Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə69/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   65   66   67   68   69   70   71   72   ...   88

 

 

350



keçəndən sonra həmin adamdan üzr istəyər, onun könlünü 

alardı. Çünki  Vaqifin ürəyi çox incə  və  zərif idi. Bu zəriflik 

onun  ətrafında toplaşan insanlara bir işıq gətirirdi. Bu işığın 

daim qərq olunmasını arzulayan Vaqif bir gün işıqsız qaldı. 

Avtoqəzaya uğrayıb 37 yaşında bu dünya ilə vidalaşdı. 

37 yaş insanın çiçəkləndiyi bir vaxtdır.  Əfsuslar olsun ki, 

fələk onun təravətli çiçəklərini tam açmağa qoymadı. Hərdən 

təsəlli üçün deyirlər ki, Puşkin də, Lermantov da gənc yaşla-

rında dünyalarını dəyişiblər. Bəli, bu belədir. Lakin mən bu cür 

ölümlərlə razılaşa bilmirəm. Deyirlər, bu qismətdir, bununla da 

barışa bilmirəm. 37 yaşında yaradıcılığının boy verdyi bir 

zamanda dünyadan köçmək nə qədər ədalətlidir? Bilmirəm. 

Vaqif  İbrahim öz ölümünü sanki duyubmuş.  Şeirlərini 

birində yazırdı: 



 

Ölüm asta-asta gələnə kimi, 

Bir güc, bir nikbinlik duyam özümdə. 

Deyəm son sözümü, vəsiyyətimi, 

Qəlbimdə qalmasın bircə sözüm də.  

 

Son söz Vaqifin özü ilə  bərabər qara torpağa qovuşdu. 



Görəsən son sözu nə imiş kövrək qəlbli  şairin? Ana, Vətən, 

yoxsa məhəbbət? Belkə  bəşəriyyət və  ədəbi həyat? Bəşəriyyət 

öz övladını itirdi, həyat isə ona yas saxladı. Bu gün bu yasın 

içindən çıxmayanlar da var. Lakin nə etməli? 

Feyzi və  Əşrəf Vaqifin yoxluğuna inana bilmirdilər.  İllərlə, 

aylarla bir yerdə olan, duz-çörək kəsən, dostluqda əhd-peyman 

bağlayan bu insanların həyatında bir boşluq yaranmışdı. Bu 

boşluğu doldurmaq olduqca çətin idi. Vaqifsiz dünya onlar üçün 

boz səhraya, qara buludlara, işıqsız səmaya bənzəyirdi. 

Vaqifli günlərin içində bir sevinc, səmimiyyət və məhəb-

bət vardı. Bəs hanı o günlər? Göylərin qucağındamı? 



 

 

351



Dənizlərin ağuşundamı? Sevgililərin həsrətli baxışların-

damı? Harda? Harda? 

1970-ci illərdə biz- yaşca cavanlar yaxşı  mənada bu üç 

yazara, üç dosta qibtə edərdik. Dostluq o demək deyil ki, ömür 

boyunca can deyib, can eşidəsən. Dostluq qızğın mübahisələr-

dən keçir, ağır sınaqlardan çıxır. Müdrik Hötenin gözəl kəlamı 

var:  Səhv etmək insanın xarakterik cəhətidir, bunun üçün 



ömür dostları var”. 

Vaqif, Feyzi, Əşrəf arasında çoxlu mübahisələr, qızğın 

müzakirələr və narazılıqlar olurdu... Əksəriyyəti də yaradıcılıqla 

bağlı olardı. Kimsə kimsəni inandırmağa çalışır, kimsə bu fikir-

lərlə razılaşmır,  əqidəsinə uyğun düşündüklərini  əsaslı sayırdı. 

Bu da dostlar arasında bir neçə günlük soyuqluq yaradırdı. 

Lakin bir-birinə bağlılıq, sədaqət və etibar onları tezliklə bir 

yerə toplayır, sifətlərə təbəssüm qonur, az keçmişdə baş verən-

lər sanki olmamış kimi tezliklə unudulurdu. Bu da hər üç dostun 

müdrikliyini göstərirdi. 

Onların dostluğu etibar üzərində qurulmuşdu. Etibarsızlıqlar 

onların düşməni idi. Aralarında olan sədaqət qranit daşa çevril-

mişdi. Onların arasına girib ona çat vermək istəyənlər həmişə 

yanılırdılar. Çünki bu qranit qayanı, bu dostluğu ancaq və ancaq 

onların özləri dağıda bilərdilər. Buna isə qüdrətləri çatmazdı. 

Çünki bu dostluq qranit qaya kimi çox qüdrətli idi. Onu nə 

sındırmaq nə  də  əymək olardı. Amma insan çox vaxt həyatın 

qəfil oyunlarının qurbanı olur. Yaşamaq, yaratmaq ilə çırpınan 

bir ürəyin vaxtsız dayanması dost üçün çox ağır olur, çox ağır.. 

Feyzi Mustafayev Vaqif İbrahim haqqında “Ölənlər evə 

qayıdırlar” xatirələr kitabında yazır: “-Sən mənim  ən acı 

sevincim, ən şirin kədərimsən”. 

Bu dostun dostu haqda dediyi sözlərdir. 

Bu üç dostun təşəbbüsü ilə Sumqayıtda biz Azərbaycan 

ədəbiyyatının korifeyləri olan Süleyman Rəhimov, Mirzə 

İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Bəxtiyar 



 

 

352



Vahabzadə, Salam Qədirzadə,  Əli Vəliyev, Adil Babayev, 

Yusif Əzimzadə, Anar və başqa ədiblərlə görüşlərdə iştirak 

edir, onların dəyərli məsləhətlərinə qulaq asır və öz 

yaradıcılığında pafosdan çox, real həyatı, həqiqiəti  əks 

etdirməyə çalışırdıq. 

Feyzi Mustafayev qələm dostlarından seçilirdi. O, qeyri-adi 

bir publisist idi. Onun yazılarında daha çox əxlaq, tərbiyə, ailə, 

fəlsəfi fikir geniş yer tuturdu. Kiçik hekayələri dövri mətbuatda 

tez-tez çap olunurdu. Feyzi dünyanı özü kimi nəzakətli, səmimi, 

bir az da kövrək görmək istəyirdi. Lakin bu belə deyildi. Həyat-

da nəzakətlə yanaşı kobudluq, səmimiyyətlə yanaşı saxtakarlıq, 

kövrəkliklə yanaşı süni göz yaşları da vardı. Feyzi həmişə 

deyirdi ki, “-niyə insanlar yaxşılığa az meyl edirlər, axı, bu 

pisin öz rəngi var. Ağa ləkə vurmaq asandır. Qaranı müdafiə 

edənlər isə çoxdur”. Feyzi doğru deyirdi. 

Bir epizodu xatırlamaq istəyirəm. Səhv etmirəmsə, 1979-cu 

il idi. Mən Sumqayıt Sintez-Kauçuk Zavodu partiya komitəsin-

də təlimatçı vəzifəsində çalışırdım. Feyzi Mustafayev isə həmin 

zavodda nəşr olunan çoxtirajlı “Kauçuk” qəzetinin  əməkdaşı 

idi. Bilirdim ki, boş vaxtlarında yaradıcılıqla məşğuldur. Bir 

gün “Azərbaycan” jurnalında onun ailə  və nigah mövzusunda 

böyük publisistik yazısı dərc olundu. Bu çox cəsarətli, faktlara 

əsaslanan, maraqlı bir yazı idi. Respublikanın ziyalıları, ədəbiy-

yatşünasları bu məqaləni müsbət dəyərləndirdilər. Lakin bəd-

xahlar da tapıldı. Bir aydan sonra “Kommunist” qəzetində Feyzi 

Mustafayevin məqaləsi alt-üst olundu. Bu ədalətsiz, ambisiyalı, 

sifarişli bir yazı idi. 

Feyzi qəzeti əlinə alıb mənim yanıma gəldi.Rəngi qaralmışdı. 

Bərk dilxor idi. 

-Oxumusan?-deyə, səsi əsə-əsə soruşdu. 

Qabağına çay qoydum. 



-Oxumuşam. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə