368
“AYRILIĞIN ÜZÜ DÖNSÜN ”
O, ildə bir-iki dəfə Sumqayıtın gənc yazıçılarının toplaşdığı
“Dəniz” ədəbi birliyinə baş çəkir. Belə gəlişlərin birində biz
cavanlar adama bir şeir oxuduq. Bir şeir də o söylədi və sonra
əlavə etdi: -mən həm də ona görə yazıram ki, sizlərdən geri
qalmayım.
Deyirlər ki, Əşrəf Veysəlli Sumqayıt ədəbi mühitinin patri-
arxı missiyasını ləyaqətlə daşıyır. 1998-ci ildə onun 60 yaşı ta-
mam oldu və bu yubiley təntənəli şəkildə qeyd edildi.
“Sumqayıt” nəşriyyatı Əşrəf müəllimin “Ayrılığın üzü dönsün”
kitabını çap etdi, əslində 15 ilə yaxın “Yazıçı” nəşriyyatında
işıq üzü görməyə can atan və dövlət nəşrkomunun planında
sıxıla-sıxıla qalan bu kitab xeyirxah insanların-müəllifin yaxın
qohumlarının köməkliyi ilə işıq üzü gördü.
Bu kitabı vərəqlədikcə oxucu, şairin narahat dünyasına
səyahət edir “indi özü boyda barıt olan dünyada” şair “gülüşü
faciədir, faciəsi gülüşdür. Yaranışdan bu dünya ağlayandı-
güləndi, əlimdən nə gələndi?!”-deyə giley edir. Şairin bu kita-
bına Vətən və onun əvəzsiz gözəlliklərini tərənnüm edən
yurddaşlarımızın bugünkü problemlərinə, ağrı və acılarına həsr
olunmuş şeir və poemalar toplanmışdır. “Nağıllarda qalan dün-
yam” adlı lirik poema unudulmuş və biganəlik ucbatından
xarabalığa çevrilmiş kəndlərimizin acı taleyinə həsr edilmişdir.
Şairliyin alovlu-ələmli anlarından, sevinc-nəşəsindən bəhs
edən maraqlı şeirlər toplanıb bu kitabda. “Söz” adlı şeirdə
oxuyuruq:
Bir köhlənin arxasınca köks ötürürəm,
Hələ əlim yetişməyib yüyənə kimi.
Kirpiyimlə ocaq çatıb od götürürəm
Deyilməli bir kəlməni deyənə kimi.
369
Alnına şair taleyi yazılan, şeirdə həyatının mənasını görən,
heyhat ki, günlərinin hamısını şeirə sərf etməyin mümkünsüzlü-
yünü yaşayan şair, şeirli günlərini necə gözəl vəsf edir:
Şeir yazdığım günlər....
bəyaz gecələrimdir,
bəyaz səhərlərimdir.
Şeir yazdığım günlər-
ömür xəritəsində
Paytaxt şəhərlərimdir.
Kitabda yüksək poeziya nümunələri yaratmış şairlərimiz Əli
Kərimə, Bəxtiyar Vahabzadəyə, Xəlil Rza Ulutürkə, Fikrət
Sadığa ithaf olunmuş maraqlı, oxunaqlı şeirlər var.
Qanımı içirtdim bu yazılara,
Bu dost qayğısına tamarzlara.
Verməyin onları məddah əlinə
Verin bir ürəkli cərrah əlinə,
Ölən qollarımı kəsib-doğrasın,
Xəstə qanadlarım sağaldı bəlkə.
Şairin qələm dostlarına ünvanladığı “Qaytara bilsəniz” şeiri
bu misralarla başlanır. Şeiri oxuyanda incik bir şair qəlbinin
döyüntülərini duyuruq və bu döyüntüləri biz də yaşayırıq. Odur
ki, şair ömrü yaşayan kəslər müxtəlif səbəblərdən müəyyən
dövr ərzində yaradıcılıq böhranı keçirirlər. Belə məqamlarda
dost köməyi görən şairin “sinəsi içindən qönçə bağlayar, ürəyi
sözlərdən xonça bağlayar”.
Bəlkə bu qayğını görən kimi mən
Qəlbim atlanacaq sevinc taxtına.
370
Onu uralanmış bostan yerindən
Döndərə bilsəniz söz paytaxtına,
Təzədən başlanar şeirli günlərim,
Sirli, möcüzəli, sehirli günlərim.
“Şeir məni tərk eləyir” şeirində “XX əsr kimi əsəbiyəm”
söyləyir şair. Onu tanıyanlar bu deyimlə şairin xasiyyəti arasın-
da bir uyarsızlıq olduğunu deyə bilərlər və tamamilə haqlı olar-
lar. Çünki Əşrəf müəllim başdan-ayağa təmkinin özüdür. O,
olsa-olsa “Şeir məni tərk eləyir” səpkili ağrı şeirləri yazarkən
“əsəbiləşə” bilər. Mən Əşrəf müəllimə yaşının bu çağında daha
çox belə “əsəbi” şeirlər yazmağı arzulayıram.
Elçin ELGÜN
1999
371
ŞAİR TALEYİNƏ AÇILAN QAPI
Sevimli şairimiz Əşrəf Veysəlli
ilə haçan görüşmüşəmsə, ondan
ayrılmaq istəməmişəm. Onun özü-
nə xas şirin yumoruna, dadlı-duzlu
söhbətlərinə, Azərbaycan və dünya
ədəbiyyatının tanınmış klassiklə-
rinin əsərlərindən söylədiyi örnək-
lərə böyük vurğunluqla qulaq as-
mışam. Və Əşrəf müəllimlə bütün
görüşlərimdən sonra həmişə içim-
də bir təzələnmə, daxili bir təlatüm
hiss etmişəm, uzun müddət bu
duyğuların təsiri altında yaşamı-
şam.
Şairin “Sumqayıt” nəşriyyatında yenicə çapdan buraxılmış
“Bu dünya belə qalmaz” kitabı onun poetik nəfəsinin üz tutub
qələmə aldığı mövzular da özünəməxsus əksidir. Kitaba Feyzi
Mustafayevin yazdığı “Bir əli ürəyinin üstündədir” yazısı bir
növ Ə.Veysəllinin özü və sözü haqqında səmimi dost etirafı,
diqqətcil yazıçı müşahidəsinin bədii qənaətidir.
“Kəpənək qanadı kimi zərif” dünyamızın özü boyda barıta
çevrilməsi şairin ürəyində açdığı qorxu şırımı insan talelərinə
qəfil çaxan ildrım kimi qalır. Və bu talelərin fonunda şair
Vətənimizin, torpağımızın dünəni, gələcəyi üçün keçirdiyi
narahatlığı, hiss və həyəcanları oxucu ilə bölüşür. Ə.Veysəlli,
bir şair vətəndaş kimi öz içindən silkələnib nəğmə işığında
dərdinin böyüklüyünü xarakterik cizgilərlə çəkir.
Ömür yollarında ələk-vələkdi,
Sonsuz arzuları çiçək-çiçəkdi.
Dostları ilə paylaş: |