Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə77/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   73   74   75   76   77   78   79   80   ...   88

 

 

381



Bu sərt qərar isə  İbrahim  İlyaslınındır. Misralarının işığına 

qızına-qızına 35 qışı yola vermiş  İbrahim  İlyaslı. Dərd oxşarlığı. 

Dünyanın gedişinə fəlsəfi-poetik aspektdən yanaşmada uyğunluq-

mu bu iki şairi bir yerdə təbrik etmək qərarı verdi bizə? Həm də 

başqa eynilik, adi təsadüf, yoxsa məntiqi bir həqiqət? 

60 yaşı tamam olan Əşrəf Şəfiyev vaxtilə Sumqayıtda adi bir 

dərnəyi  Əli Kərim adına poeziya klubu səviyyəsinə  gətirib 

çıxaranlardan biri və onun direktoru olub. 35 yaşını qeyd edən 

İbrahim İlyaslı isə hal-hazırda həmin klubda direktordur. 

Və yenə  qəribə bir oxşarlıq:  şeir xiridarları  Əşrəf  Şəfiyevin 

poetik gücünə kifayət qədər bələddir. Amma bu gücün yiyəsinin 

60 yaşındaykən cəmi 3 kitabı çıxıb; İbrahim İlyaslının da yaşıd-

ları onun ilhamından xəbərdardırlar. Di gəl, dövri mətbuatdakı 

çıxışları  nəzərə almasaq, şair qardaşımızın qulağına ilk kitab 

təbrikini eşitmək qismət olmayıb. Hələ ki, sponsorlar atlıdı, 

İbrahim piyada. Bəlkə elə  Ə.Kərim adına poeziya klubunun 

direktoruna məxsus tale, payına düşən qismətdi bu? 

Əşrəf müəllim! Üç kitabınızdan  əlavə  gənc yazıçıların qəl-

bində neçə-neçə  sənət heykəli ucaltmısınız, onlarla kitaba sığ-

mayan filoloji-nəzəri məsləhətlər, sənət yarpaqlarının sonradan 

ibrətamiz misala çevrilə bilən maraqlı  əhvalatlarla, vətəndaş 

qeyrəti ilə 60 illik şair ömrünü rövnəqləndirmisiniz. Bəşəri 

dərdləri qabartmaqla şeirlərinizin də məna tutumunu cılız, şəxsi 

hisslərdən çox ucada dayanan qlobal səviyyəyə yüksəltmisiniz. 

Ən böyük dəyəri-səmimiyyətinizi qoruyub saxlamısınız. 

İbrahim İlyaslı! Nə dərdin, nə qəmin? Qəlbindəki dərd yükü-

nü misralarla yüngülləşdirirsən, yanındakı dostlarının da cızdığı 

çıxır, ay insafsız. Sonra da gərək ləhcən kimi şirin, rəvan şeirlə-

rindən oxuna, bir az kef durula. 

Hafiz NƏZƏRLİ 

“Dünyaya Pəncərə” qəzeti, 

8 mart, 1998-ci il  

 

 




 

 

382



ƏYYUB QİYAS ABASOV 

(Ixtisarla) 

 

Sumqayıtdakı  ədəbi hadi-

sələrə münasibət bildirmək 

üçün tribuna da var idi. Bax-

mayaraq ki, bu tribuna baş-

dan-başa kommunizm ideolo-

giyası üzərində köklənmişdi, 

amma, vaxtaşırı  şəhərdə ge-

dən ədəbi proseslərə münasi-

bətini bildirirdi. “Sosialist Sumqayıtı” adlanan qəzet  şəhər 

ictimaiyyətinin diqqətlə izlədiyi mətbu orqanı idi və ayda on 

iki, on üç dəfə çıxan qəzeti demək olar ki, hər evdə oxuyurdu-

lar. Və bu qəzetdə çap olunmaq həm də yetərli reklam idi. Yazı 

hazırlanarkən mərkəzi şəhər kitabxanasında ötən illərdən qalan 

qəzet tikilmələrinin arasında diqqəti cəlb edən çoxlu sayda yazı-

lara rast gəldim, diqqətinizə çatdıracağım bu parça məni daha 

çox maraqlandırdı: 

“Sosialist Sumqayıtı” qəzetinin nəzdində yaradılan  şura və 

Xasay Cahangirovun rəhbərlik etdiyi ədəbi birlik ətrafında yeni-

yeni yaradıcı qüvvələr birləşir. Onlardan bir çoxu respublika-

mızda, hətta onun hüdüdlarından uzaqlarda da tanınmışdır. Belə 

gənclərimizdən Zirəddin Qafarovun, Adil Tahirovun, Şaiq 

Vəliyevin, Yusif Hüseynovun, Güllü Abbasovanın,  Əli  Əliye-

vin imzaları oxuculara tanışdır “Sosialist Sumqayıtı”. 24 

oktyabr 1981-ci il “Gənclik şəhərinin poeziyası” məqaləsindən. 

Müəllif Ə.Şəfiyev”. 

Bu, imzası oxuculara yaxşı tanınan, yetmişincilərin arasında 

özünün dəsti-xətti, üslubu və poetikası ilə seçilən  şair  Əşrəf 

Veysəllinin məqaləsidir. Yazıdan da görünür ki, adları sadala-

nan müəlliflərin arasında sonralar özünü istedadlı  şairlər kimi 

təsdiqləyən Zirəddin Qafarlının və  Şaiq Vəlinin adları diqqəti 



 

 

383



cəlb edir. Bu imza sahibləri az sonra şəhər orbitindən çıxıb 

bütün respublikada seçilən müəlliflər oldular. 

Əşrəf müəllimin məqaləsinin ardında o vaxtlar poeziyanı 

duymadan, onun incəliklərini bilmədən yazanlara münasibətlə 

qarşılaşırıq. ADU-nun tələbəsi Zakir Hüseynovun şeirinə muna-

sibət bildirən müəllif bu şeirin bəzi məqamlarını poetik cəhət-

dən dəyərləndirsə  də  şeirdəki uzunçuluğu, nəsihət verən anları 

tənqid edərək gənc şairə göstərilən iradlardan nəticə çıxarrmağı 

məsləhət bilir. O şeirdən mənim də diqqətimi çəkən bir məqamı 

sizlərin ixtiyarına verirəm: 



 

“Qorxular, şübhələr çəkilsin dara, 

Barıt tüstüsünü silin səmadan. 

Qırx beşinci ildə vurulan yara, 

Hələ də göynəyir Xerosimada.” 

 

Şeirin bu parçasına aid ahəngi və ritmi pis deyil... Lakin 

həmin məqalədə adı çəkilən başqa bir müəllifdən verilən parça 

indilərdə olduğu kimi, poeziyanı,  ədəbiyyatı ciddi saymayan, 

ona münasibəti bayağı  və düşük formalarda axtaran, primitiv 

üslublara əl atan çağdaş müəlliflərin diqqətini cəlb etmək  üçün-

dür.  Şeir yazmaq istəyən H.Əlləcov adlı birisi “Mənim  İdris 

qardaşıma” adlı yazısında adamı lap utandırır. 



 

“Ordenlərin düzülübdür yan-yana, 

Səni salamlayır Vətən də,əziz ana da.. 

Zəhmət bəhrəsini salanda yada

Adın düşüb dildən-dilə İdris.”   

 

Mən bircə faktı deyə bilərəm ki,belə  cızmaqaralara  şeir 

deyənlər o vaxtlar nəinki kitablarda, heç divar qəzetlərində  də 

çap oluna bilmirdilər. Həm siyasi senzura,həm də ədəbi orqan-

ların nümayəndələri belə müəlliflərin üzünə qapıları birdəfəlik 

bağlayırdılar. Amma, demokratiya adlandırdığımız çağdaş  hə-




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə