Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə54/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   50   51   52   53   54   55   56   57   ...   88

 

 

289



Dörd tərəfdən dağlarla əhatə olunmuş Ostayır kəndi də görün-

məz oldu. Sanki təbiət bizə imkan yaradırmış ki, səni öz evinə 

çatdıraq.... 

28 martda, gündüz saat 1 rədələrində  səni öz doğmalarının 

yanında torpağa tapşırdıq.... Kəndin mömin adamları, qohum-

lar, dostlar, qonşular səninlə vidalaşmağa gəlmişdilər. Hələlik 

sonuncu sayılan “İki dostum bir ürəyi”kitabındakı sözün 

yadıma düşdü: “Əşrəf Şəfiyev ən yaxşı sözünü mənim qəbrimin 

üstə deyəcək”. Hər yerdə, hər məclisdə söz deməyi bacaran

danışmağa çətinlik çəkməyən dostun sənin məzarın üstə danışa 

bilmədi. Gözlərimi sənsiz kədərin toru bağladı. Dodaqlarım 

titrədi. Bir tərəfə  çəkilib üzümü sənin sevdiyin və  səni sevən 

dağlara tutdum, ağladım, ağladım... Qəbrin üstə  iş yoldaşın, 

qələm dostumuz İldırım Dəmirov çıxış etdi. Deyilənə görə 

yaxşı danışıb və sonda deyib ki: “Sən həmişəlik səni sevənlərin 

ürəyinə köçürsən...” 

Ayın 28-də Sumqayıta qayıtdıq. Biz gələn günün axşamı 

dağlara möhkəm qar yağıb dedilər. 30 martda Sumqayıtda sənə 

“üç-yeddi” verirdik, qardaşım.. Respublikamızın və şəhərimizin 

bir çox tanınmış ziyalıları, iş yoldaşların, Əlimirzənin, Emilin, 

Ramilin dostları  gəlmişdilər... Kaş Hacı  Cəfərin, Hacı 

Təvəkgülün, Hacı  Ağəddinin, Mustafa Salahovun, Zümrüd 

xanımın necə kövrəlib ağladıqlarını görəydin.  Əllərimizdə 

nekroloqun yazılan qəzetlər olsa da, qələm dostumuz Sabir 

Sarvanın ürək ağrısı ilə yazdığı  şeiri ağlaya-ağlaya oxusaq da, 

inanmırdım ki, bir daha səni görməyəcəyəm....  İnanmırdım ki, 

barmaqlarının telefonumu titrədən sızıltısını bir daha eşitməyə-

cəyəm.. İnanmırdım ki, bir daha ərkyana “bacı” dediyin ömür-

gün yoldaşıma “Çox da lovğalanma,səni boşatdıraram...”, 

“Daha qaş-qabağını niyə sallamısan, deyirsən duraq gedək?”, 

“Nəyiniz çatmır?”, “Keçən həftədən qalma dolmadan-zaddan 

gətir yeyək” və yaxud məndən çox xətirlərini istədiyin övlad-




 

 

290



larıma: “Nəyiniz çatmasa, sizə nə lazım olsa, atanıza deməyin, 

mənə-mən əminizə deyin”... sözlərini təkrar eşitməyəcəyəm... 

İnanmıram, inanmıram, inanmayacağam da!... Bütün məclis-

lərimizdə yerin görünəcək, qardaşım. Müqəddəs ruhun başımı-

zın üstündə olacaq həmişə.. 

Həyətinizdəki “xeyir-şər” evinin qapısında dayanıb gələnləri 

qarşılayırdım. Elə bu vaxt 1-ci sinifdə oxuyan nəvən Cəlal 

qəmli-qəmli mənə yaxınlaşdı.  Əyilib qulağına “nə istəyirsən?” 

dedim... O, bapbalaca toppuş  əlini uzadaraq məclisin baş  tərə-

fində, xalçanın üzərində asılmış qara haşiyəli  şəklini göstərdi. 

Nə deyim, bu məsum körpəni hansı sözlərlə ovundurum, 

qardaş?.. 

Doğrudanmı dilimizin bütün incəliklərinə  dərindən bələd 

olan, dünyanın bədii söz xəzinəsindən ürəklə söhbət açan, şirin 

yumorla cilalanan zərif, incə zarafatlarından xüsusi zövq aldı-

ğımız, halal sözün, təmiz bir ürəyin sahibi olan sənət qardaşı-

mızı, əməl dostumuzu həmişəlik itirdik?... 

Doğurdanmı  bədii söz xəzinəsinə öz qiymətli töhfələrini-

sevimli şairimiz Əli Kərim haqqında “Dinmə, ey kədər”, gənc-

lik dostumuz Vaqif İbrahim haqqında “Ölənlər evə qayıdırlar”, 

kimya elmləri doktoru Mustafa Salahovun həyat və yaradıcılı-

ğından bəhs edən “Fikrin yükü”, yazıçı-publisist dostumuz Hacı 

Ağəddin Mansurzadəyə  həsr olunmuş “Mən bu qəlbin sahibi-

yəm”,  şəhərimizin adlı-sanlı ziyalısı  Nərçə  Ağayev haqqında 

“Ürəyinə borclu adam”, “Sumqayıt” qəzetinin redaktoru, jurna-

list Kamran Veysəllidən danışan “Kədərinə oxşayan insan” 

kitablarının, yüzlərlə oçerklərin, publisistik məqalələrin müəl-

lifi,  şeir dili ilə  nəsr  əsərləri yazan, çoxlarımıza nümunə ola 

bilən nadir şəxsiyyət, gözəl insan, müdrik, qayğıkeş,  əvəzsiz 

dostumuzu itirdik?!.. Elə bu suallarla da evə qayıdanda qızım 

Səadətin  əlində “Dinmə, ey kədər” və  oğlum Cavidin əlində 

“Ölənlər evə qayıdırlar” kitablarını gördüm, qardaş!.. Ölümün-

dən sonra redaktoru olduğun “Azərbaycan kimyaçısı” qəzetində 



 

 

291



şair dostumuz İbrahim  İlyaslıyla həsr olunan “İbrahimə oxşa-

maq istəyən  İbrahim”adlı  səmimi bir yazını oxudum... Və bu 

qənaətə gəldim ki, Feyzi Mustafayev yaşayır, Feyzi ölməyib. O 

hələ, neçə-neçə evlərdə ürəkləri ovsunlayacaq.. 

Qardaşımın qalın-qalın qovluqlarda imkansızlıq ucbatından 

çap olunmayan yazıları  işıq üzü görəcək və bu yazılarda onun 

heç zaman susmaq bilməyən ürəyi döyünəcək... 

 

“Burdan bir atlı keçdi”, 



Bir yel qanadlı keçdi. 

Gün kimi şölə saçdı, 

Ay kimi batdı keçdi. 

 

Gün kimi şölə saçanlar, ay kimi batanlar heç vaxt ölmürlər, 

ölmürlər.. adına ölməzlik deyilən əbədiyyətə qovuşurlar... 

 

 



 

 

292



QAYITDIM 

 

Canı candan ayrı imiş dostumun, 

Nə tez belə cəhd eləyib qayıtdım. 

Son nəfəsdə Veysəlliyə getməyi

Dönə-dönə əhd eləyib qayıtdım. 

 

Duman gəldi, bürüdü çən dağları, 

Daşlarında kəklik səkən dağları. 

Gözəlliyə keşik çəkən dağları, 

Göz yaşımla mədh eləyib qayıtdım. 

 

Qanlı fələk göstərdi öz gücünü, 

Ölüm yıxdı topdağıtmaz bürcümü. 

Guya gəldim, guya verdim borcumu, 

Günahımı əfv eləyib qayıtdım. 

 

Dar macalda olmalıydım yanında, 

Solurdunsa, solmalıydım yanında. 

Mən də ölüb qalmalıydım yanında, 

Niyə belə səhv eləyib qayıtdım? 

 

Dostsuz dünya dost başına dar idi, 

Güvəndiyim qəlbi dağlar qar idi. 

“İki dostun bir ürəyi” var idi, 

Ostayırda dəfn eləyib qayıtdım. 

 

*** 


Sumqayıt 

27-30 mart, 2002-ci il 

 

 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə