Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə59/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   55   56   57   58   59   60   61   62   ...   88

 

 

309



-Dərdin kədərin hər üzünü görmüş  Ələsgər qardaşım özünü 

şux tutsun, zarafatından qalmasın, kədərə baş əyməsin! 

-Tamara bacım özündən, Qiyasdan və  uşaqlardan muğayət 

olsun. 


-Kamil qardaşımın imkanı olduqca buralara baş çəksin. 

-İş yoldaşlarım övladım qədər sevdiyim “Sumqayıtı”ı yaşat-

sınlar. 

-Çərkəz baxsın də, görsün neyləyir... 

Ayrılırıq, Kamran da daha əbədi olaraq Şərqiyyə xanımın-

doğma anasının yanında, yaxın dostu-ona “Veysəlli” təxəllü-

sünü verən Novruz qardaşımızın qonşuluğunda gecələməli ola-

caq.. Ayrılırıq, qəbristanlıqda həyat nəğmələri oxuyan küknar 

ağaclarının budaqları titrəyir. Qanrılıb geriyə baxıram. Üstü 

qərənfillərlə bəzənmiş təzə qəbirlə vidalaşmaq istəyirəm: 

 

“Vida” bircə sözdü, bircə kəlmədi, 

Nə oldu, köksümdə susdumu ürək?! 

“Əlvida” deməyə dilim gəlmədi, 

Bir söz pıçıldadım: “Görüşənədək”!.. 

07 fevral, 2007-ci il 

 

 



 

 

310



ƏSGƏR EYVAZOĞLU HAQQINDA BİR NEÇƏ SÖZ 

 

Adına gənclik  şəhəri deyilən, Xəzərin sahillərində qurub-



yaradan insanların  ərsəyə  gətirdikləri Sumqayıt  şəhərinə  hərə-

miz bir bölgədən pənah gətirmişik. Qubadlıdan, Füzulidən, 

Lerikdən, Lənkərandan, Qubadan, Qusardan və s.və i. 

Qaynar vaxtlarımız idi. Sumqayıt  şəhərinin mədəni həya-

tında yaxından iştirak edərdik.. 

Ədəbi-bədii axşamlar, kitab müzakirələri, sual-cavab gecə-

ləri, kitabxanalarda, klublarda, fəhlə yataqxanalarında, ayrı-ayrı 

məhəllələrdə keçirilən müxtəlif görüşlər, özfəaliyyət kollektiv-

lərinin rəngarəng çıxışları bizi heç darıxmağa qoymazdı. 

Belə görüşlərdən birində  Əsgər Eyvazoğlu ilə tanışlığımız 

başladı. Çox çəkmədi ki, bu tanışlıq bizim aramızda dostluq 

münasibətlərinin yaranmasına səbəb oldu. 

Əsgəri bizlərdən fərqləndirən bir neçə xüsusiyyətini qeyd 

etmək yerinə düşər: gözəl saz çalar, oxuyar, hətta bəzən nəğ-

mələr də bəstələyərdi. Toy məclislərində aparıcılıq edərdi. Onda 

olan güclü yumor hissi, zarafat etmək qabiliyyəti, qayğı göstər-

mək bacarığı, insanlarla tez təmas qurmağa xidmət edərdi. 

Sadəliyi, alicənablığı, yurd- millətsevərliyi, dostcanlığı ilə bizi 

özünə bağlayardı Əsgər Eyvazoğlu. Əlinə pul düşən kimi dost-

ları tapardı. Yeyib-içməyə,  şənlənməyə meyilli olduğundan 

həmişə gülərüz idi.  

Əsgər Eyvazoğlu öz köhnə “Moskviç”i ilə  bəlkə  də bütün 

Azərbaycanı gəzər, eşitdiyi təzə əhvalatları, keçirdiyi görüşləri 

böyük həvəslə danışar, məzəli söhbətlər  əsnasında  şaqqanaq 

çəkib gülərdi. Qəribə, özünəməxsus  şeir oxumağı vardı. Səsi 

hələ də qulağımdadır. 



 

...Əsgəri bəsləyən bir cüt anadır: 

Biri kəndimizdir, biri Sumqayıt”. 

 


 

 

311



Aşıq  Şakirin yaradıcılığına xüsusi rəğbət bəsləyən  Əsgər 

Eyvazoğlu tez-tez onun mahnılarından, ifaçılıq bacarığından 

söhbət açar, hətta radio verlişlərində  Aşıq  Şakir peşəkarlığın-

dan, onun yaradıcılığının bəzi məziyyətlərindən söhbət açar, 

geniş dinləyici auditoriyası qarşısında öz təəssüratlarını payla-

şardı. O, Aşıq  Şakirə olan böyük məhəbbətinin bariz forması 

olaraq, dünyaya göz açan bacısı  oğlunun adını da Şakir qoy-

muşdu. Yeri gəlmişkən deməliyəm ki, Əsgərin bacısı oğlu Şakir 

də dayısının etimadını layiqincə doğrultmağa çalışır.. 

Heç yadımdan çıxmaz: 9-cu mikrorayonda ev kirayələmiş-

dik. 12 illik həsrətdən sonra bir qızımız olmuşdu. Bu xəbəri 

eşidən kimi Əsgər bizə gəlmiş və bizi ilk təbrik edənlərdən biri 

o idi. 

Kirayəşin yaşadığımız ev qəbristanlıqla üzbəüz dayanmışdı. 



Bundan  əvvəlki halalca mənzilimiz isə  dəniz qırağında 30-cu 

məhəllədə idi. O vaxt hələ dünyaya gələcək övladlarım haqqın-

da şeirlər yazardım. O şeirlərdən birində belə misralar var idi: 

 

Dost-tanış yanında ünvanım, adım, 

Üfüqlər də mənə yaxındır, yaxın. 

Dəniz kənarında xoşbəxt olmadım, 

Xoşbəxtəm yanında qəbristanlığın. 

 

Bu misraları sanki pıçıltıyla söyləyən  Əsgər, “Həyat çox 

mürəkkəbdir”-dedi. Cavab verdim-bəli, qələmini batır, yaz. 

Bundan sonra Əsgərlə hər görüşümüzdə, “Həyat çox mürəkkəb-

dir, qələmini batır, yaz.” fikrini təkrarlayardı... 

Təzə şeir yazan kimi yanıma gələrdi, şeirini oxuyar, fikrimi 

öyrənərdi.Yazdığı yazıların üstündə dönə-dönə  işləməkdən 

yorulmazdı. O, çox mehriban, qayğıkeş, zəhmətsever bir insan 

idi. 

Bir müddət görünmədi.  Xeyli nigaran qaldıq.. 




 

 

312



Eşitdik ki, başında cərrahiyyə əməliyyatı aparılıb.Yaxın dos-

tum, yazıçı-jurnalist Feyzi Mustafayevlə  Əsgərin yaşadığı ün-

vana yollandıq. Həyat yoldaşı çox böyük mehribanlıqla qapını 

açıb bizi evə dəvət etdi. Əsgər bizi görən kimi sevincindən nə 

edəcəyini bilmirdi. Gah saz çalır, gah da ki, “Şirvan şikəstəsi” 

üstündə oxuyurdu. İki daşın arasında kabab bişirtdirib bizi 

qonaq etmək hardan gəldi ağlına?! Nə illah etdiksə  də bizi 

buraxmadı. Kitab rəfindən, səliqə ilə düzülmüş kitabların arxa-

sından orijinal bir “şüşə” də  çıxartdı. Həkimin qadağasına 

əhəmiyyət vermədən bizi şənləndirməyə başladı. Nə  qədər 

çalışsaq da onu öz inadından döndərə bilmədik ki, bilmədik..  

Sinəsi həyat eşqi ilə çağlayan  Əsgər Eyvazoğlu ilə son 

görüşə  də  mərhum Feyzi ilə  gəlmişdik. Həyətlərində böyük 

izdiham var idi. Əsgəri əbədi olaraq öz doğma kəndlərinə apar-

maq üçün hazırlıq işləri gedirdi.. 

Əsgərin müəllim yoldaşları, dərs dediyi şagirdlər, şair dost-

ları, bütün Sumqayıt orada idi... Onu apardılar... Arxasınca 

xeyli addımladıq... Hardasa lap uzaqlarda, əlimiz çatmayan

ünümüz yetməyən başı  ağ çalmalı dağlar görünürdü... Əsgər 

Eyvazoğlunu bağrına basıb, doğma anasayağı qucaqlamaq 

istəyən dağlar: 

 

Yada düşər ötən çağlar, 



İçimdə bir kaman ağlar. 

Üzü bəri baxan dağlar, 

Mənim sizdə nəyim qaldı?! 

13-16 iyun, 2009-cu il 

 

 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə