Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə67/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   63   64   65   66   67   68   69   70   ...   88

 

 

340



O, dünyəvi-bəşəri olduğu qədər milli, milli olduğu qədər də 

bəşəridir… 

Həmişə  xəyalımda  “Qarabala” kimi canlandırdığım bu 

oğlanı görən kimi tanıdım. Bir az rəngi ağarıb, ya da ki, ağarmış 

saçlarının işığı düşüb nurlu sifətinə. Şirin, duzlu-məzəli zarafat-

larından, jestlərindən qalmayan Rauf Qaraişıq paylaşdıqca 

çoxalan sevinc kimidir. Sanki heç vaxt bitib-tükənməyən pozi-

tiv enerji mənbəyidir. Oxuduqca oxunan maraqlı bir kitabdır 

Rauf Qaraişıq. 

Yazılarına gəldikdə isə yaxın dostum, gözəl ağsaqqal  şai-

rimiz Fikrət Sadığın yaddaşımın saxlancında qoruduğum şeirini 

(Bir balaca korroziyaya uğrasa da) xatırlamaq istəyirəm: 

 

Köhnə fikir köhnə libas geysə-ətalət, 



Köhnə fikir təzə libas geysə-cəhalət. 

Təzə fikir köhnə libas geysə-əsarət 

Təzə fikir təzə libas geysə-cəsarət. 

 

Rauf Qaraişığın yazıları yaranma tarixinə baxmayaraq öz 



təzəliyi ilə seçilən cəsarətli poeziya nümunələridir… 

Nəhayət ki, ulu tanrı gözəl bir yaz günündə bizə görüş nəsib 

etdi. Üç saata yaxın dərdləşdik. Hər  şeydən-vətəndən, qürbət-

dən, ayrılıqdan, həsrətdən, şeirdən-sənətdən danışdıq… Həm də 

heç nə danışa bilmədik… 

 

*** 



 

 


 

 

341



 

 


 

 

342



 

 

 


 

 

343



“TƏNQİD VƏ ƏDƏBİ PROSES” 

KİTABINDAN SƏTİRLƏR 

 

Gənc istedad elə bir çeşmədir ki, istedad sahibinin onu düz-

gün istiqamətləndirməsinin, öz konkret vəzifələrini və böyük 

amalını aydın  şəkildə müəyyənləşdirməsinin ciddi əhəmiyyəti 

vardır. Vətənimizə, cəmiyyətimizə, sadə zəhmət adamlarına gə-

rək olmaq çox şərəfli arzudur və böyük arzu naminə  qələm 

işlətməyə başlamağı ürəkdən təqdir edir, bu yolda gənc müəllif-

lərə yaradıcılıq nailiyyətləri arzulayırıq. 

Biz  Əşrəf  Şəfini hələ görməmişik. Lakin şeirlərindən onu 

təsəvvür etməyə çalışdıq. O, bizim nəzərimizdə gözəlliyə  həs-

sas, həm də bu gözəlliyi xəyallarda yox, həyatımızın özündə 

axtaran, tapan və öz duyğuları əsasında tərənnüm edən bir gənc-

dir. Qədimlərdə xalqın uca dağlar qoynunda inşa etdiyi nəğmə-

kar Şuşanı Əşrəf Şəfi belə görür: 

 

-Şəhər nəğmə kimi qanadlanaraq, 

Qonub bu dağların dodaqlarına. 

Nəsə pıçıldayır hey axşam, səhər 

Əngin üfüqlərin qulaqlarına. 

 

Neft daşların və onun dənizi ram edən sakinlərini isə gənc şair 

bu cür görüb göstərmişdir: 

 

Fəhlələr, qəribə balıqçılar tək 

Dənizin hirsinə tor atıbdılar. 

Dalğalar diz çöküb əyilsin deyə, 

Yerimiz bir qədər böyüsün deyə 

Qasırğa üstündə, tufan üstündə 

Kiçik bir planet yaradıbdılar. 



 

 

344



Bu  şeirləri oxuyanda fərəh duyğusu ilə fikirləşirsən ki,gənc 

şair sözünü obrazlı demək üçün maraqlı axtarışlar yoluna 

çıxmışdır. 

 

Bəkir NƏBİYEV 



Azərbaycan Milli Elmlər Akademiyasının 

həqiqi üzvü, Akademik, 

1972-ci il 

 

 



 

 


 

 

345



“SƏHV ETMƏK İNSANIN XARAKTERİK 

CƏHƏTİDİR.” 

 

Və yaxud üç sirdaş, üç qələm sahibi, 



Üç tale haqqında düşündüklərim. 

 

Bu həyatın qəribəlikləri çox-

dur. Əsas məsələ bu qəribəliklə-

rin insan həyatında rolunun nə-

dən ibarət olduğunu bilməkdir. 

Bu isə çox vaxt mümkün olmur. 

İnsan çox mürəkkəb, maraqlı və 

təzadlı bir fərddir. Taleyin onun 

qismətinə yazdığını oxumaq ol-

sa həyatın özü də maraqsız olar-

dı. 

Mənim üçün həyatda yaş 

məhdudiyyəti yoxdur, həyatda 

Allah tərəfindən göndərilən bir 

ömür payı vardır. Tanrının gön-

dərdiyi bu qısa və yaxud uzun ömür payı ilə  dəqiqələrimi 

bölüşməli oluram. Bu dəqiqələrin sonuncu astanası  nə vaxt 

olacaq, bax bu, müəmmalıdır. Cavan, vaxtsız dünyasını  dəyi-

şənlər görəsən ona ayrılan ömür payından istədikləri kimi isti-

fadə edə biliblərmi? Yoxsa, bu illər, dəqiqələr onların yarımçıq 

qalmış ömürlərinin son nöqtəsi imiş? Bu suala cavab verə 

bilmirəm. 

Sumqayıt məni böyüdüb, tərbiyə edib. Burada səmimi insan-

lara, sədaqətli dostlara, qeyrətli oğullara, gözəl sənətkarlara, 

eləcə  də, nankorlara, saxta və fitnəkarlara çox rast gəlmişəm. 

Amma,  əqidəm həmişə bir olub. Yaxşılardan öyrənmək, pisi 

pisdən ayırmaq. 



 

 

346



Son vaxtlar ürəyimin dərinliyində özlərinə  məhəbbət 

qazanmış bir neçə yaşlı nəslin nümayəndəsi haqqında fikir-

lərimi və düşündüklərimi oxucularla bölüşmək istəyirəm. 

Kimdir onlar? Şair Vaqif İbrahim, yazıçı publisist Feyzi 

Mustafayev və şair Əşrəf Şəfiyev

Vaqif və Feyzi dünyalarını  dəyişiblər. (Allah hər ikisinə 

rəhmət eləsin!) 

Oxucu haqlı olaraq soruşa bilər: Sumqayıtda 1960-1980-ci 

illərdə yaşayıb-yaradan başqa yazarlar da olub. Niyə  məhz bu 

üç nəfər haqqında yazmaq fikrinə düşmüşəm? Haqlı sualdır. 

Onu da deyim ki, həmin vaxtlar Səməd Vurğun adına mədəniy-

yət evində tanınmış jurnalist Xasay Cahangirov ədəbi birliyə 

rəhbərlik edirdi. Burada gənclərdən daha çox orta və yaşlı nəs-

lin nümayəndələri iştirak edirdilər. Onlardan bir neçəsinin adla-

rını  çəkmək istərdim. Qulam Feyzullayev, Zülfüqar Əliyev

Mirsabir, Azad Şərif, Arif Xələf, Ağəddin Mansurzadə, 

Xudaverdi Saldaşlı, Məmməd Namaz, Həmzə  Səfərov, 

Qəzənfər Rüstəm və başqaları. Həmin illərdə Sumqayıtda 

ədəbiyyata böyük bir həvəs və maraq vardı. Oxucular sanki 

poeziya ilə  nəfəs alırdılar. Kitabxanalarda kitab almaq üçün 

növbəyə düzülürdülər. (indi buna rast gəlməzsən) Söhbət Sum-

qayıt yazıçı və şairlərinin əsərlərini tapıb oxumaqdan getmirdi. 

Şekspiri, Bayronu, Drayzeri, Hüqonu, Dostoyevskini, Balzakı, 

Tolstoyu, Cavidi, Səməd Vurğunu, Müşfiqi oxuyanlara hörmət 

və ehtiramla yanaşırdılar, onları ciddi adam sayırdılar. Məktəb-

lərdə, institutlarda, dərnəklərdə, istirahət vaxtlarında oxunulan 

hər bir əsər ciddi müzakirəyə  səbəb olurdu. Kitabxana 

sumqayıtlılar üçün bir elm ocağına çevrilmişdi. Bura bir məbəd-

gah idi. 

Yuxarıda qeyd etdiyim yazarların hər biri haqqında das-

tan qoşmaq olar. Mən isə Vaqif İbrahim, Feyzi Mustafayev 

və  Əşrəf  Şəfiyev (Veysəlli) haqqında xatirələrimi sizinlə 

bölüşmək qərarına gəldim, əziz  oxucular



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə