Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx


-Yəqin məni partiya sıralarından çıxararlar



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə70/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   66   67   68   69   70   71   72   73   ...   88

 

 

353



-Yəqin məni partiya sıralarından çıxararlar,-deyə  mənə 

baxdı. 


Mən gülümsündüm. 

-Çayını soyutma, iç-dedim. -Sən sevinməlisən ki, sənin 

məqalən haqqında belə bir resenziya çap olunub. Deməli 

hədəfə  dəymisən. Bədxahların isə gözü bunu götürmür. 

Yadında saxla sənin yazın yaddaşlarda qalacaq, “Kommu-

nist” qəzetində yazılan böhtan xarakterli məqalə isə sabun 

köpüyü kimi məhv olacaq, partlayacaq. Sən Azərbaycan 

publisistikasına yeni ruh, yeni nəfəs gətirmisən. Bu sevin-

dirici haldır. Ruhdan düşmə. Qaldı sənin partiya məsələnə

onu biz həll etməliyik, həllinə  də ehtiyac yoxdur. Get, 

yaradıcılıqla məşğul ol və bizi belə sanballı əsərlərlə tez-tez 

sevindir. 

Feyzinin  sifəti açıldı, gülümsündü. Çay içib dedi: 



-Nə yaxşı ürək-dirək verdin, yoxsa, bütün gecəni yata bil-

məzdim. 

Feyzi Mustafayev haqq-ədalət tərəfdarı idi. Heç kimlə  işi 

olmazdı. Onun bir eşqi, bir amalı vardı-Yaradıcılıq. Gecə-gün-

düz yazı masası arxasında oturub, yaddaşındakıları ağ vərəqlərə 

köçürüb, səhəri gün dostlarına oxuyar, onlardan məsləhətlər 

alardı. 


Küçələrdə  həmişə fikirli gəzərdi. Düzdür, hamıda olduğu 

kimi onu da ev, ailə, məişət problemləri sıxırdı, üzürdü. Bəlkə 

də, bu, bir kabus idi, onu daim izləyirdi, daxilən əzirdi, ömrünə 

balta çalırdı. Feyzi isə bu problemlər burulğanında gələcək 

əsərlərinin qəhrəmanlarını fikirlərində gəzdirirdi. Demək olar ki, 

öz həyatını unutmuşdu, başqasının həyatı ilə yaşayırdı. 

Feyzinin qələm dostları eşitmişdilər ki, o, Əli Kərim haqqın-

da xatirələr kitabını yazır, çox sevindik. Mərhum şair Əli Kərim 

də bu dünyadan vaxtsız köçmüşdür. Allah rəhmət etsin! Onun 

şeirləri bu gün də oxucular tərəfindən həvəslə oxunulur. 




 

 

354



“Dinmə ey kədər” adlı kitab çapdan çıxanda respublikanın 

ədəbi mühiti bu əsəri birmənalı qarşılamadı. Kimi təriflədi, kimi 

tənqid etdi. Seçim isə oxucuların ixtiyarına verilmişdir. Bu 

kitab başqa publisistik əsərlərdən öz dəst- xətti, üslubu, yeni 

fəlsəfi-ictimai fikri ilə seçilirdi. Feyzi beynində gəzdirdiklərini 

olduğu kimi qələmə alırdı. O, elə  qələm sahibi idi ki, sırf 

publisistika janrının tələbləri ilə yaza bilməzdi. Feyzi bu 

janrdan kənara çıxmışdı, onu daha maraqlı və oxunaqlı etmişdi. 

Həyatın öz qanunları var. Feyzi bu qununların çərçivəsindən 

çox məharətlə, nəzakət qaydalarına əsaslanaraq çıxırdı. Rəsmiy-

yətçiliyi, quru pafosu, xoşagələn sözləri sevməzdi. Düşündü-

yünü yazırdı, o, oxucunu daim düşündürmək istəyirdi. Belə 

dəst-xəttə Vaqif İbrahim haqqında yazdığı “Ölənlər evə qayıdır” 

kitabında da rast gəlirik. Akademik Mustafa Salahov, Sumqayı-

tın qurucularından, tanınmış kimyaçı, texnika elmləri namizədi, 

mərhum Nərçə Ağayev haqqında çap etdirdiyi kitablara da rast 

gəlirik. 

Heyif, Feyzi Mustafayev aramızdan tez getdi. Yuxarıda qeyd 

etdiyim qara kabus onu həyatboyu izlədi, izlədi və daxildən 

parçaladı. Burada şair Əşrəf Veysəllinin bir beyti yada düşür: 

 

Bükülmüşəm yumaq kimi

Büzüşmüşəm yarpaq kimi, 

Gəl boynuna uşaq kimi, 

Sarmaşım, Feyzi Mustafa. 

 

Feyzi ilə söhbətlərim, görüşlərim çox olub. Ədəbiyyatdan, 

fəlsəfədən, müasir yazıçı və şairlərin çapdan çıxan əsərlərindən 

öz aramızda diskussiya yaradırdıq. Mən Feyzinin duyma 

qabiliyyətinə, fərdlərə qiymət vermə bacarığına, fikirlərini lako-

nik  şəkildə ifadə etmə  tərzinə  həmişə heyran qalırdım. Söhbət 

nədən gedirdisə, həmişə son anda Vaqifin üzərinə gəlir və onun 

yaradıcılığı ilə söhbətimizə yekun vurardıq. Feyzi Vaqifi dost 




 

 

355



kimi sevmirdi, onu özünə  ən  əziz və doğma qardaş sayırdı. 

Əşrəfi də bu cür sevirdi. 



-Eyruz, biz yerdə olanda, özümü arxayın hiss edirəm,-

dedi.-Vaqif rəhmətə gedəndə sanki ürəyimin döyüntüsü, 

gözlərimin işığı azaldı. Hərdən sözə, məsləhətə ehtiyacım 

olur. Kimə müraciət edirəmsə, məni qane etmir. Gözlərimlə 

Vaqifi axtarıram. Tapmayanda telefon dəstəyini qaldırıb 

Əşrəfin nömrəsini yığıram, onunla görüşürəm, dərdləşirəm, 

yüngülləşirəm. 

Bəli, Feyzi belə oğlan idi. Onun itkisi hamını sarsıtdı, ən çox 

sarsılan isə Əşrəf Şəfiyev oldu. Bu ağır bir dərd idi. İllərlə bir 

yerdə, çiyin-çiyinə  həyatın acılı-şirinli günlərini yaşayasan, 

sevincinə sevinəsən, kədərinə şərik çıxasan və bir gün qəfil dos-

tunu itirəsən. Bu, faciədir. Bu, sözlə ifadə olunmayan bir dərd-

dir. Bu dərdi ürəkdə daşımaq olduqca çətindir. Əşrəf Şəfiyev isə 

bu dərdi indi də ürəyində daşıyır. Bernard Şounun bir sözü var: 

“İnsan kərpic kimidir, yandıqca bərkiyir:” Əşrəf də bu həyatda 

yandıqca bərkimiş, bərkidikcə püxtələşmiş və müdrikləşmişdir. 

Sumqayıtda onu müdrik insan, gözəl ziyalı  və  şair kimi yaxşı 

tanıyırlar. Bu çağında onun ürəyində olan ağrılar dostlarının 

vaxtsız itirilməsi ilə bağlıdır. 

Bir gün dostları haqqında söhbət düşəndə  Əşrəf Veysəlli 

dedi: 

-Sumqayıtda dostlarım çoxdur. Amma Vaqiflə Feyzini 

görməyəndə ürəyimdən sanki daş sallanır. Göylərdə uçan, 

səmada süzən bir insanın sanki qanadlarını vurub yerə sal-

dılar. Vaqif və Feyzi mənim qanadlarım idi. Bu qanadlar 

mənə ruh verirdi, yeni nəfəs gətirirdi.  İndi onlardan məh-

rum olmuşam. Sağıma baxıram, Vaqifi axtarıram, soluma 

baxıram Feyzini axtarıram. Tapa bilmirəm, qüssələnirəm, 

kövrəlirəm və deyirəm: bu dünya doğrudan da fani dünya 

imiş. 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə