Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə60/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   56   57   58   59   60   61   62   63   ...   88

 

 

313



TORPAQ ƏTİRLİ ŞEİRLƏR 

 

İnsanın mənəvi aləmini, ürək çırpıntılarını, vətən torpağının 

həmişəbahar gözəlliklərini, doğma yurd-yuvaya, el-obaya, bağ-

lılıq hisslərini, sabahın qurub-yaradanları olacaq uşaqların köv-

rək və maraq dolu dünyalarını vəsf etmək şair Rafiq Yusifoğlu-

nun yaradıcılığının əsas məziyyətlərini təşkil edir. 

“Gənclik” nəşriyyatı bu yaxınlarda həmyerlimizin ilk şeirlər 

kitabını oxuculara təqdim etmişdir. Həmin kitaba Rafiq 

Yusifoğlunun yüzdən çox şeiri daxil edilmişdir və bu şeirlərinin 

böyük  əksəriyyəti  əsasən kiçikyaşlı  məktəblilər üçün nəzərdə 

tutulmuşdur. 

Səbəbsiz deyildir ki, şair özünün ilk kitabını “Yurdum-

yuvam” adlandırmışdır. O, öz kiçik dostlarına bitib tükənməyən 

vətən torpağının könül açan mənzərələrindən, qurub-yaradan 

əmək adamlarının əlləri ilə pərvəriş tapan möcüzələrdən, uşaq-

ların arzu və düşüncələrindən, maraq dolu dünyalarından bir 

şair səmimiyyəti ilə söhbət açıb və sanki kiçik oxucu dostlarının 

əllərindən yapışıb, onları ülvi, saf, sehrli 

gözəlliklərə tamaşa etməyə aparır. Göy 

Gölü, Maral Gölü, Hacıkəndi, Xocam-

saxlını, Ceyranbatanı qarış-qarış  gəz-

dirir, bayatılarımızdan, laylalarımız-

dan, nağıllarımızdan gələn rəvan, ay-

dın və  səlis bir dildə onlarla söhbət 

edir. “Zəhmətiylə çiçəklərin  ətrini bal 

eləyən” arıların işindən , “Qayçısı əlin-

də  cərrah bıçağına bənzəyən” bağban 

əməyindən, biçinçi zəhmətindən, işıq-

çıların işıqlı  əməllərindən və qayğıla-

rından ürək dolusu danışır. 

Kitabın “Dil açanda balalar, kəlmələri bal olar”və “Bənövşə, 

bəndə düşə” bölmələrində bu hisslər daha da konkretləşir, 




 

 

314



büllurlaşır, poetik detallar vasitəsi ilə  uşaq təbəssümünə çev-

rilir.... 



 

Pərdəmizin üstü güllü

İstəyir ki, bizim Güllü 

Əl uzadıb dərsin gülü. 

Boşa çıxıb toppuş əli 

Pərdə çəmən üstündəki 

Elə bildi güldü Güllü. 

Gördü onu dərmək olmur, 

Öz-özünə güldü Güllü. 

 

Bu  şeirdə “gül” və Güllü” sözünün tez-tez təkrar olunması 



və  hər dəfə  də ayrı-ayrı  mənalarda işlənməsi  şeirə xüsusi 

gözəllik, qüvvət verməklə yanaşı, uşaqlarda sözlərimizin məna 

çalarları, çoxmənalılığı haqqında da təsəvvür yaradır. Yaxud: 

 

Barmağımı kəsmişəm, 



Ağrısına dözmüşəm. 

Tez ol sarı, anacan 

Niyə ufuldayırsan? 

Mənim yaram ağrıyır, 

Sənin haran ağrıyır

 

Göründüyü kimi, şair uşaq psixologiyasını çox gözəl bilir və 



ümumi sözçülükdən qaçıb konkret hadisələrə keçəndə öz istədi-

yinə daha yaxşı nail olur. 

Şairin “Bizim komanda”, “Qapıda kim duracaq”, “Canlı 

təsbeh”, “Bir kök xoruz yemişəm”, “Yıxılmadım ha”, “Gəzmək 

məni  gözləyir”. “Ağacda sərçə”, “Qazların dənizi”, “Canlı 

ütü”, “Bir küləkli havada” və bir çox başqa şeirlərində də uşaq 

psixologiyası, uşaq düşüncə tərzi sənətkarlıqla verilmişdir.  



 

 

315



Şairin ilk kitabı bütövlükdə xoş  təsir bağışlayır. Kiçicik bir 

yazıda “Yurdum-yuvam” kitabının tam təhlilini vermək imkan 

xaricindədir. Biz inanırıq ki, Rafiq Yusifoğlunun torpaq ətirli, 

uşaq təbəssümlü bu kitabı kiçik yaşlı  məktəblilərin böyük 

sevincinə səbəb olacaqdır. 

 

KÖVRƏK DUYĞULAR, SAF MƏHƏBBƏT ŞAİRİ 

 

Ömrünün beşinci onilliyinin son pilləsinə  qədəm qoyan, 

ədəbi içtimaiyyətdə bir şair, alim, şəxsiyyət kimi çoxdan tanın-

an, tanrının bəxş etdiyi ömrün otuz ildən çoxunu poeziyaya və 

elmi-pedaqoji axtarışlara sərf edən Rafiq Yusifoğlu oxunduqca 

sevilən və sevildikcə oxunan maraqlı  şairlərimizdəndir. Onun 

indiyədək müxtəlif nəşriyyatlar tərəfindən səkkiz kitabı  nəşr 

olunmuş  və geniş oxucu kütləsinin böyük marağına səbəb 

olmuşdur. 

“Qəm karvanı” poeması söz dünyasının  əlçatmaz zirvəsinə 

ucalan, kərpic kimi sadə görünən, sözlərdən möhtəşəm sənət 

abidələri yapan, ilahi bir məhəbbətlə sevən və sevilən böyük 

Füzuliyə həsr olunmuşdur. Füzuli yaradıcılığına dərindən bələd 

olmadan belə bir poema yazmaq mümkünsüz işdir. 

Füzuli dünyasına düşmək nə  qədər çətindirsə, ondan ayrıl-

maq, cazibəsindən çıxmaq daha da müşküldür. Rafiq Yusifoğlu 

demişkən, Füzuli dünyası elə bir ümmandır ki, hər dəfə ona baş 

vuranda yeni-yeni incilər tapırsan: 

 

Özüm də bimirəm, axı nə sirdir. 

İncə kəlamının dadı azalmır, 

Bir şair ürəyi neçə əsrdir 

Yanır inci-inci, odu azalmır. 

 

Məndən sevgilimin üzü dönəndə 

Sənin dilin ilə danışdırmışam. 



 

 

316



Bəzən ürəyimin odu sönəndə 

Şeirinin oduna alışdırmışam. 

 

Əgər poemada bu cür ricətlər, Rafiq Yusifoğlunun öz poetik 



qənaətləri olmasaydı, “Qəm karvanı” poemasını iqtibas da adlan-

dırmaq olardı. Bizcə, bu poemanın Füzulini başa düşməkdə, onun 

sətiraltı  mənalarda gizlənən fikirlərini  şərh etməkdə  əvəzsiz 

əhəmiyyəti vardır.  Məsələn, M.Füzulinin belə bir beyti var: 



 

Dedi ol yar səhər vəqti gəlim, leyk nə sud, 

Vəqt məlum deyil, şam ilə birdir səhərim

 

Gəlin indi də həmin poetik fikrin Rafiqin şeirində necə ifadə 



olunmasına diqqət yetirək: 

 

Yarpağa dönübdür titrəyən əlim



Eşqin havasıyla gör əsir necə?! 

Yar deyib yanına səhərlər gəlim, 

Bilmirmi mənimçün nə gündüz, gecə? 

 

Və yaxud: 



 

Ah çəkdim, ürəyim yarpağa döndü, 

Demə, bu xəzəlin yiyəsi yoxmuş. 

Kölgənin xətrinə torpağa döndüm, 

Büllur qamətinin kölgəsi yoxmuş... 

 

Rafiq Yusifoğlu dilimizin incəliklərinə dərindən bələd olan, 

folklorumuzu və yazılı ədəbiyyatımızı, eləcə də dünya ədəbiy-

yatının incilərini yaxşı bilən sənətkarlarımızdandır. Onun şeirlə-

rindəki poetik fikir elmi əsaslara, məntiqə  və  həyat həqiqətlə-

rinə söykənir. Elə buna görə də şairin poetik deyimləri, obrazl-

arı, fəlsəfi qənaətləri oxucunu öz ardınca apara bilir: 

 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə