Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə58/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   54   55   56   57   58   59   60   61   ...   88

 

 

305



Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. 

Vaxtilə  Ağəddin Mansurzadəyə  həsr etdiyim bu şeiri Hacı 

barədə yazılan almanaxa da daxil etməyi özümə borc bildim. 

Bir daha sənin ruhuna üz tutub deyirəm: 

 

Ürəyim çırpınır kəpənək kimi, 

Elə ki yolumdan sapıram, Hacı. 

Bu kiçik  şeirimi gül-çiçək kimi 

Sənin yollarına səpirəm, Hacı. 

 

Ünvanın çevrilib söz ünvanına, 

Bütün yazarların öz ünvanına. 

Harda incidilsəm, sənin yanına 

Atımı dördnala çapıram, Hacı. 

 

Haçan ki, bağlanır açdığım qapı, 

Elə bil qırılır qəlbimin sapı. 

Ürəyi təmizi, vicdanı pakı, 

Görcək gözlərimə təpirəm, Hacı. 

 

Yalan ayaq tutur, doğru yerimir, 

Bax onda yersizlər tutur yerimi. 

Əlimdə şam, çıraq gəzdiklərimi, 

Sənin gözlərində tapıram, Hacı. 

 

Torpağın nazını yaxşı çəkəndə, 

Bəlkə gül bitirər qaratikan da. 

Sən qərar tutduğun yerdə, məkanda, 

Mən də bir kiçicik ləpirəm, Hacı. 

 

Hər kim ki, oduna qalanıb sənin, 

Mənalı ömrünə calanıb sənin, 

O “keçəl” başına dolanıb, sənin, 

O “zəhər”dilindən öpürəm, Hacı! 



 

 

306



ƏLVİDA DEMƏYƏ DİLİM GƏLMƏDİ 

 

Hər yerə tələsirdin. Xeyirə də, şərə də. İşə də, evə də. Dəniz 



kənarına da, hətta iclaslara da.. Son vaxtlar bir az da səbirsiz, 

hövsələsiz olmuşdun. Tez-tez əsəbiləşir, həyəcansız danışa bil-

mirdin. 26 il redaktoru olduğun “Sumqayıt” qəzetinin hər təzə 

nömrəsinin üstündə yarpaq kimi əsirdin. Qəzet  ərsəyə  gələnə 

kimi ürəyini yeyirdin. Abunəçilərin sayını artırmaq, qəzetin 

tirajını çoxaltmaq, bədii dəyərini yaxşılaşdırmaq, əməkdaşların 

sosial məişət problemlərini həll etmək, eh, daha nələr, nələr ürə-

yinin ağrılarını yadından çıxartmışdı... Dostların, həkimlərin 

“Ay Kamran, müalicə olunmaq, bir qədər dincəlmək, istirahət 

etmək də gərəkdir.. Vallah can ikinci dəfə ələ düşmür..” sözlə-

rini qəribliyə salır, soyuqqanlılıqla qarşılayırdın. Bircə  kəlmə 

cavabın vardı: “Vaxt yoxdur..” Bəs ölməyə necə vaxt tapdın, 

qardaş?! 

“Döyüşçü ömrüdür jurnalist ömrü, o, həmişə  səngərdə-yazı 

masası arxasında olmalı, ölümü də yaza-yaza qarşılamalıdır”,-

deyirdin. Sevimli xalq şairimiz Məmməd Araz demişkən: 

 

Bir gün səni görməsəm, 

Yazı masam, ölürəm. 

Ölə-ölə yazmıram, 

Yaza-yaza ölürəm. 

 

Və yaxud: 

Didərgin düşmüşəm düşmən əliynən, 

“Qaçqın”  sözündən də acığım gəlir. 

Mənim döyüş vaxtı öz əcəliynən 

Ölən kişilərə yazığım gəlir. 

 

Fikrimiz necə  də üst-üstə düşürdü... Ölüm səni iş başında 

yaxaladı. Səninlə yanaşı  əyləşən Rauf həkimin gözlərinin 



 

 

307



qabağında. Nə qədər çalışdısa da, amansız ölümün pəncəsindən 

səni xilas edə bilmədi, Rauf həkim... Hardan gəlib çıxdı bu 

kəmfürsət ölüm? Axı, çox arzuların, yarımçıq işlərin vardı... 

Axı biz səninlə birlikdə adını adımıza qoşduğumuz Veysəlli 

kəndinə getməliydik, o böyük qələbəni öz gözlərimizlə görmə-

liydik.. Axırıncı dəfə nə yazmısan? Kimlə söhbət etmisən? Nə 

demisən? Nə tapşırmısan?... Bilmirəm, bilmirəm.. 

Bir də baxdım ki, həyətinizdəyəm... Ələsgər Cabbarov, Akif, 

tələbəlik dostun Çərkəz, qonşun İsfəndiyar, Süleyman əmioğlu, 

Fazil... və başqaları məni qabaqlamışdılar. Bir neçə ay bundan 

öncə  sənin yubileyində görüşdüyüm, özünə qardaş bildiyin 

Ələsgərlə qucaqlaşıb ağlaşırıq: 



 

Bu dünya nə olan şeydir, 

Bildik ağlaya-ağlaya. 

Açdıq ağlaya-ağlaya, 

Solduq, ağlaya-ağlaya. 

 

Bir tamsa da, kəsirsə də, 

Baş açmadıq nə sirsə də. 

Beşiksə də, qəbirsə də, 

Gəldik ağlaya-ağlaya... 

 

Sumqayıtı “talelər  şəhəri” adlandırırdın. Bu həm də  sənin 

taleyinin  şəhəridir... Vida mərasiminə başda  şəhərimizin  İcra 

Hakimiyyətinin başçısı cənab Vaqif Əliyev olmaqla bütün şəhər 

gəlmişdi.. 

 

Bu da yaşadığın evin heyəti, 



Həyət başdan-başa izdiham idi. 

Bu halal zəhmətə, halal sənətə, 

Böyük şəxsiyyətə ehtiram idi...  

 


 

 

308



“Sən bütün yazarlara ən yaxşı nümunə idin, Vətənimizə, 

dövlətimizə, dövlətçiliyimizə sədaqət, jurnalistlik peşəsinə dərin 

məhəbbət, zəhmətsevər, qeyrətli sözün dayağı, işində  dəqiq

nizam-intizamı sevən, halal sözü, halal çörəyi bütün sərvətlər-

dən üstün tutan bir insan idin. Sözün əsl mənasında, ziyalı idin. 

Sənin ən böyük varın, dövlətin də elə bu keyfiyyətlərin idi... Biz 

səni heç vaxt unutmarıq. Allah sənə  qəni-qəni rəhmət eləsin, 

qəbrin nurla dolsun, ey ana-

sına qovuşan, “kədərinə ox-

şayan, böyük kişi!..” -Bu sə-

tirlər Saray qəbristanlığında 

sənin qəbrinin üstündə tutula-

tutula, kövrələ-kövrələ danı-

şan Ələsgərin, Qüdrətin, Süb-

hanın, Çərkəzin, Bədirxanın 

dediklərindəndir... Mən isə 

hələ  də  sənin yoxluğuna 

inanmırdım.. Divangirin, Vaqifin göz yaşları pərdəsi arxasından 

portretin canlanırdı. Səni görürdüm. Elə bilirdim ki, biz bura 

əzizlərimizi –Şərqiyyə anamızı, Saray anamızı, Abbas dayımızı, 

Novruz dostumuzu, onun qardaşı Feyruzu, oğlu Namiqi ziyarət 

etməyə  gəlmişik...Səni yanımda hiss edirdim, elə bil əllərin 

əlimə toxunur, qırıq-qırıq sözlərini eşidirdim: 

-Əşrəf, sən dildən pərgarsan, başda  İcra Hakimiyyətinin 

başçısı cənab Vaqif Əliyev olmaqla, zəhmət çəkən bütün insan-

lara minnətdarlıq elə. 

-Hacı Cəfərə, Seyfəddinə, Elmana xüsusi təşəkkür düşür. 

-Səyyarəyə, ömür-gün dostuma de ki, çox ağlamasın xəstə-

dir, ona ağlamaq olmaz.  

-Esmira balam özünü üzməsin. Anasına, qayınatasına, 

Hamletə  və bir də ölümün sərt və amansız qanunlarını  hələ 

qədərincə dərk edə bilməyən nəvələrimə o çox lazımdır.  




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə