmaz axı! Ancaq hayqırtı ilə deyiləsi 

şeirlər də ədəbiyyatımızda qədərincədir. Məs: üsyankar şairimiz 

Xəlil Rzanın  

 

“Doğransam da tikə-tikə, 



rizə- rizə 

Mübarizə, mübarizə!”… 

 

Və yaxud: S.M. Şəhriyarın “Azərbaycan” şeirini pafossuz söy-



ləmək mümkün deyil: 

 



 

 

339



“…Övladların nə vaxtadək tərki-Vətən olacaqdır?, 

Əl-ələ ver! Üsyan elə!, Oyan! Oyan !Azərbaycan!..” 

 

Rauf Qaraişığın yazılarından hiss olunur ki, o, böyük Türk 



şairi N.Hikmətin və bu yaxınlarda dünyasını dəyişmiş, sevimli 

Xalq  şairi V.Səmədoğlunun yaradıcılığına dərin rəğbət bəs-

ləyir… Yeri gəlmişkən, ölümündən bir az öncə oxucularla Sum-

qayıt S.Vurğun adına kitabxanadakı görüşündə Vaqif Səmədoğ-

lunun şeirləri iki qrupa ayırdığını yaxşı xatırlayıram: 

 

1.Oxunmalı şeirlər  



2.Oxunaqlı şeirlər  

 

O, öz şeirlərini “Oxunmalı  şeirlər” qrupuna aid edirdi. Məncə 



Rauf Qaraişığın şeirlərini də həmin qrupa aid etmək gərəkdir. 

 

Qulağım dolusu 



Səsinə qulaq asa bilmədim! 

Gözüm dolusu 

Nurlu üzünə baxa bilmədim! 

Ürəyim dolusu sevə bilmədim səni!!! 

…Vaxtım yoxuydu. 

 

İndi vaxtım var, 



Amma sən yoxsan, 

Ata!!! 


 

Necə də kədərli və səmimidir, izaha ehtiyac yoxdur… 

Onu da deyim ki, sözlərindən, danışığından kosmopolit təsiri 

bağışlayan bu şairin şeirlərindən bənövşə ətri, yaz nəfəsi,  vətən 

qoxusu gəlir… 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə