Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə49/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   45   46   47   48   49   50   51   52   ...   88

 

 

265



Üç tərəfdən dağlarla əhatə olunmuş, təbiətin əfsunlu əlləri ilə 

sığallanan, cilvələnən Yuxarı Veysəlli kəndi hər yay özümün və 

ailə üzvlərimin, ağlı-qaralı dünyanı  təzə-təzə gözlərinə köçür-

məyə başlayan uşaqlarımın  ən gözəl istirahət yeri idi... Səhv 

etmirəmsə 1989-cu ildə  də  məzuniyyətimi kəndimizdə keçirir-

dim. Hər gün uşaqlıq və  gənclik dostlarım bizi qonaq çağırır-

dılar.  Ən çox qonaq düşdüyüm ev “Zil” maşını oxuda-oxuda 

hər gün bir neçə dəfə məni axtaran Şiraslan Aslanovun kəndin 

baş  tərəfində yaşıllıqlar və bağçalar qoynunda ucaldılmış iki 

mərtəbəli, son dərəcə  səliqə-səhmanlı evi olardı. Burada həm 

rəhmətlik Nazlı xanımın (Şiraslanın anası) həm də  Şiraslanın 

ailə üzvlərinin isti və  səmimi münasibətlərinin cazibəsindən 

çıxa bilməzdik. Tez bir zamanda uşaqlarımız da bir-birinə qay-

nayıb qarışardı. Uşaqlıq xatirələrindən danışar, Şiraslanın səmi-

miyyət dolu zarafatlarına qulaq kəsilər, günümüzün necə keçib 

getdiyindən xəbərimiz olmazdı.... Tez-tez kəndimizin kolxoz  

sədri, ali təhsilli tarix müəllimi Hətəm Hətəmovun, onun 

qardaşlarının, xüsusən də dünyasını vaxtsız dəyişən Kərəm 

Hətəmovun, bacanağım Heydər Mustafayevin, Balaş dayının, 

Şamo kişinin,  Əsədin,  Ələmdarın, Füzulidə böyük hörmət 

qazanmış, dəyərli səsə malik olan “Uca dağlar başında” mahnı-

sını özünəməxsus bir vurğunluqla ifa edib Xan Şuşinskidən, 

Bülbüldən xeyir-dua alan, toylarda gənclik ehtirası ilə xüsusi bir 

çevikliklə  rəqs edən Qulu Həsənovun, Nadirin, Rəhmanın, 

Hüseyn kişinin, Aşağı Veysəllidə yaşayan gənclik dostum 

Aydın Xankişiyevin, mamam oğlu  Əfqanın,  Əhilmanın, 

Cəmilin, Sabirin və bir çox başqa dostların qonağı olardım. 

Nə edəydim, dost sözündən çıxmaq olmur axı... Hər gün bir 

ziyafət, hər axşam bir qonaqlıq... Həmin il demək olar ki, öz 

doğma evimizdə bir gecə  də gecələməyə vaxt tapa bilmədim. 

Məzuniyyət vaxtı bitdikdən sonra qayıdıb Sumqayıta gəlmək 

istəyirdim. Elə bu vaxt pilləkənlərin yanında çəliyinə söykənib 

fikirli-fikirli mənə göz qoyan atamı gördüm... Yaxınlaşıb görüş-



 

 

266



mək istəyirdim ki, “Oğlum, səni bir dəqiqə olar?”-deyə  məni 

yanına çağırdı... “Yenə  nə  qəbahət etmişəm, ay Allah”-deyə 

fikirləşdim... Atam təmkinlə, aram-aram sözə başladı: “Oğlum, 

bilirəm sənin dostların çoxdur. Allah hamısını saxlasın. Ancaq 

səndən bircə  dənə xahişim var: “Gələn dəfə  kəndə  gələndə  tək 

bircə gecə  də  mənim qonağım ol də, nə olar.... bəlkə elə  sənə 

deyilməli bir sözüm var...?!” İndi bütün varlığım od tutur, nəfə-

sim quruyur, ürəyim göynəyir, vücudum lərzəyə  gəlir.... Mən 

daha heç vaxt atamın qonağı ola bil-mədim... Yadımdan çıxmaz: 

ən ağır vaxtlarında, ən çətin günlərində də “Bəlkə belə yaxşıdır” 

deyən atam son mənzilə də “Şükür Allaha” deyə-deyə köçdü: 

 

Bu dözüm, dəyanət hardandı onda- 



Duyub ki, ömrünün qarlı qışıdır. 

Ölüm ayağında, son məqamda da, 

Buyurub: “Bəlkə də belə yaxşıdır.” 

 

Deyib ki, “Oğlumun vaxtı nə gəzir, 

Ona bildirməyin, təhəri yoxdur...” 

Ah, necə uzundur bu yay gecəsi

Sanki bu gecənin səhəri yoxdur. 

 

Bir yanında anam, bir yanında mən, 

Ortada ölümlə o, əlbəyaxa. 

Dedim qurban olum ata, gəlmişəm 

Bircə kəlmə dedi: “Şükür Allaha!...” 

 

Anamı tapşırdım böyük oğluma, 

Atamı tapşırdım qara torpağa, 

İndi bircə fikir gəlir ağlıma, 

Bircə söz bilirəm: “Şükür Allaha!...” 

 

Bu da bəxt işidir, tale işidir-  

Dilim başqa sözə uyuşmaz daha. 

Ən çətin günümdə “Belə yaxşıdır”, 

Ən ağır günümdə: “ Şükür Allaha!..” 


 

 

267



KƏNDİMİZİN OĞULLARINDAN BİRİ 

 



 

Cavad kişinin gözlərinə yuxu getmirdi. İlan vuran yatır, 

amma o, uzandığı yumşaq döşəyin üstündə gah o tərəfə, gah da 

bu tərəfə çevrilə -çevrilə qalmışdı. Elə bil tikan üstündə idi... 

Bir yandan da qocalığın gətirdiyi ağrı-acılar onu rahat burax-

mırdı. Cavanlıq illəri gözlərinin qabağına gəlirdi: xüsusi ilə də 

hələ  Ağbaşlı torpağında olarkən kəhər atın belinə quş kimi 

sıçrayıb, sırıqlısını bir qoluna dolayıb, zoğal çomağı yuxarı 

qaldırıb mal-qarasını qatıb qabağına aparmaq istəyən erməniləri 

necə pərən-pərən salmağını yaxşı xatırlayırdı. Bəs indi? Dünən-

dən ermənilər on baş mal-qarasını aparıb qaytarmaq istəmirlər. 

Cavad kişi əsgərlikdən təzəcə qayıtmış nəvəsi Şəhriyara heç 

nə bildirmək istəmirdi.  Şəhriyar idmanla məşğul olurdu, bu 

balacaboy oğlanın dəmir kimi bədəni, polad möhkəmlikdə 

əzələləri vardı. Dəfələrlə  kəndə  gəlmiş  pəhləvanların kürəyini 

yerə vurmuşdu. Kənddə  şücaətinə görə ona “Vandam” adı 

vermişdilər. Hamı Şəhriyara “Kəndimizin Vandamı” deyirdi.... 

Ulu babası “Pıtı” Məmmədqulu sərrast atıcı olmuş  və 

ermənilərlə  mərdliklə döyüşmüşdür. Danışırlar ki, bir dəfə 

Veysəlli kəndində yüksəkliyi tutmuş ermənilər qışqırırmışlar ki, 

“-Ara, siz yaxşı güllə ata bilmirsiz, qoy “Pıtı” Məmmədqulu 

gəlsin”. Məmmədqulu kişi dostlarına bildirir ki, siz ermənilərin 

səngəri olan yüksəkliyi nişan alın, atəşə tutun, qoy ermənilər 

səngərə yatsınlar. Mən dağın döşü ilə qalxaram onlara tərəf

əlimi havaya qaldıranda siz atəşi dayandırın. O, belə  də edir. 

Dağın döşü ilə ermənilərin səngərinə  tərəf sürünə-sürünə irəli-

ləyir. Səngərə yaxınlaşan kimi əlini yuxarı qaldırır. Dostları 

atəşi dayandırırılar. Ermənilər bir-bir səngərdən çıxdıqca “Pıtı” 

Məmmədqulu onları güllələyir və yüksəklikdəki səngəri öz 

əlinə keçirir... 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə