Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə65/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   61   62   63   64   65   66   67   68   ...   88

 

 

332



laşıb. Çətinliklərə sinə gərə-gərə, öz layiqli simasını tapıb, çox-

saylı qəzetlər arasında öz sözünü və çəkisini saxlaya bilməklə, 

oxucular tərəfindən sevilən bir qəzetə çevrilib. 

Qüdrət Balakişi oğlu Məlikov (Muğanlı) ipə-sapa yatmayan 

cavanlıq illərini işlədiyi “Sumqayıt” qəzetində şam kimi əridib, 

desək, yanılmarıq. O indi müdrik bir ağsaqqal kimi öz şərəfli 

işini davam etdirməklə yanaşı,  şəhərimizin ictimai-siyasi, 

mədəni həyatında da yaxından iştrak edir, keçirilən mədəni-küt-

ləvi tədbirlərin qaynar nöqtələrində olur. Həm də  Şəhər 

Ağsaqqallar Şurasının sədr müavinidir. 

 

Kimin ki, insanlıq siması yoxdur, 

Ona dünyanı ver,-mənası yoxdur. 

Harda ki, ağsaqqal duası yoxdur, 

Orda xeyir olmaz, bərəkət olmaz. 

 

Cahilin hər işi, sözü kölgəli, 

Kölgəsi kölgəli, özü kölgəli. 

Yaxşı ki, olmadıq gözü kölgəli, 

Gözü kölgəlidə cəsarət olmaz. 

 

Yüksək nailiyyətlərinə, ictimai-siyasi-mədəni həyatdakı 

uğurlarına,  şair demişkən həyatda gözü kölgəli yaşamadığına 

görədir ki, möhtərəm Prezidentimiz İlham  Əliyev cənablarının 

2005-ci il 21 iyul tarixli Fərmanı ilə Qüdrət Məlikova 

“Azərbaycanın Əməkdar Jurnalisti” Fəxri adı verilmişdir. 

Sumqayıt  şəhərinin 60 illik yubuleyində isə “Tərəqqi” 

medalı ilə təltif olunmuşdur. 

“Həsən bəy Zərdabi”,”Qızıl qələm” mükafatları laureatı 

olan, həm də “Zərdabi” diplomuna layiq görülən Qüdrət müəl-

lim Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar 

Birliyin üzvüdür. “Unuda bilməzsən məni”, “Səni ürəyimdə 

yaşadacağam”  şeirlər kitabının və “Azərbaycanın Milli Qəhrə-



 

 

333



manı B.Mansurov”  kitabının müəllifidir. O, bu günlərdə özü-

nün yeni şeirlər – “Xatirələr işığında” kitabını nəşr etdirib. Qə-

ləm dostumuz bu kitabda da öz yaradıcılıq  ənənələrinə sadiq 

qalıb. Vətən, torpaq, ana, doğma yurd-yuva təəssübü çəkə-çəkə

təbiətin  əsrarəngiz gözəlliklərini tərənnüm edir, öz poetik 

qənaətlərini böyük səxavətlə möhtərəm oxucularla paylaşır. 

Dörd övlad böyüdüb ərsəyə  gətirən,gözəl ailə başçısı, 62 

yaşlı şəhərimizin salnaməsini yaradan, “Sumqayıt” qəzetimizin 

böyük cəfakeşi-baş redaktoru Qüdrət müəllim bu gün çoxla-

rımıza örnək ola biləcək mənalı bir ömür yaşayır. Onun ömür 

yolu ağır və çətin olduğu qədər də şərəflidir. 

Çətin və  şərəfli bir yolun yolçusu olan, qələm dostumuz 

Qüdrət müəllimə Ulu Öndərimiz Heydər  Əliyevin müqəddəs 

ideyalarının təbliği işində, dövlət və dövlətçiliyimiz naminə 

möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq 

və deyirik: Bayramın mübarək, əziz dost! 

Ömrün uzun olsun, Qüdrət müəllim! 

 

**** 

 

 



 

 

334



TORPAQ ƏTRİ, BƏNÖVŞƏ QOXUSU 

Şair Güloğlan Dünyanı 

çoxdan tanıyıram. Bilirəm ki, 

ixtisasca kimyaçı olan bu sə-

nət adamı 1994-cü ilə  qədər 

Elmi Tədqiqat Layihə  İnstitu-

tunda işləyib... 

Öz sağlığında yaxşı tanınan 

və dövri mətbuatda müntəzəm 

olaraq  şeirləri ilə  çıxış edən 

mərhum  şairimiz Dünyamalı 

Məftunun ocağında dünyaya 

göz açan Güloğlanın bədii yazılarında da şair atasının ruhu 

açıqca hiss olunur. 

Ana Vətən, onun tükənmək bilməyən gözəllikləri, yurd 

həsrəti, türkçülük Güloğlan Dünyanın yazılarının əsas leytmati-

vidir desək, yanılmarıq. O, hər dəfə  mənimlə görüşəndə  təzə 

yazılarını oxuyur, fikirlərimi öyrənir, hətta bəzən saatlarla 

mübahisələrimiz olur. Dəqiq bildiyi və  qələmə aldığı poetik 

mövzuları, israrla müdafiə etməyə çalışır. “Öz bildiyini heç 

kəsə vermək istəmir”. Nə gizlədim bəzi bitki, ağac, gül-çiçək 

adlarını ilk dəfə onun dilindən eşitmişəm. Doğma ciyərparala-

rının adlarını  fəxrlə  çəkən, onların haqqında ürəklə danışan 

Güloğlanın az sayda çap olunan kitablarının adlarını ardıcıl 

deyə bilməməsinə təəsüflənmişəm də.... 

Yaxşıdır ki, o, görmədiyi, duymadığı mövzuları  qələmə 

almaqdan çəkinir. “Azadlığı millətin səadəti hesab edən” şairin 

torpaqla, kəndlə bağlı yazıları maraq doğurur. 

 

Həsəd aparmışam ulasa, vənə 

Kaş mən də dönəydim toxuma, dənə. 

 



 

 

335



Batıb torpağına, tozuna yenə, 

Yurdun bir küncündə bitsəm, nə dərdim?! 

 

Bu sətirlər sevimli şairimiz Məmməd Arazın  “Vətən mənə 



oğul desə  nə  dərdim, mamır olub qayasında bitərdim” məşhur 

misralarını xatırlatsa da, xoş təsir bağışlayır. 

Güloğlan Dünya Azərbaycan poeziyasının milli ənənələrinə, 

xüsusən də ozan sənətinin uzaq keçmişlərdən üzü bəri qanad-

lanan qaynaqlarına bağlı olan bir söz adamıdır. Bəzən düşünür-

sən ki, köhnə  şeir formalarına müasir fikirləri sığışdırıb təzə 

məna ifadə etmək müşkül işdir. Bu, doğurdan da belədir. Lakin 

Güloğlan Dünya ənənəvi  şeir formalarında da təzə fikir ifadə 

etməyə çalışır. 

 

Düz əmələ verilər haqq, 



Xalqı birləşdirər bayraq. 

Əl, ələ olarsa dayaq 

Əlin ələ nə ziyanı,?!  

Və yaxud: 



 

Tale bizi edibdir tən, 

Sən torpaqsan, mən isə dən. 

Qoy küncündə gül açım mən, 

Vermə əldən ələ məni. 

 

Qoynunda yer seçə bilsəm, 

Yeri əkib-biçə bilsəm, 

Xəlbirindən keçə bilsəm

Ələyində  ələ məni. 

 

Biz, baharın ilk müjdəçilərindən ana təbiətin yaraşıqlı  qızı, 

məsumluq və zəriflik rəmzi olan bənövşə haqqında çoxlu sayda 

şeirlər oxumuşuq. Aşıq Qurbanının “Ayrılıqmı  çəkib boynu 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə