Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə50/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   46   47   48   49   50   51   52   53   ...   88

 

 

268



Şəhriyar babasının narahatcılığının səbəbini öyrənir və ulu 

babasının bu əhvalatını xatırlayır. Necə olur olsun, ermənilər-

dən mal-qaranı almaq qərarına gəlir. Soraqlaşa-soraqlaşa mal-

qaranı axtarır. Günəş yavaş-yavaş qüruba enir. Şəhriyar fikirli-

fikirli addımlayır. “Axı necə ola bilər ki, ermənilər bizim mal-

ları aparsın, biz onları ala bilməyək? ...harada saxlayırlar görə-

sən bizim malları? Bəlkə  də heyvanlar ac-susuzdular? Bu, 

ermənilərin nə veclərinə? Bəlkə Kişkəndin tövləsinə salıblar 

malları?.. Amma əgər mal-qaranı ala bilsəm Cavad babamı 

göylərə qaldırmış olaram...” 

Elə bu vaxt cəngəllikdən səs gəldi: “Ara, dayan! Vurdum səni”-

deyə bir erməni tüfəngini gözünün üstünə qaldırıb qışqırdı. 

Şəhriyar bir anlıq arxaya baxdı  və bir addımlıqda dayanan 

erməninin tüfənglə onu nişan aldığını sezdi. Birdən-birə çarəsiz 

şəkildə dayandı. Yenə də erməninin səsi gəldi: “Düş qabağıma, 

yeri! Tərpənsən, vuracağam...” 

“Tüfənglə zarafat etmək olmaz”-deyə fikirləşən  Şəhriyar, 

asta-asta addımlamağa başladı. Birdən yadına düşdü ki, erməni 

onu  əsir edib apara bilər. Qəfildən pələng çevikliyi ilə arxaya 

sıçrayıb, erməninin gözləmədiyi halda tüfəngdən yapışdı. Hava-

ya güllə açıldı. Xeyli çarpışdıqdan sonra tüfəng  Şəhriyarın 

əlində idi. Şəhriyar tüfəngi də götürüb, oradan uzaqlaşdı. Tüfən-

gini  əldən vermiş erməni hələ  də öz yerində donub qalmışdı... 

“Balacaboy bir türk uşağının onun əlindən tüfəngini almağını 

özünə sığışdırmırdı..” 

Şəhriyar isə artıq evə çatmış və əhvalatı babasına danışmışdı. 

Elə bil ki, Cavad kişinin alnında günəş doğmuş, sir-sifəti 

açılmışdı. “Oğlum, erməninin ki, əlindən tüfəngini almısan, elə 

bu mənə  bəsdi. Elə bilərəm ki, heç bizim mal-qaramız 

olmayıb,”-deyərək, Şəhriyarın alnından öpmüşdü. 

Ertəsi gün ermənilər yalvarırdı: “Ara, tüfəng hökumətindir. 

Qaytarın, mal-qaranızı alın! Ara, xahış edirik bir də o uşağı bizə 

göstərin”. 



 

 

269



Beləliklə  kəndin ağsaqqalları tüfəngi qaytarıb, mal-qaranı 

ermənilərdən geri aldılar. 



 

I I 

 

Kəndimizin igid oğlanları Yavər 



və Bağır Qaradağlı  kəndinin ağır 

günlərində onlara kömək etməyə gəl-

mişdilər. Ermənilər pusqu düzəltmiş 

və çoxdan bəri onlara qənim kəsilən 

bu cavanları güllə ilə vurmuş, meyit-

lərini isə vermirdilər. Yavərin atası 

Əsgər kişiyə deyirdilər ki, “Biz ölü-

ləri dirilərə dəyişirik. Əvəzinə diri er-

məni verin, meyitləri qaytaraq. Ya  da 

ki, benzinlə  dəyişirik. “İkinci  şərtə 

Əsgər kişi heç cür razılıq vermirdi. O 

yaxşı bilirdi ki, ermənilərə verilən 

benzin təzədən bizim üstümüzə hü-

cum deməkdir. Ona görə  də  qərara alındı ki, qonşu  erməni 

kəndindən əsir götürmək və meyitlə dəyişmək gərəkdir. Kəndin 

cavanları bu əməliyyatda  Əsgər kişinin iştirakına qadağa qoy-

mağa çalışdılar. Hər tərəfi minalanmış erməni səngərləri ilə 

əhatə olunmuş  kəndə gecə vaxtı girmək üçün adamları 

müəyyənləşdirdilər. Ermənilərin psixologiyasına yaxşı  bələd 

olan Vəliqulu müəllimin rəhbərliyi ilə Saleh və Şəhriyar qonşu 

kəndə yollandılar. Gecə ikən bir qapını döydülər. Erməni ailəsi 

qapını açmadı. Avtomatdan açılan güllələr qapı arxasında 

dayanan qadını yerə  sərdi.  Şəhriyar cəld  şəkildə  sıçrayıb evin 

pəncərəsini açdı  və  pəncərədən içəri girib evin kişisini və 

uşaqlarını (iki uşaq) avtomatın qabağında bayıra çıxartdı: 

“Neyləyək, meyitlərimizi qaytarmırlar. Bu işə bizi ermənilər 

özləri vadar edir”... 



 

 

270



Onlar səhərə yaxın kəndə çatdılar. Şəhriyar yol boyu gah uşağı 

qucağına götürür, gah da yeriməyə  məcbur edirdi. Kənddə 

erməniləri döymək istəyənlərə isə imkan vermirdi. Əsir düşən 

ermənidən soruşanda ki, ən çox kimdən narazısan və  ən çox 

kimdən razısan? Hər iki sualın cavabı Şəhriyar olurdu: “O bizi yol 

boyu incitsə də, danışmağa imkan verməsə də, korluq çəkməyə və 

bizim türklər tərəfindən döyülməyimizə icazə vermirdi..” 

Beləliklə, bir neçə gündən sonra erməniləri Yavərin və 

Bağırın meyitlərinə dəyişmək mümkun oldu. 

Ən təəccüblüsü bu idi ki, hadisənin üstündən on-on beş gün 

vaxt keçsə də, Yavərin yenə də qanı axırdı, elə bil ki, onu təzəcə 

öldürmüşdülər.. 



 

III 

 

Qarabağda komendant saatı  tətbiq olunmuşdu.İşğalçı rus 

ordusu qarabağlı azərbaycanlıları “qoz qabığına doldurmuşdu”. 

Azərbaycanlıların əllərində olan ov tüfəngləri də alınmışdı. Hər 

işdə yerli “haylar”a üstünlük verilir, onlara “qaşın üstə gözün 

var” deyən tapılmırdı....  

Şəhriyar Martuni rayonunun Xocavənd kəndindəki qohumla-

rına baş  çəkməyə  gəlmişdi. Vəziyyət olduqca ağır idi. Burada 

yaşayan azərbaycanlıları gözümçıxdıya salmışdılar. Rus ordusu 

kəndin dörd tərəfə çıxış yollarını bağlamış, insanlara bir-birinə 

baş çəkməyə imkan vermirdi. 

Kənddə bir nəfər cavan oğlanın da öldürüldüyünü eşidən 

Şəhriyarın gözləri qan çanağına dönmüşdü... “Axı niyə belə 

olmalıdı? Döyülən, təhqir olunan biz, müdafiə olunan isə 

torpaqlarımızda yaşayan, firavan həyat sürən, bizi bəyənməyən 

ermənilərdi?!” Dar günlərdə  əllərindən tutub havadarlıq etdi-

yimiz, süfrəmizin başında əyləşdirdiyimiz ermənilər nə üçün öz 

çirkin  əməllərindən  əl çəkmirlər? Bu yandan da əl-qolumuzu 

bağlayan rus ordusunun bir tərəfli mövqeyi Şəhriyarı çox nara-



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə