Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə53/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   49   50   51   52   53   54   55   56   ...   88

 

 

284



YAMAN ÇƏTİNƏ SALDIN 

( Hacı Ağəddin Mansurzadənin ölümünə) 

 

Ağəddin ölən günü donub qaldı yerində, 

Bəlkə Viləş çayının köksü alışdı, yandı. 

Ağəddin ölən günü Talış meşələrində  

Bir dəmir ağacının ortadan beli sındı. 

 

Səmadan danışanda, yerdən söhbət düşəndə 



Mən onu axtarıram- “Şeytanı daşlasın qoy”. 

Yamanlıqdan, pislikdən, şərdən söhbət düşəndə  

Sonu xeyirlə bitən bir hədis başlasın qoy. 

 

Qəlbimizi hicrana, həsrətə öyrətdi o, 



Birdəfəlik üzdümü əlimizdən əlini?! 

Ondan çıxmayan işdir-lal da  qoyub getdi o 

Ürəyi söznən dolu Lal Vəlinin dilini... 

 

Ömrümüzün şamları əriyər yavaş-yavaş, 



Gün batdıqca kölgətək dağlardan aşmaq gərək. 

Yaman çətinə saldın mənim işimi qardaş- 

Səni görməkdən ötrü cənnətə düşmək gərək!... 

 

*** 



2010 

 

 

 




 

 

285



İZZƏT HƏKİMİN 

(Tanınmış cərrah İzzət Sadıqovun ölməz xatirəsinə) 

 

Yığılın xatirə saatlarına, 

Ünsiyyət yaşadar İzzət həkimi. 

Söz açın işıqlı əməllərindən, 

Bu söhbət yaşadar İzzət həkimi. 

 

Çəkdikcə ağrını, acını dağlar, 



Ayrılıq ağartdı saçını, dağlar. 

Harda gizlətdiniz Laçını, dağlar, 

O cənnət yaşadar İzzət həkimi. 

 

Düşər bu həyatın tufanlarına, 



Ülvi duyğuları yetər karına. 

Uymaz bu dünyanın yalanlarına, 

Həqiqət yaşadar İzzət həkimi. 

 

Ağır xəstələrə həyat verər o, 



Qanadsız quşlara qanad verər o. 

Mərcan quzulara nicat verər o, 

Mərhəmət yaşadar İzzət həkimi. 

 

Sinəsi göynəyən, ürəyi yanan 



Oğullar gərəkdir Azərbaycana. 

Dostların köksündə ustad loğmana 

Məhəbbət yaşadar İzzət həkimi. 

 

*** 



2013 

 

 



 

 

286



ƏDALƏT KAMAN ÇALIR 

(Ədalət Vəzirova) 

 

Yermi göyə ucalır, 

Göymü yerə alçalır.  

Salon ayağa qalxıb, 

Əhsən deyib əl çalır. 

 

Məcrasına sığmayan, 



Çağlayan sular kimi. 

Ürək dolub boşalır 

Pəmbə buludlar kimi., 

Ədalət kaman çalır. 

 

Alışan simlərə bax- 



Könüllərə köz salır. 

Qu quşunun sonuncu  

Nəğməsindən söz salır, 

Ədalət kaman çalır. 

 

*** 


03.2003  Lüdviqşafen  şəhəri 

 

 

 




 

 

287



BURDAN BİR ATLI KEÇDİ 

 

Oturulu vəziyyətdə qıvrıla-qıvrıla qarşıladın ölümü –o aman-



sız kaftarı.... Dünyadan, həyatdan, dostlarından,  şirin-şəkər 

nəvələrindən ayrılmaq istəmirdin... Ömründən qalan günləri

saatları, gözüaçıq keçirmək istəyirdin, dincəlmirdin, gözlərini 

yummurdun, “Yatsam, ölərəm” deyirdin. 

Dostluğumuzun bu 35 illik tarixində sən heç vaxt mənə ya-

lan söz deməmişdin, “ölürəm” deməyin kaş yalan olaydı, 

qardaşım Feyzi!.. 

Həkimlərinlə görüşdüm, xəstəliyinin qarşısında onların nə 

qədər aciz və çarəsiz qaldıqlarını anladım. Ancaq sənə bildir-

mək istəmədim... Sən onsuz da hər  şeyi bizdən yaxşı bilirdin. 

“Məni evə aparın, doğma divarların arasında canımı tapşırmaq 

istəyirəm”-deyirdin... 

Qışın başlanğıcında Yardımlının Ostayır kəndində dünyaya 

gəlmişdin, yazın başlanğıcında-mart ayının 27-də Sumqayıtda 

gözlərini  əbədi olaraq yumdun. Yox-yox, sən öləndə  də gözü-

açıq qalmaq istəyirdin... 19-27 mart günlərində,düz səkkiz gün 

heç nə yemədin.. Aytən balamızın “xüsusi reseptlə” hazırladığı 

şirədən başqa bir şey qəbul etmirdin. “Havam çatmır” deyib 

hava istəyirdin. Biz isə  sənin bu istəyin qarşısında aciz qal-

mışdıq... Təbiətin qış yuxusundan oyandığı, quşların ağız-ağıza 

verib oxuduğu, gül-çiçəklərin sonsuz bir həvəslə açıldığı, ağac-

ların, hətta quru kötüklərin də pöhrələndiyi bir vaxtda sən 

gözlərimizin qabağında solurdun.. Dönə-dönə tapşırdın ki, 

“Məni Ostayıra apararsınız ha...” “Bu həkimlər heç nə edə 

bilmirlər.... Məni buradan çıxarın...” Biz səni nə  qədər bu 

fikirlərdən yayındırmaq istəsək də, öz bildiyini heç kəsə vermək 

istəmirdin. Həmişə “Molla” deyə müraciət etdiyin ömür-gün 

dostun  Əzizə xanımdan Qurana and verib xəstəliyini dəqiq-

liyinə  qədər öyrəndikdən sonra təkidlə evə aparılmağını  tələb 

etdin... Evə gələndən yarımca saat sonra telefonum zəng çaldı: 




 

 

288



“Feyzi getdi”- dedilər. Mən qaça-qaça gəldim. Dördüncü mərtə-

bəyə haçan qalxdığımı bilmədim. Ağlaşma, şivən səsləri ətrafa 

yayılırdı. Uzandığın otaq qadınlarla dolu idi.. Başımı tutub 

qaldım... Sən məni heç zaman uzanılı vəziyyətdə qarşılamazdın, 

bu nə olan şeydi, qardaşım?... 

Əzizə xanım məni görcək bir az da kövrəldi: “Qardaş, sən 

doğru deyirmişsən, həqiqətən də  sənin qardaşın dahi imiş..”. 

Axı, biz nə üçün adamları ölümündən sonra dərk edirik? Axı nə 

üçün yaxınlarımızın, doğmalarımızın qədrini onları itirəndən 

sonra bilirik?.... 

Çox keçmədi, dostlarımız gəldilər. Hacı  Cəfər özü ilə Hacı 

Malik ağanı da gətirmişdi. İş yoldaşların da özlərini yetirdilər. 

“Azərkimya” Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin 

üzvü Fikrət Sadıqov əvvəlcədən hər şeyi ölçüb-biçmişdi. Onun 

təşkil etdiyi maşınla biz səni Ostayıra aparmalıydıq... 

Hacı Malik ağanın oxuduğu Quran ayələri və hüznlü, kədərli 

mərsiyələri ilə doğma ocağından ayrılırdın, qardaşım... 

Qəm pərdəsi gözlərini elə qapamışdı ki, qonşularınla, dostla-

rınla, iş yoldaşlarınla xudahafizləşmək, halallaşmaq da yadın-

dan çıxdı.... 

Səhər saat 3-də Ostayır kəndinə çatdıq. Kənd camaatı dəstə-

dəstə yol üstə durub bizi gözləyirdi. Daha doğrusu, səni gözlə-

yirdi, qardaşım. Kəndin çətin və  sərt yollarını maşınımız 

tövşüyə-tövşüyə qalxırdı. Sənin təkotaqlı evin dağın zirvəsinə 

yaxın olduğundan maşınımız axıradək qalxa bilmədi.. Bundan 

belə ağırlıq lay divar kimi kənd oğullarının üzərinə düşürdü.. 

Kəndarası dərə boyunca bir ağ duman sallanmışdı. Buludlar 

bizdən aşağıda idi. Tikdirdiyin ikimərtəbəli, bir otaqlı mənzilin 

üstündə bədirlənmiş ay yolumuzu işıqlandırır, kəndin əsrarəngiz 

gözəlliyini bir az da artırır, gecə saat 12-dən sonra sönmüş işıq-

ları  əvəz edirdi... Qəribədir ki, kənd cavanları  səni öz doğma 

evinə çatdırdıqdan sonra dərədəki duman da arxamızca sürünə-

sürünə  gəldi.. Xırda-xırda yağış damcıları düşməyə başladı. 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə