Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx


FÜZULİNİN  HEYKƏLİ ÖNÜNDƏ



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə52/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   48   49   50   51   52   53   54   55   ...   88

 

 

277



FÜZULİNİN  HEYKƏLİ ÖNÜNDƏ 

 

“Mən bir türk oğluyam” –deyib Füzuli, 

Girdi ürəyinə bütün cahanın. 

Başını aşağı əyib Füzuli, 

Başını ucaltdı Azərbaycanın. 

 

*** 



1963 

 

ŞAİR VAQİF İBRAHİMƏ 

 

Səni suya atsalar  

Sudan quru çıxarsan. 

Səni oda atsalar, 

Oddan diri çıxarsan. 

Civə kimisən qardaşım, 

Civə kimi - 

Səni aşağı tutsalar  

Sən yuxarı qalxarsan. 

 

*** 



1969 

 

 

 


 

 

278



VAQİF İBRAHİMİN QƏBRİ ÜSTÜNDƏ 

 

De niyə susursan günahkar kimi, 



Dinlə, heç olmasa sözümü,dinlə. 

Məhşər ayağına çəkdin qəlbimi  

Sən öz sükutunla, öz ölümünlə. 

 

Barı duyursanmı məzarın üstə  



Əsən külək mənəm, yağan qar mənəm. 

Sən bagi dünyada haqlısan indi, 

Bu fani dünyada günahkar mənəm. 

 

*** 



1993 

 

VAQİF SƏMƏDOĞLUNUN ÖLÜMÜNƏ 

 

Əzrayılı mat eylədi, 

Tanrıyla zarafat eylədi: 

“Özüm gəlim, ya kimisə göndərəcəksən”-dedi. 

Bu ağrıyla o dünyaya necə köçüm, 

Bu çəliklə qıl körpüdən necə keçim?... 

 

Beləcə 


Gözümüzün qabağında  

Əriyə-əriyə getdi Vaqif Səmədoğlu. 

Ölümü 

Barmağına sarıya-sarıya 



Getdi Vaqif Səmədoğlu. 

 

*** 



2015 


 

 

279



ZARAFAT ŞEİRİ 

(Gülnarə Camaləddinə) 

 

Səni zəmanənin bu gərdişləri  

Tez -tez incik salır... 

Bilmirəm niyə. 

Nataraz dünyanın keşməkeşləri 

Xələl gətirməsin bu gözəlliyə. 

 

Bəzən istəmirəm ay işığı da 



Üstünə çox düşüb, sənə yük olsun. 

Qoy şah qamətiyin yaraşığı da  

Zəiflik olmasın, zəriflik olsun. 

 

Qayalar üstünə uçsa da, yenə  



Öyrən şər işi də xeyrə yozmağı. 

Mən ki akt yazmağı öyrətdim sənə- 

Mənə öyrədəsən şeir yazmağı. 

 

*** 



2010 

 

 

 



 


 

 

280



ZARAFATLAR 

 

Fikrət Sadıq-ömrün sübh çağı, qürub çağı, 

Dünyanın ən müdrik qocası,  

Ən məsum uşağı. 

 

*** 



 

Ələkbər Salahzadə –bir yerkənsiz qayıq  

Tufanlı dəryada. 

 

*** 


Salam – Əleyküm salam, 

Mənim fikirli balam. 

 

*** 


 

Fikrət Qoca – Sözü bayraqtək uca, 

Danış, dinləyək doyunca! 

 

*** 


 

Məmməd İsmayıl –  

Qürbət yaxşıdır,  

Yoxsa ki Bayıl? 

 

*** 



Vaqif Bəhmənli –  

Hər işi səliqə-səhmanlı  

 

*** 


 

Oktay Şamil Bicolu – O qədər çoxalıb ki, 

Bu dünyada bic oğlu, 

Yaddan çıxıb “Bico”lu. 

*** 



 

 

281



Şair Gülbala Mehdinin ölümünə 

 

Dünya nədir?-bilmək olmur, Gülbala, 



Bilmək olsa, onu mən də bilərdim. 

Hər ölənlə ölmək olmur, Gülbala, 

Ölmək olsa, sən öləndə ölərdim. 

 

*** 



Oktyabr, 2013 

 

 

Habil Kaman 

 

Yumub gözlərini kaman çalırsan, 

Açılır minlərlə göz kamanınla. 

Nəyi ki söz ilə deyə bilmirik, 

Sən onu deyirsən öz kamanınla. 

 

*** 



1967 

 

 


 

 

282



AĞIR GÜNLƏR 

 

Ağır günlər yağır edib çiynimi



Yaxınlarım, doğmalarım bəs hanı? 

Necə tapım Səyavuşu, Feyzini, 

Hardan alım Ağəddini, Kamranı?! 

 

Gəl incimə, ay Allahın adamı, 



Xətrini çox istəməkdən qorxuram. 

Kaftar ölüm dost bağıma dadanıb, 

Dostlarıma dost deməkdən qorxuram. 

 

Neyləyək ki, hər yetənə bu həyat 



Ölüm adlı sərvətindən paylayıb. 

Əmim Şəfi ölən günü adbaad  

Məzardakı dostlarını haylayıb. 

 

İçin-için qovruluram hər gecə, 



Uzandığım yorğan-döşək odlanır. 

Bu dünyada qalan ömrüm beləcə  

Cavan ölən dostlarımdan utanır... 

 

*** 



23 oktyabr 2009 

 

 

 


 

 

283



XAN QIZININ SÖZLƏRİ 

(Müğənni Natəvan Hüseynovaya) 

 

Sədəfli tar özünü yenə yeyib -tökürdü, 

Kamançanın fəryadı düşmüşdü yerə, göyə. 

O, bütün Almaniyanın ciyərini çəkirdi, 

Ürəyini sökürdü Qarabağ deyə-deyə. 

 

Kövrəlib oxuyurdu Azərbaycan gözəli



Yer onu alqışlayır, göy onu dinləyirdi. 

Qönçə dodaqlarında Natəvanın qəzəli,  

Natəvanın səsiylə Qarabağ inləyirdi. 

 

Sehirlənmiş tar, kaman hamımızı lal etmiş, 



Sevən könül çırpınır nəğmənin hər xalında. 

Xan qızının sözləri qəlbləri işğal etmiş, 

Xan qızının vətəni erməni işğalında. 

 

*** 



03.09.2003 

Almaniya-Lüdviqşaven 

 

 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə