Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə57/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   53   54   55   56   57   58   59   60   ...   88

 

 

301



Bəli dünyada belə insanlar vardı.  İndi bunlar insana yuxu 

kimi gəlir.. Bu insanlar sanki yer üzünə yaxşılıq toxumu səp-

məyə gəlmişdilər. Təmənnasız, filansız... 

Hərdən “Ay Zəbi müəllim, bütün bu yaxşılıqların  əvəzini 

necə  çıxacağam” deyirdim, “bir pislik edərsən,  əvəzi çıxar”-

deyə cavab verirdi. Heç bir elmi rütbəsi olmayan alim idi Zəbi 

müəllim. Heç bir yaradıcılıq birliyinin üzvü olmayan şair, filo-

sof, istənilən mövzuda mühazirə oxuya bilən politoloq, dərin 

biliyə, savada, böyük zəkaya,  əhatəli mühakiməyə malik olan 

siyası icmalçı, tənqidçi, ilahiyyatçı idi Zəbi müəllim. Mənim ilk 

kitablarım haqqında da ilk xoş sözləri, tənqidi fikirləri o 

demişdi... 

Alimlər onun yanında danışmaqdan çəkinər, filosoflar ədəb-

ərkan gözləyər, Əli Kərim demişkən “şairlər unudub şairliyini, 

bir oxucu kimi ona baxardı”lar.. 

Hətta el arasında danışırlar ki, işi məhkəmədə olan hər kəs 

Zəbi müəllimi özünə  vəkil götürə bilsə, məhkəmədə asanlıqla 

bəraət qazanar.. 

Təpədən dırnağadək yaxşılıq, xeyirxahlıq mücəssəməsi olan 

gözəl dostumuz təmənnasız, məğrur, qürurlu, hətta, ehtiyaca da, 

ölümə də baş əyməyən böyük bir inasanı itirdik. 

Yaxınlarına, dostlarına, boynumu qucaqlayıb hönkür-hönkür 

ağlayaraq, “atasız qaldıq ay qardaş” deyən Olqa xanıma baş-

sağlığı verməyə də çətinlik çəkirəm. Çünki, bu itki hamımızın-

dır, bütün şəhərimizin, elimizin-obamızın itkisidr... 

Kaş  sənin xeyirxahlıq suyu ilə suvardığın güllər qönçələ-

neydi, Zəbi müəllim. 

Allah sənə  qəni-qəni rəhmət eləsin, qəbrin nurla dolsun, ey 

ürəyi nur çeşməsi, ömrü işıq şəlaləsi olan böyük insan, unudul-

maz dost! 



 

 

 


 

 

302



HACI AĞƏDDİN MANSURZADƏNİN SON SÖZLƏRİ... 

 

Özünəməxsus zarafatları, gülüşləri, hətta, üzr istəyirəm, 



söyüşləri vardı Ağəddin Mansurzadənin. Telefonda uşaqlarımla 

zarafat etməkdən xüsusi zövq alar, çox vaxt onlarla da söyüşlə 

danışırdı. Bir gün küçədə oğlum Şahin Ağəddin Mansurzadə ilə 

rastlaşır: 

-Salam, əmi,-deyərək əl tutub görüşür. 

O isə: 


-Mən səni tanımadım, sən kimsən?-deyə oğlumdan xəbər alır. 

-Telefonda söyə bilirsiz, ancaq görəndə tanımırsız, eləmi? 

Əşrəf Veysəllinin oğluyam,-deyən  Şahini qucaqlayıb öpür və 

bir yağlı söyüşlə yağlayır... 

Hacı  Ağəddin ailəcanlı, dostcanlı insan idi. Qapısı  və süfrəsi 

həmişə dost üzünə açıq idi. Bir az gec görüşəndə: 

-Axşam Feyzini də götür gəl bizə, hərənizə bir köynək verə-

cəm,-deyərdi. 

60 illiyinə zarafatyana bir şer yazmışdım: 

 

Dağ çayı tək düzənlərdə durular, 



Vətən adlı bir anaya vurular. 

Dostlarının yollarında yorular, 

Nəvələrlə dincəlməyə başlayar. 

 

Ən çox işlətdiyi söz həm müsbət, həm də  mənfi mənada 



“əclaf”sözü idi. O, bu sözü o qədər gözəl və duyğulu tələffüz 

edərdi ki, hər mənada adama ləzzət verərdi. Aramızda bir bala-

ca inciklik olmuşdu. Atamın kənddə  rəhmətə getdiyini ona 

bildirməmişdim. Dəfn mərasimində  mənimlə yanaşı  cənazəyə 

girən, gözü yaşlı dostlarımdan biri də  Ağəddin oldu. Haradan 

bilmişdi, kim demişdi, heç xəbər də almadım. 




 

 

303



Bəlkə barışmazdıq bir də heç vədə

Gəlib gözü yaşlı yanımda durdu., 

Atama qurbanam, ölümüylə də 

Küsülü dostları barışdırırdı. 

 

Çoxlu sayda şeir  bilirdi. Bəxtiyar Vahabzadə,Hüseyn Arif, 



Məmməd Araz, Zülfüqar Qodmanlı, Nurəddin Mənsur, Ayaz 

Vəfalı, Mixail Svetlov, Pavel Antakolski, Yevgeni Yevtuşenko, 

mənim və başqa şairlərin şeirlərindən saatlarla nümunələr söy-

lərdi. Bir dəfə hüzn mərasimlərinin birində dostlarımdan kimsə 

“Ay Əşrəf, bu Hacı sənin şeirlərini əzbər bilir”-dedi. 

-Cavanlıqda dost olmuşuq,-deyə cavab verdim. 

-Onda siz cavanlığınızı itirmisiniz ki! 

-Cavanlığımı, gəncliyimi itirsəm də, qocalığımı qazanmışam. 

Çünki, biz yenə də dostuq,-deyərək cavab verdim. 

Gözləri və ürəyi ağrıya-ağrıya 20-dən çox kitab yazdı. Əsər-

ləri ilə həm də yazıçı olduğunu dəfələrlə isbat etsə də, heç vaxt 

“mən yazıçıyam”-deməzdi.  İki dəfə  Həcc ziyarətində olmuş, 

Şeyxülislam Hacı Allahşükür Paşazadə, görkəmli jurnalist və 

pedaqoq Nəsir  İmanquliyev haqqında dəyərli  əsərlər yazan 

qardaşımın bir kitabı da “Cənnətdə görüşənədək” adlanır: 

 

Ömrümüzün şamları əriyir yavaş-yavaş, 



Gün batdıqca kölgətək dağlardan aşmaq gərək. 

Yaman çətinə saldın mənim işimi, qardaş,- 

Səni görməkdən ötrü cənnətə düşmək gərək. 

 

Xəzəri çox sevdiyindən hər səhər mavi sularına baş vurardı, 

ondan ayrılmaq istəməzdi. Bəlkə elə buna görə,  əbədi yatanda 

da Xəzərin sahilində uyudu. Bir az acıdil olsa da, təbiətcə çox 

kövrək idi. Rəhmətlik qardaşı Zülfüqar Qodmanlını itirəndə 

zülüm-zülüm ağladığı hələ də gözlərimiz önündədir.... 




 

 

304



Dəyərli dostumuz Feyzi Mustafayevi itirəndə  Ağəddin 

Mansurzadə heç vaxt məni tək qoymadı.. Unudulmaz qələm 

dostlarımız Fərman Kərimzadə, Feyzi Mustafayev, Səyavuş 

Sərxanlı, Nüsrət Kəsəmənli,  İsa  İsmayılzadə,  Əhəd Muxtar, 

Vaqif  İbrahim, Ağacavad  Əlizadə, Eldar Baxış, Davud Nəsib, 

Kamran Veysəlli və kimlər-kimlər yadıma düşdükcə  xəzan 

vaxtı budaqlarda tək-tük  qalan yarpaqlar kimi titrəyirəm: 

 

Alışıram, qovruluram hər gecə, 

Uzandığım yorğan-döşək odlanır. 

Bu dünyada qalan ömrüm beləcə, 

Cavan ölən dostlarımdan utanır. 

 

Hacı Ağəddin Mansurzadə son vaxtlar Azərbaycan Yazıçılar 



Birliyinin (AYB) Sumqayıt  şöbəsində yaradılmış  məsləhət 

məclisinin üzvü idi. AYB-nin qərarı ilə məsləhət məclisinə mən 

rəhbər təyin edilmişdim. Bir gün mənə dedilər ki, Ağəddin 

Mansurzadə AYB Sumqayıt şöbəsinin illik iş planını imzalamır. 

Zəng çaldım. Bir az söhbətdən sonra hətta öz imzasını da mənə 

etibar etdiyini bildirdi. Xəstəxanada yatanda şair Sabir Sarvanla 

ona baş çəkməyə getdik.. 

-Əşrəf, daha bu həna o hənadan deyil,-

dedi. Sonra Sabir Sarvana üzünü tutub: 

-Gedin mehriban olun, bir-birimizin 

qədrini bilin. Fikrət Qoca demişkən: 

“Şairlər hamısı bir ananın övladları-

dır”. Unutmayın ki, vdünyanın axırı 

belədir. 

Sən demə bütün bunlar şaqraq gülüş-

lərindən, incə zarafatlarından, hamımızla 

ərkyana rəftarından heç vaxt doymadı-

ğımız qələm dostumuz Hacı  Ağəddin 

Mansurzadənin son sözləri imiş......... 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə