Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə85/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   80   81   82   83   84   85   86   87   88

 

 

410



ŞAİR 

 

Adi qarışqadan günəşə kimi 

Qayğıya möhtacdır hər şey dünyada. 

Baxar kol dibindən bənövşə kimi, 

İstər pərvanətək çırpılsın oda. 

Ömrünün bir anı şeirsiz olsa 

Ən dərin dəryalar sanar dayazdır. 

İnsanlar büsbütün şair doğulsa, 

Ona elə gələr yenə də azdır. 

 

Həsəd hədəfində dayanıb özü, 



Qibtə gülləsinə tuş olur hər gün. 

Qəlbinə yatdımı bir şair sözü 

Fərəhdən elə bil quş olur hər gün. 

Sadəlik zirvədir ona dünyada, 

İstəyi sahilsiz ümmanlar olub. 

Təpədən dırnağa şair olsa da, 

İnana bilmir ki, şair doğulub. 

 

Arzusu bir körpə gülüşü oldu



Tale qulaq asdı onun səsinə, 

Mənzili işıqla, şəfəqlə doldu, 

Ay doğdu onun da pəncərəsinə. 

Sökülür hər gecə gözlərində dan 

Dincliyin vüsalı ondan uzaqdır. 

Sakit duruşunda dəli bir tufan, 

Dindirsən kükrəyib çağlayacaqdır.  

 

Sinəsi dəmirçi kürəsi kimi, 



Deyirsən indicə alov saçacaq. 

Dindimi qəlbinin bir neçə simi 

Zərif çiçəkləri yuxuladacaq



 

 

411



Çaşmayıb yolunu, dumanda, sisdə 

Mənzili səadət binəsindədir. 

Bir əli ağrıyan ürəyi üstə 

Bir əli dünyanın sinəsindədir. 

Sadəlik zirvədir ona dünyada, 

İstəyi sahilsiz ümmanlar olub. 

Təpədən dırnağa şair olsa da, 

İnana bilmir ki, şair doğulub. 

 

*** 


Xasay Cahangirli 

 

 

 


 

 

412



ƏŞRƏF 

 

Niyə deyirsən ki yoxdur heç kəsim

Səni çox soruşub-soran var, Əşrəf! 

Bilirəm dadını yaralanmağın- 

Sənin dadılmayan yaran var, Əşrəf! 

 

Yaz təki gəlməyir hər ilin yazı, 



Düşdü biz tərəfə hər itin ağzı. 

Qardaş, bu yanlarda nə itin azıb?! 

O yanda Yaylaq var, Aran var, Əşrəf! 

 

Oxşar aşıb-daşan dəhnəyə dərdin, 



Biçməyə ağrın var, əkməyə dərdin. 

Hələ yetərincə çəkməyə dərdin,- 

Sıxmağa gözündə qoran var, Əşrəf! 

 

Bu düşmən çıxanlar kimdi-cavab ver, 



Bu kin  hardan gələn kindi-cavab ver. 

Mənim sualıma indi cavab-ver- 

Getməyə, qalmağa haran var, Əşrəf? 

İndi ha sızılda, indi ha deyin,- 

Sevinc ləngidikcə, gələr qəm yeyin. 

Biri bal dadanda, biri qəm yeyib- 

Bizim qolumuzu buran var, Əşrəf! 

 

 



 


 

 

413



Həsrətsən o yurdun öz havasına, 

İndi oğulsansa döz havasına. 

Biz hələ uçuruq söz havasına, 

Bizi də uçurdub yoran var, Əşrəf! 

 

Qaldı yurd boşuna, yuva boşuna, 



Ocağın daşınar, yuvan daşınar.. 

Bu dərd belə qalmaz, dönüm başına, 

Arxanda dağ boyda Turan var, Əşrəf! 

 

*** 



Zirəddin Qafarlı 

2005-ci il   

 


 

 

414



YANINA GƏLİRƏM 

  

Əşrəf Veysəlliyə 

 

Yanına gəlirəm qəribsəyəndə 

Yatmır ayaqlarım yolların üstə. 

Elə bil huşum da çıxır başımdan 

Gəlirəm arzumun qolları üstə. 

 

Bu ilham bənzəyir dağ çaylarına, 



Çağlaya-çağlaya baş alıb gəlir. 

Bu dolmuş ürəyim yük qatarımı, 

Yanına gələndə boşalıb gəlir! 

 

Dünyamız heç kimi sehrkar etmir, 



Bilirəm öz qüvvəm çatırsa nəyə. 

Soyuq ürəklərə şeir kar etmir- 

Yanına gəlirəm əzizlənməyə. 

 

Körpə fikirlərlə oynayıram mən, 



Şairlik gümanım  yatmır dərində. 

Gəlirəm bu təzə yazılarımı 

Çap elə könlünün vərəqlərində. 

 

Səni pənah bilən qəlbimi dinlə! 



Köklənib yenə də sap-sarı simi. 

Yanına gəlirəm şeirlərimlə- 

Yanına gəlirəm yarlı-yaraqlı 

Böyük görüşlərə gedənlər kimi. 

 

*** 


Zirəddin Qafarlı 

1981  


 

 

415



VEYSƏLLİ HARDADIR, VEYSƏLLİ ƏŞRƏF? 

 

Sən can saxlamırsan Əzrayıla da, 

Dərdə verə-verə can yaşayırsan. 

Mən ancaq yazıram sən çəkənləri, 

Mənim yazdığımı sən yaşayırsan. 

 

Mən də itirmişəm atamı, sən də, 



Neyləyək, ölümün yox həlli,Əşrəf. 

Mənə yer saxlayıb yanında atam, 

Sənə necə, varmı təsəlli, Əşrəf. 

İndi sənin atan Veysəllidədir, 

Veysəlli hardadır, Veysəlli Əşrəf? 

 

Veysəlli hardadır, Veysəlli Əşrəf?! 



O kəndin özü var, yolu bilinməz. 

O “xalq”, “xalq” qışqırıb, xal yığanların, 

Xalqın ürəyindən xalı silinməz. 

 

Getdi ağ günlərin nizamı, getdi, 



Kim oldu pozanı, Veysəlli Əşrəf?! 

Saat gündən uzun, gün aydan uzun, 

İllərin uzanır, Veysəlli Əşrəf. 

Ayağın kəsilən yollara indi 

Əllərin uzanır, Veysəlli Əşrəf?! 

 

Sənin gözlərində görünən şehdir, 



Görünməyən nədir şehdən o yana? 

Sənin dərdlərinə çarə tapılmır 

Allahdan bu yana, şahdan o yana. 

Ahın yetişməyən bir yer qalmadı, 

Ta hara gedəsən ahdan o yana.. 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə