Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə61/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   57   58   59   60   61   62   63   64   ...   88

 

 

317



Xəzan ömrümüzdə ilk bahar oldun

Hacehin sözünü dinləmərik biz. 

Qəm çəkmək işində bizə yar oldun, 

Nə qədər dərd olsa, incimərik biz. 

 

Babam, yetməsən də nazlı yara sən, 

Sevən ürəklərə nur ələmisən. 

Qoşun çəkməsən də bir diyara sən 

Dünyanı sözünlə fəth eləmisən. 

 

Sağ ol, bəxtiyaram şeirin, sözünlə, 

Hər misran qəlbimi nura bələdi. 

Tale gözəlləri sənin gözünlə 

Görməyi mənə də qismət elədi.. 

 

Rafiq Yusifoğlunu oxucuya sevdirən cəhətlərdən biri də 



onun səmimiliyi,  şeirə, sənətə olan tələbkarlığı, fikrinin, sözü-

nün özünəməxsuzluğu və ifadə vasitələrinin, xüsusən də  şeirə 

gözəllik və  bədiilik gətirən poetik deyimlərin yerli-yerində ol-

ması, misralar arasındakı məntiqi əlaqələrin və poetik yüklərin 

bir-birini tamamlamasındadır: 

 

Gözlərin bulaq tək durudur,duru, 



Ürəyim saçında kəməndə düşüb. 

Qəlbimə sənətin ecazkar nuru 

Bəlkə sən dünyaya gələndə düşüb? 

 

Rafiq Yusifoğlu saf, təmiz, bülllur hisslərlə yaşayır. Allahın 

ona bəxş etdiyi ilham çeşməsindən hamıya pay verə-verə ömür 

sürməyi, hamını şad, firəvan görməyi arzulayır. Cəmiyyətdə bu 

gözəl arzuların qarşısına sədd çəkənləri, xalqı, ölkəni cəhalətə 

sürükləyənləri görəndə sakit dayana bilmir. Mizan-tərəzinin 

pozulması onu hövsələdən çıxardır: 

 

 




 

 

318



Bu da bir yarışdı düşüb bəhsəbəhs, 

Ey xalqım, sən dostu, düşməni tanı. 

Bu gün “Şirvan” verib imza alan kəs, 

Sabah sata bilər Azərbaycanı

 

Qoymayın düşməni bizə gülməyə, 



Nadanlar millətə qəbir qazacaq. 

Adını, sözünü yaza bilməyən 

Xalqın taleyini necə yazacaq? 

 

Kövrək duyğular, saf, təmiz sevgi-məhəbbət  şairimiz Rafiq 

Yusifoğlunun da ata ocağı düşmən tapdağında inləyir. Ölkəmiz-

də nadanların, burnunun ucundan uzağı görə bilməyən, əqidəsi-

məsləki “kimdən alım, necə alım?” olan, yaltaq, xudpəsənd, an-

caq öz qarnı haqqında fikirləşən vətən xainlərinin günahı ucba-

tından yağılara yurd-yuva olan vətənimizin ağrı-acıları bir xən-

cər kimi sancılır şairin ürəyinə: 

 

Ciyərimdə qövr edir kəkotunun qoxusu, 

Dərd oynayır gözümdə alovlu şimşək kimi. 

Bu dağları, düzləri itirməyin qorxusu 

Ürəyimin başında böyüyür xərcəng kimi. 

 

Böyük rus tənqidçisi Belinskinin belə bir kəlamı var: “Mən 



həyatı poeziyadakı kimi görmək istərdim”. 

Gün o gün olsun ki, şair dostum Rafiq Yusifoğlunun ürəyin-

də böyüyən vətən ağrıları böyük sevinclərlə əvəz olunsun və o 

bizi həyata, yaşamağa çağıran yeni-yeni əsərlərlə sevindirsin... 

Şair özü demişkən: 

 

Toxum cücərdənlər çoxdu dünyada, 



Mənə daş göyərdən ürək gərəkdi... 

 

*** 


 

 

319



ONU QOYMAYIN TƏKLƏNƏ 

Ömrümün ixtiyar çagında, ayaqlarımın az qala bir birinə 

dolaşan, əllərimin titrəməyə meyli artan, qulaqlarımın eşitmək, 

gözlərimin görmək səadətindən uzaqlaşmağı, əvvəlini düşünüb 

axırını gətirə bilmədiyim fikirlərimin pərakəndə vaxtlarında ən 

ağır dərdlərimin məlhəmi, zülmət gecələrimi dan ulduzu kimi 

nurlandıran və ən çətin anlarımda yanımda olan dost haqqında 

yazı yazmaq, rəy paylaşmaq necə  də  çətin və  məsuliyyətli bir 

işdir!... 

Məni dost yanında xəcalət etmə,ilahi!... 

 

“Ey ilham pərisi, varsansa əgər 

Bu axşam üstümə qanadını gər!....” 

 

Hərdən mənə elə  gəlir ki, fani dediyimiz bu dünya böyük 

yaradanın ilhamlı çağlarında yazdığı ən mükəmməl şeiridir. Ən 

böyük şair isə elə ulu tanrı özüdür. Onun yazdığı “Dünya” adlı 

şeirdə  təkrarçılığa yol verilməyib. Ağaclar, yarpaqlar, quşlar, 

daşlar, illər, fəsillər, çaylar, dənizlər, insanlar, hətta insan 

barmaqlarının izləri də biri digərinin təkrarı deyil. Bir-birinin 

bənzərini, oxşarını tapmaq mümkün olsa da, bir-birinin eyni, 

təkrarı olan heç nə yoxdur: 

 

Bir yerdə dayanıb durarmı zaman, 



Təkrarı olarmı bu şən günlərin. 

Ömür ağacının budaqlarından 

Gündə bir yarpağı düşən günlərin. 

 

Haçansa oxumuşam: adını unutduğum bir rəssam 10 il göy-

dən yağan qar dənəciklərinin  şəklini çəkib və o da bu qənaətə 

gəlib ki, qar dənəcikləri də bir-birinin təkrarı deyil. Əgər 




 

 

320



belədirsə deməli haqqında yazmaq istədiyim Hacı  Cəfər həki-

min də təkrarı heç vaxt yaranmayacaq.... 

Onda vay Hacı Cəfər kimi təmmənnasız həkimləri, xeyriyyə-

çi insanları, müdrik ağsaqqalları olmayan dünyaların halına!.... 

Mən Hacı  Cəfər Quliyevlə  qırx ildən çoxdur ki, dostluq 

edirəm. Hələ onun qədər narahat insan görməmişəm. Hacı 

Cəfər hər yerdədir: dost məclislərində, hüzr yerlərində, görüş-

lərdə, yubiley tədbirlərində, müzakirə axşamlarında, cərrahiyyə 

otağında, yaradıcılıq masasının arxasında..... 

Bəzən fikirləşirəm ki, ayə, qardaşım bu qədər qayğıların 

öhdəsindən necə gəlir? Hələ üstəlik tədqiqat işləri ilə də məşğul 

olur. 


Azərbaycanımızın bənzərsiz  şairi,  şeirləri dillər  əzbəri olan 

Məmməd Araz haqqında iki sanballı kitab: “Haqqın var, 

Məmməd Araz, haqqın var yaşamağa”, “Bu da belə bir 

ömürdü”, akademik Rəhim Rəhimovun həyat və fəaliyyətindən 

bəhs edən “Ordubaddan doğan günəş”, Sumqayıt səhiyyəsinin 

qurucularından biri olan və ömrü boyu həmin sahədə fədakarca-

sına çalışan, işıqlı bir insan, duyğusal bir həkim kimi xatirələri-

mizdən boylanan İzzət Sadıqovdan bəhs edən “Burdan bir 

loğman köçdü”, nəhayət uzun illərin müşahidələri və araşdır-

maları  nəticəsində ərsəyə  gələn “Tüstü də var, ocaq söndürür” 

kitablarını göstərmək olar. Hər kitabın özünəməxsus özəllikləri 

və səciyyəvi cəhətləri barədə mütəmadi olaraq mətbuat səhifələ-

rində yazılar dərc olunduğundan bunlar haqqında  ətraflı söz 

açmağa lüzum görmədim.. 

Hansı rakusdan, hansı aspektdən, hansı yöndən baxırsansa, 

Hacı Cəfər həkimin böyüklüyü, təkrarsızlığı gözlərimizin qarşı-

sında canlanır.  İnsanın dəyəri,  əsl qiyməti onun xalq qarşısın-

dakı əməlləri ilə ölçülür, öz elinə, obasına təmənnasız xidməti, 

göz qabağında olan, saymaqla bitib-tükənməyən xeyirxahlıqları, 

həmişə insanların çətin günlərində simurq quşu kimi onların 

dadına çatan xoş  məramlı  əməlləri, vətənpərvərlik, dövlətçilik 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə