Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə62/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   58   59   60   61   62   63   64   65   ...   88

 

 

321



idealarına sadiqlik prinsipləri Hacı Cəfəri 

namuslu bir vətəndaş, qayğıkeş insan, ka-

mil Hacı kimi gözümüzün qarşısında 

canlandırır. El arasında yaxşı deyirlər ki, 

xeyirxah insanlar Allahın yer üzündəki 

kölgəsidir. 

Cəfər həkimi öz xalqına sevdirən 

xüsusiyyətlər çoxdur. Ən başlıcası isə o, 

öz nəfsini özünə qul etməyi bacarır. Kin, 

küdurət, nifrət, paxıllıq, xainlik, həsəd, 

qəzəb və qiybət deyilən şeylər Hacı Cəfərdən çox-çox uzaqdır. 

Dostluqdan söhbət düşəndə onun adını xüsusi ilə vurğulamaq 

lazımdır. Xalqımızın böyük şairi Məmməd Arazla onun arasın-

da olan dostluq münasibətləri hamımızın gözləri qarşısındadır. 

Vaxt gələcək ki, bu təmənnasız dostluqdan bəhs edən bədii 

əsərlər yaranacaqdır. 

Cavanlıq illərimizin  ən coşğun və qaynar çağları Hacı 

Cəfər həkimin öz əli ilə salıb-becərdiyi bağındakı üzüm çardaq-

larının altında  keçib.  

Məmməd Arazın adını daşıyan üzümün kölgəsi günortalar, 

axşam üstləri bizim düşərgəmiz olardı. Hətta, bəzən 15-20 nəfər 

o çardaqların altında dincələrdik.  Ələlxüsus da görüşlərdən, 

ədəbi-bədii gecələrdən, kitab müzakirələrindən sonra məkanı-

mız Cəfər həkimin bağı olardı. Sanki şeirsevərlər, Məmməd 

Araz poeziyasının vurğunları dost bağına yığışmaqdan xüsusi 

zövq alardılar. Söhrab Tahir, Zəlimxan Yaqub, Sabir 

Rüstəmxanlı, Məmməd  İsmayıl, Məmməd Aslan, Əjdər 

Xanbabayev,  İbrahim Bozyel və başqaları... Hərdən mənə elə 

gəlirdi ki, o taylı bu  taylı, cənublu- şimallı, qərbli -şərqli bütün 

Azərbaycan yığılardı  Cəfər həkimin öz əli ilə  əkib becərdiyi

yüksək zövq ilə, səliqə-səhmanla yaratdığı üzüm çardaqlarının 

altına. Maraqlısı da o idi ki, bu qədər qonaq-qaradan nə həkimin 




 

 

322



övladları, nə  də  ləyaqətli Ləyaqət xanımı  zərrə  qədər də 

inciməzdi.. 

Təəssüflə qeyd etmək istərdim ki, bütün insanlara ürəyində 

sonsuz məhəbbət bəsləyən, hamını sevən, təmənnasız, xahişsiz, 

minnətsiz xəstələrin qulluğunda dayanan, heç kəsdən kömək 

əlini əsirgəməyən bu nəcib insanı sevməyənlər də tapılardı: 



 

Bir sakit, mehriban dalğasız dəniz, 

Gün kimi ləkəsiz, ay kimi təmiz, 

Ona dost da əziz, düşmən də əziz, 

Sənin bu ürəyin qorxudur məni. 

 

Loğman!-Bağlanmısan bu ülvi ada, 

Arxasan, dayaqsan yaxına,yada. 

Ayağından çəkən adamlara da  

Qardaşım deməyin qorxudur məni. 

 

Həkimsən, heç kəsə yoxdur nifrətin

Xəstəyə dərmandır sözün, söhbətin. 

Hamıya hörmətin qayğın, şəfqətin, 

Hamıya köməyin qorxudur məni. 

 

Bəli, hamının yaxşı tanıdığı insan,böyük ümidlərlə üz tut-

duğu loğman haqqında danışmaq o qədər də asan deyil. Cəfər 

elə bir şəxsdir ki, onun barəsində hamı danışa bilər. Belə insan-

lar haqqında təzə söz demək, yeni fikir söyləmək xeyli çətindir. 

Kimya kombinatının fəhləsi E.Quliyev deyir: Şiddətli mədə 

ağrıları məni əldən salmışdı, sağalmağıma zərrə qədər də ümi-

dim yox idi. Xəstəxanaya gətiriləndə  həyatdan xəbərsiz idim. 

Huşumu itirmişdim. Bu işıqlı  həyatı  mənə gözəl insan, əsl 

loğman Cəfər Quliyev yenidən bəxş etdi... 

Şair İbrahim  İlyaslı: Etiraf edim ki, Cəfər  əmi mənim üçün 

millətə, insanlığa, təbiətə, sözə doğmalığıyla  daha maraqlı 




 

 

323



adamdır, nəinki fərdi ünsiyyətə görə. Haqqında qələmə alınmış 

publisist yazılarda, ona ünvalanmış şeirlərdə Cəfər əmini xeyir-

xah insan, təmənnasız təbib, millətpərvər mücahid, yurdsevər 

vətəndaş, əsl ziyalı, mötəbər ağsaqqal olmağından çox yazılıb. 

Və  təbii ki, bunların hamısı gün kimi aydın bir həqiqətdir.  İş 

otağının divarlarına göz gəzdirən istənilən arif adam sorğu-

sualsız onun kim olduğunu anındaca müəyyən edə bilər. O 

divarlardakı görüntülər Cəfər əminin mənəvi dünyasının paklı-

ğından, cəmiyyətdəki mövqeyinin dürüstlüyündən, təfəkkürü-

nün bəşəriliyindən, millət sevgisində  səmimiliyindən, islamı 

dəyərlərə sonsuz məhəbbətindən, bir sözlə, allah bəndəsi olaraq 

halallıqdan və özünüdərkdən xəbər verir....  

N.Hüseynova: (evdar qadın)- Çox ağır vəziyyətdə  Cəfər 

həkimin yanına gətirilmişəm. Deyilənlərə görə qaranlıq dün-

yadan bu işıqlı aləmə mənim yenidən qayıtmağım onun sehrli- 

möcüzəli cərrah bıçağı sayəsində mümkün  olub. Ona görə  də 

yerdə qalan ömrümü məni təzədən övladlarıma və  nəvələrimə 

qaytaran Hacı Cəfər həkimə borcluyam..... 

Belə rəyləri istənilən qədər artırmaq olar. Məncə Hacı Cəfər 

Quliyevin kimliyini, şəxsiyyətini dərindən öyrənmək üçün 

zəngin tərcümeyi-halına nəzər salmaq gərəkdir. 

Ömrünü  işıqlı  əməllər, döşünü “Şöhrət” ordeni bəzəyən

nəfsini özünə qul etməyi bacaran, bütün mükafatlara, təltiflərə, 

ödüllərə layiq olan bu nəcib loğmanın 80 yaşı tamam olur. 

Milyonlarla insanın sevimlisinə çevrilən Hacı Cəfər həkimi 80 

illik yubileyi münasibəti ilə  səmimi qəlbdən təbrik edir, ona 

möhkəm cansağlığı  və yeni-yeni uğurlar arzulayıram. Xalqı-

mızın böyük və müdrik şairi Məmməd Arazın təbirincə üzümü 

Cəfərsevərlərə tutub deyirəm: “Onu qoymayın təklənə!” 

 

 

 



 

 

324



Elə ki təklənir, təklənir insan 

Dərdi batman-batman yüklənir insan. 

Deyirlər səksəndə səksənir insan, 

Səksəndən o yana qorxusu yoxdur. 

 

Yoxuşun sərtliyi dizi qorxudur, 

Baxışın sərtliyi gözü qorxudur. 

Doxsana yetməyin özü qorxudu, 

Yüzdən o tərəfə qorxusu yoxdur. 

 

Hər gün əsəb, təzyiq, qan qorxusudur, 

Ürək ağrısıdır, can qorxusudur. 

Bizik bu dünyanın ən qorxulusu, 

Bizdən o tərəfə qorxusu yoxdur.    

 

*** 

 

 

 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə