Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə51/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   47   48   49   50   51   52   53   54   ...   88

 

 

271



hat edirdi. Elə bu vaxt onun qonaq olduğu evin lap yaxınlığında 

quraşdırılmış pulemyot bir-birinin ardınca atəş açmağa başladı. 

“Vicdansızlar yenə kimi isə vurdular”-deyə evin xanımı 

dilləndi. 

Ardı-arası kəsilməyən güllələr elə bil ki, Şəhriyarın beyninə 

tuşlanmışdı. O, özündən asılı olmayaraq, cəld addımlarla evdən 

çıxıb pulemyota tərəf  şığıdı. “Getmə!” “Stoy, strelyat budu!”-

deyənlərin, asfaltı deşik-deşik edən pulemyot güllələrinin səsini 

eşitməyərək, üz-gözünü yandıran asfalt parçalarına heç bir 

əhəmiyyət verməyən Şəhriyar qızmış pələng kimi hücüm çəkib 

rus əsgərinin üstünə atılmış və bir neçə dəqiqəyə onu tərksilah 

etmişdir... 

O günü aləm bir-birinə  dəymişdi. Füzuli, Martuni, Ağdam 

rayonlarının hərbi komendantları da Xocavənd kəndinə  gəl-

mişdilər. “Pulemyotu təhvil verin! Yoxsa bu kəndi yerlə yeksan 

edəcəyik!” Vəziyyəti belə görən kənd adamları  Şəhriyarın rus 

əsgərindən aldığı pulemyotu təhvil verməli oldular. Çox çətin-

liklə olsa da Şəhriyarı kənddən gizli yolla çıxardılar. 

Şəhriyar indi Sumqayıtda yaşayır.  İki övladı var. Rasim və 

Şahnisə atalarının adı ilə fəxr edə bilərlər. Rasim skripka çalır, 

Şahnisə isə ikinci sinifdə oxuyur. 

Azərbaycanımızın Şəhriyar kimi oğulları çoxdur. Onlar indi 

ulduz kimi dünyanın hər yerinə yayılıblar. Günü gündən çiçək-

lənən və qüdrətlənən müstəqil respublikamızın bir ağır və ağrılı 

problemi var, o da Qarabağ problemidir. İnanmaq istərdik ki

iqtisadi cəhətdən hər gün qüdrətlənən, beynəlxalq imici saatba-

saat çoxalan, büdcədən ordu quruculuğuna ayrılan vəsaitin bü-

töv Ermənistanın büdcəsi qədər olan, peşəkar əsgər və zabitləri 

ilə dünyanın bir çox ölkələrində yaxşı tanınan Azərbaycanımız 

Şəhriyar kimi igid və qorxmaz oğullarımızın sayəsində, hamı-

mızı narahat edən bu ağrılı problemi də, uğurla həll edəcəkdir. 

Xalqımızın belə  mərd oğulları  nə  qədər çox olsa, Azərbay-

can öz ərazi bütövlüklüyünə bir o qədər tez qovuşar. Bu gün o 



 

 

272



soyuq səngərlərdə,  əllərində silah düşmənlə üzbəüz dayanan 

gənclərimiz bir gün gələcək qələbə  sədaları altında öz doğma 

ev-eşiklərinə, didərgin düşən qaçqın və məcburi köçkünlərimiz 

isə öz isti ocaqlarına, yurd-yuvalarına qayıdacaqlar. O gün çox 

uzaqlarda deyil. 

Qoy əsgər paltarı geyinib həyat məktəbini keçməyən, vətənə 

borcunu ödəməyən oğlanlarımız, bəy libasını geyinməyə  hələ 

tələsməsinlər! 



 

İnamla danışıb dinsin hər əsgər, 

Yurdumuz bürünsün toy libasına. 

Əsgər paltarını geyinməyənlər 

Çox da tələsməsin bəy libasına! 

 

“Şaman” qəzeti, 

19 dekabr, 2007-ci il  

 

 


 

 

273



 

 

 

 

 

 


 

 

274



 

 


 

 

275



MƏMMƏD ARAZA 

 

Hey özümü oda -közə toxudum, 

Dedim bəlkə söz çələngi toxudum. 

Mən bu axşam yenə səni oxudum

Qələminin nə yaman tilsimi var. 

 

Baxıb gördüm yollar yenə dumandır, 



Bizi qoymur göz açmağa bu andır. 

Azərbaycan-bir yanıqlı kamandır, 

Sinəsində Məmməd Araz simi var. 

 

Vətən dedin, Təbriz üçün susadım, 



Əlim çatmaz ha əlimi uzadım. 

Nə yaxşı ki Araz kimi ustadım, 

Nə ağırdır- Araz boyda qəmim var. 

 

Bir ağacam-alovlara bələnmiş, 



Bir çiçəyəm-üstünə od ələnmiş. 

Bir nəğməyəm-iki yerə bölünmüş, 

Bundan belə zilim yoxdur, bəmim var. 

 

Bir dalğanı kəsib biçə bilməyən, 



Bir həsrəti üzüb keçə bilməyən, 

Bir dənizdə liman seçə bilməyən 

Neçə-neçə yol axtaran gəmim var. 

 

Bu nə dağdır sinəmizə çəkilimş, 



Bu nə ağdır saçımıza tökülmüş. 

Ürəyimə qəm toxumu əkilmiş, 

İndi orda biçilməli zəmim var. 

 

Bir həsrətin yollarında naşıyam, 



Gücüm çatmır daşlarını daşıyam. 

Təsəlli ver, bəlkə bir az yaşayam, 

Səndən başqa bu dünyada kimim var?! 



 

 

276



RƏSUL RZA 

 

Kəlmələrin ahəngini necə tapdın, 

Köhlən sözə üzəngini necə tapdın, 

Görünməyən, duyulmayan, 

Baxıb məhəl qoyulmayan rənglərin 

rəngini necə tapdın, 

Təkrar-təkrar yoza-yoza

Yaza-yaza, 

Allah sənə rəhmət eləsin, Rəsul Rza. 

 

Neyləyək ki biz “Qaranı” üz ağ edək, 



“Sarı rəngi” sarılıqdan uzaq edək. 

“Qırmızını” daha nə cür izah edək- 

Aydın olsun gərəksizə, anlamaza, 

Allah sənə rəhmət eləsin, Rəsul Rza. 

 

Sözlərindən bir iz düşüb könlümüzə, 



Bir tufanlı dəniz düşüb könlümüzə, 

“Asfalt deşən nərgiz” düşüb könlümüzə, 

Qışqırırıq içimizdən, susa-susa, 

Allah sənə rəhmət eləsin, Rəsul Rza!.. 

 

*** 


 

 

 



 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə