Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə68/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   64   65   66   67   68   69   70   71   ...   88

 

 

347



Ədəbiyyata meyl etdiyimdən məndən yaşca böyük olan 

yazıçıların  əsərlərini müntəzəm mütaliə edirdim. O vaxtlar 

yuxarıda adlarını çəkdiyim insanlar da gənc idilər. Onlar böyük 

həvəslə, yorulmadan yaradıcılıqla məşğul idilər. Hər yazılan 

şeir, hekayə Vaqif İbrahimin yaratdığı “Əli Kərim” adına poe-

ziya klubunda müzakirə olunurdu. Müzakirələr qızğın keçərdi. 

Bəyənilən və bəyənilməyən, təriflənən və tənqid olunan əsərlər 

də olurdu. Dərnəkdən küsüb gedənlərə  də rast gəlirdik. Lakin 

bu küskünlük onları həvəsdən salmırdı, əksinə, səfərbər edirdi. 

Onlar öz üzərlərində daha dərindən məşğul olur, dünya ədəbiy-

yatına baş vurur, bilik və dünyagörüşlərini artırırdılar. 

L.Tolstoyun yaxşı bir sözü var: “Bir faiz istedad, doxsan 

doqquz faiz zəhmət”. 

Oxumadan, oxuduqlarını  dərk etmədən  əlinə  qələm alıb 

böyük bir əsər yazmaq olarmı? İnanmıram. 

Vaqifin, Feyzinin və Əşrəfin dostluğu saf təməllər üzərində 

qurulmuşdu. Bu dostluğa ləkə salmaq mümkün deyildi. Bir-

birlərinə o qədər bağlı idilər ki, ayrı düşəndə darıxar, sıxılar-

dılar. Sanki nəfəsləri çatışmırdı. Bir yerdə olanda dərdləri də bir 

olurdu, sərləri də. Aralarında yaş  fərqi az olsa da, üstünlüyü 

kiməsə vermirdilər. Hər üçü özlərini həm böyük, həm də kiçik 

sayırdı. Bu da onların böyüklüyünü sübut edirdi. 

Vaqif  İbrahim çox işgüzar və  zəhmətkeş idi. Onun şeirləri, 

publisist yazıları respublikanın kütləvi informasiya vasitələrində 

geniş çap edilirdi. Onu qısqananlar da olurdu, paxıllıq edənlər 

də. Dostları bunu ona deyəndə gülümsəyər və belə cavab 

verərdi: “Paxıllıq edənlərə yazığım gəlir. Onlar elə fikirləşirlər 

ki, mənə maneə olmaqla, Vaqif İbrahim qələmini yerə qoyub 

ədəbiyyatdan birdəfəlik əl çəkəcək, xeyr, bu belə deyildir, əksi-

nə, onların paxıllığı mənim üçün bir təkandır, yeni-yeni əsərlər-

dir”. Həqiqətən də, bu belə idi. 

Poeziya Vaqif İbrahimin ruhuna hakim kəsilmişdi. O, ədəbi 

mühitdə özünü narahat hiss edirdi.Yazdıqlarını çox vaxt bəyən-



 

 

348



mirdi. Elə anlar olurdu ki, yazdığı  şeirləri cırıb zibil qutusuna 

atardı. Bir neçə gün əlinə  qələm almazdı. Sonra sanki çiyinlə-

rinə ilham quşu qonur və o, saatlarla masa arxasından durmazdı. 

Yazar, yazardı. Poeziya onun üçün bir həyat, bir dünya, əlçat-

maz bir zirvə idi. Bu zirvəyə çatmaq üçün gecə-gündüz  çalışır, 

daim can atırdı. 

Vaqifin xasiyyəti mülayim, sadə və mehriban idi. Bu bəstə-

boy oğlanın böyük ürəyi vardı. Bu ürəkdə böyük arzular yatırdı. 

Vaqif özünün yaradıcılığı ilə bu arzuların gerçəkləşməsinə 

çalışırdı. 

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Vaqif yaradıcılığı 

haqqında belə deyir: “Vaqif dünyadan vaxtsız köçməsəydi bu-

gün yaşı altmışı haqlamış  ədəbi mühitin içində  ən görkəmli 

nümayəndələrindən biri olacaqdı”. Bu həqiqətən də belədir. 

Vaqif xalqının vətənpərvər oğlu idi.Azərbaycan onun üçün 

doğma diyardan savayı böyük bir dünya, bir kainat idi. O, bu 

dünyanın və kainatın sirlərinə  bələd olmaq üçün təkcə dünya 

ədəbiyyatı klassiklərini oxumaqla kifayətlənmirdi. Fəlsəfi fikir 

onu çox maraqlandırırdı. Aristotel, Hegel, Sokrat, Platon, 

Evpirid və s. müdriklərin  əsərləri onun ictimai-fəlsəfi fikrini 

formalaşdırmaqda yaxından köməklik edirdi. 

Bir dəfə ondan soruşdum: 



-Vaqif müəllim, fəlsəfəyə baş vurmaqla poeziyadan uzaqlaş-

mırsınızmı? 

Sifətində xoş təbəssüm əmələ gəldi: 

Gülümsəyərək dedi: 

-Yox, əksinə, fəlsəfə və ədəbiyyat dünyanı daha dərindən 



dərk etməyə kömək edir. 

Füzulinin, Nəsiminin, Cavidin şeirlərinə fikir ver. Hər 

sətrində bir fəlsəfə, bir hikmət var. İnsan gərək həyatın 

mənasını ilk oncə özündə axtarsın. Axı, insanın özü də bir 

hikmətdir, sirdir. 


 

 

349



Vaqif şeirlə yanaşı, publisistikaya da meyl göstərirdi. 1970-

ci illərdə Uzaq Sibirdə Baykal-Amur Magistralı salınırdı. Bu, 

əsrin ən böyük və nəhəng tikintilərindən hesab olunurdu. Həmin 

vaxtdan 40 il keçib. Dəmir yolu magistralının ətrafında yüzlərlə 

şəhər, rayon, qəsəbə salınıb. Bütün bunlar asan başa gəlməyib. 

Bataqlıq bir yerdə, soyuq havada, şaxtalı günlərdə şəhər salmaq, 

dəmiryolu çəkmək insandan hünər və  cəsarət tələb edirdi. 

Burada ağır əl əməyi hökm sürürdü, şaxta insanın sifətini kəsir-

di. Amansız külək çox vaxt tikintiləri vurub dağıdır, iri şam 

ağaclarını kökündən çıxarırdı.  İnsan tələfatına  da  rast  gəlmək 

olurdu. Kimi bataqlığa düşür, kimi isə çayın sürətli axınına tab 

gətirə bilməyib məhv olurdu. Bəzi gənclər isə  ağır və  məşəq-

qətli həyata dözə bilməyib BAM-ı  tərk edirdilər.  İlk vaxtlar 

burada işıq, su yox idi. Suyu maşınlarda gətirirdilər. Axşamlar 

isə kerosin işığı altında hamı müvəqqəti baraklara toplaşır, 

meşədən doğradıqları odunları sobalara salıb qızdırırdılar.  

Vaqif  İbrahim “Azərbaycan Gəncləri” qəzetinin müxbiri 

kimi bir ay Sibirə ezam olunmuşdu. Orada inşaatçılarla ünsiy-

yətdə olmuş, baraklarda gecələmiş, qeydlərini şam işığı altında 

yazmış, ərzaq vaxtında çatdırılmayanda hamı kimi yavan çörək 

yemişdir. Vaqif dözümlü oğlan idi. Sibir onun üçün bir roman-

tika idi. Bu romantikanın çətinlikləri,  əziyyətləri ilə yanaşı bir 

gözəlliyi də vardı. Bu gözəlliyi yaradanlar isə adi insan idi. 

Onlar bu tikintiyə könüllü gəlmişdilər. Çoxları da burada ailə 

qurub öz talelərini Sibirlə bağlamışdılar. 

Vaqif Bakıya qayıdandan sonra “Azərbaycan Gəncləri” 

qəzetində onun Baykal-Amur magistralında aparılan möhtəşəm 

tikinti işindən bəhs edilən silsilə oçerkləri  çap olundu. Bu kita-

ba görə o, Azərbaycan Lenin Komsomolu mükafatına layiq 

görüldü. 

Vaqif öz yaradıcılığına və ətrafdakılarına qarşı çox tələbkar 

və inadcıl idi. Bir az da çılğınlığı vardı. Bu zərərsiz bir çılğınlıq 

idi. Vafiq həyatda kiminsə  qəlbinə toxunmuşdursa, vaxt 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə