Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə78/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   74   75   76   77   78   79   80   81   ...   88

 

 

384



yatda demək olar ki, hər gün bir neçə  belə  cızmaqaraçının 

yazısına rast gəlirik. Hələ onların kitablarını qoltuqlarına vurub 

iddia ilə qapı-qapı düşmələrini demirəm. 

Əşrəf Veysəllinin artıq tarixə dönmüş o məqaləsi məndə o 

dövrün  ədəbi həyatı haqqında müəyyən qədər ciddi təəssurat 

yarada bildi. Elə buradaca tarixi ardıcıllığı pozuramsa da Əşrəf 

Veysəllinin poetikası haqqında danışmaq istərdim. 

Yuxarıda qeyd etdim ki, Ə.Veysəlli  ədəbiyyata  Əşrəf 

Şəfiyev kimi gələn və ömrünü Sumqayıta bağlayan, artıq ömrü-

nün yetmişinə doğru gedən və Sumqayıtda həm yaşlı  nəslin, 

həm də  gənc nəslin arasında böyük hörməti olan bir qələm 

sahibidir. Bir vaxtlar Sumqayıtdakı  ədəbi birliyə  də  rəhbərlik 

etmiş Əşrəf müəllimin indi çoxlu sayda yetirmələri də vardır ki, 

onlar da özlərinin qələm təcrübələri ilə diqqəti cəlb edirlər. 

1972-ci ildə “Gənclik” nəşriyyatı onun yetmiş iki səhifəlik 

“Qayğı” adlı  şeirlər kitabını çap edir. Otuz dörd yaşlı müəllif 

üçün bu, hadisə idi. Respublikadakı ədəbi mühitdə özünün çəki-

si olan,yaşıdları arasında istedadına görə seçilən şairin ədəbiy-

yata gəlişi bu kitabçadan keçdi. Sonralar onun “Təki səni duyan 

olsun”, “Ayrılığın üzü dönsün” kimi ədəbi ictimaiyyət və 

oxucular arasında maraqla qarşılanan kitabları da işıq üzü gör-

dü. Oxucularını bir qədər intizarda saxlamağı xoşlayan  Əşrəf 

Veysəlli oturub gecə-gündüz “şeir” yazmaqdan çox, arabir şeir 

yazmağa üstünlük verdi və az yazdı.   



 

“Az az görüşürük, ay ana az-az

Analar bu sirri bilməmiş olmaz. 

Çoxları can atır şöhrətə, ada, 

Şöhrət hər yetənin nəsibi olmur. 

Təpədən dırnağa soyulmaqla da, 

Hamı şair olmur, Nəsimi olmur... 

 

 


 

 

385



Bir yanıq bayatı qaldırıb yerdən, 

Atar Kürə məni, Araza məni. 

 

Yay kimi dartılıb cığırlar hərdən, 

Ox kimi tullayar harasa məni.. 

Vallah şair olmaq ayağı yalın, 

Süngülər ucunda gəzmək kimiymiş.” 

 

“Anama məktub” adlanan bu şeirdəki  şair olmaq və bu 

şairlik yükünü daşımağın ağırlığını duymaq hissidir ki, Əşrəf 

müəllimə bir ömürdə  cəmi bir neçə kitab verə bilib. Amma, 

tarixdə qalmağın və həm də şair kimi qalmağın da yolları heç də 

hamar deyil və bu yol qalaq-qalaq, cild-cild kitab çap etdir-

məklə də ölçülmür. 

Mən  Əşrəf müəllimin  şeirə, poeziyaya yanaşmasında da bir 

özəllik duymuşam. Bu özəllik də ondan ibarətdir ki, şair yazdığı 

hər bir misranın üstündə əsir. Bu da ondan irəli gəlir ki, ədəbiy-

yata təzə gələn hər bir müəllifin yazdıqlarında irad tutmaq heç 

də onu ədəbiyyatdan silmək deyil. Əşrəf müəllim yaşda təcrü-

bəli bir söz ustasında poetik qüsur tapmaq gözlənilməz olar və 

bunu hamıdan qabaq duyan da Əşrəf müəllimin özüdür. Ona 

görə də qüsursuz yazır Əşrəf müəllim. 

 

“.....Vaxt olur varlığım çəkilir dara, 

Hərdən kirpiyimdən daş asılır,daş. 

Hara tələsirsən, ay ömür, hara? 

Görür öz işini yaş yavaş-yavaş.” 

 

Bu  şeir bütövlükdə müəllifin ömrə-günə müraciətləri və 



illərin zaman atını minib çapmasına aid kövrək xitablarla yadda 

qalır. Zarafat  deyil ki, biz ədəbiyyata gələndə, onun rəhbərlik 

etdiyi ədəbi birlikdə utana-utana ilk şeirlərimizi oxuyanda Əşrəf 

müəllim hələ  əlli yaşı tamam olmamış, gəncliklə müdriklik 




 

 

386



arasında olan bir yolda idi, o vaxtdan ötən iyirmi il isə hətta öz 

diqtəsini bizim özümüzə edib, o ki qaldı Əşrəf müəllim yaşdan 

şikayətlənə  və ahıllığın, ağsaqqallığın yükünü duya, yaşanmış 

və yaşanası anlara yeni bir nəzərlə baxa, dayandığı yerdən ətrafı 

seyr edə və özü-özünə sual vermək zorunda ola: 

 

“Əridə-əridə odlu qəlbimi, 

Dünya öz işində qalacaqdısa, 

Kainat milyon il əvvəlki kimi, 

Köhnə havaları çalacaqdısa, 

Mən niyə yazıram bu yazıları? 

 

..Uzağı bir sözü yazanacandı, 

Əl sözə isinib qızanacandı.. 

Çətini beşikdən məzaracandı, 

Məzardan o yana gediş yoxdusa, 

Məzardan o yana bir iş yoxdusa, 

Mən niyə yazıram bu yazıları? 

Mən kimə yazıram bu yazıları? 

 

Mən istərdim ki, bu sualın cavabını çox axtarmasın  Əşrəf 



müəllim! 

HAŞİYƏ: 2002-ci ildə  Ə.Veysəlli gənclik dostunu, gözəl 

publisist, bacarıqlı tədqiqatçı Feyzi Mustafayevi itirdi. Sumqa-

yıtın soyuq, küləkli dənizkənarı parkında sükuta dalmağı sevən, 

qara plaşının yaxalığını qaldırıb damağındakı siqaretə  əzab 

verə-verə  həmişə  tələsən bir sima əbədiyyətə qovuşdu. Bu itki 

Feyzi Mustafayevin qələm dostlarını da, ailə üzvlərini də çox 

sarsıtdı, amma, bu sarsıntı ən çox o vaxtdan bəri Ə.Veysəllinin 

gözlərinin dərinliyinə qonan kədərdə sakitləşə bildi. O vaxta 

qədər  Əşrəf müəllim il-il qocalırdı, o vaxtdan sonra Əşrəf 

müəllim... 

*** 



 

 

387



ÜRƏK HƏR BİR İNSANIN ALLAH EVİDİR 

 

Hər bir insanın taleyində  çətin və  ağır günlər, xoş anlar, 

kədər hissləri olur. Xüsusən də bizim hər birimizin  düşməni 

olan ermənilərlə sərhədyanı rayonlarda yaşayan insanların ağır 

həyat tərzi, yaşamaqları, təlaş  və  həyəcan içində olduqları göz 

qarşısındadır. 20 ildən çoxdur ki, yarası sağalmayan Qarabağı-

mızın qara dərdi, vətənsevərlərini, torpaqsevərlərini harda 

yaşamaqlarından asılı olmayaraq kədərə  qərq edir. O torpaq-

larda minlərlə  məzarlarda yatan insanların ruhu necə narahat 

olduqlarını, o məzarların övladları  tərəfindən ziyarət olmama-

ları, bəlkə  də bu gün o məzarlar düşmənlər tərəfindən dağılıb 

yox olmaları bizim hər birimizin narahat olmasına səbəb olur. 

Bu gün harada yaşayırıqsa həmişə qonşularımızla fəxr edirik. 

Məsəl də var ki, uzaq qohumdan yaxın qonşu yaxşıdır. Nə 

etməli, tarixin istənilən dönəminə  nəzər saldıqda görürsən ki, 

həmişə torpaqlarımıza, sərvətlərimizə göz dikən, səmimiyyəti-

mizdən, vətənpərvərliyimizdən istifadə edən məkrli və qara niy-

yətli xalqı bizə ulu Tanrı qonşu buyurmuşdur ki, onlara etibar 

məğlubiyyətimizə  bərabər olduğu tək hər  əsr boyu özünü gös-

tərir və göstərməkdədir. Bu gözəl dünyada bu cür xalqı, məhz 

erməniləri XXİ əsrin ən böyük tarixi ləkəsi sayardım. 

Həmişə  həyəcan içində yaşayan Qarabağ camaatının nələr 

çəkdiklərinin, təlatüm içində yaşamaqları, ömürləri olum və 

ölüm arasında olmaları bu gün hər bir azərbaycanlının narahat-

lığına səbəb olur. Bu cür od-alov içində yaşayan 40 ilə yaxın 

tanıdığım, yazdığı  şeir və publisistikasına hörmət bəslədiyim

ədəbi mühitin ağsaqqallarından biri, minlərlə oxucu kütləsinin 

qəlbinə yol tapan gözəl şairimiz, Füzuli torpağında dünyaya göz 

açan Əşrəf Veysəllidir.   

Bir çox kitab müəllifi olan Əşrəf Veysəllinin yazdığı bir 

neçə şeir haqqında öz fikirlərimi oxucularla bölüşmək istəyəndə 

bir anlığa gənclik çağlarım yadıma düşdü. O vaxtlar 10-15 şeir 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə