Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə83/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   80   81   82   83   84   85   86   87   88

 

 

403



qələm sahibləri yazılarıma diqqət yetirmiş, müsbət fikir söylə-

mişlər.. 



-Biz bilirik ki, Siz uzun müddət mərhum  şairimiz Vaqif 

İbrahimlə dostluq etmisiniz. Vaqif haqqında xatirələri çözələ-

mək pis olmazdı

-Sumqayıta düşdüyüm gündən mərhum  şairimiz Vaqif 

İbrahim, yazıçı-publisist Feyzi Mustafayev və başqaları ilə 

dostluq edirəm. 

Vaqif İbrahim haqqında xatirələrimi bir neçə kəlmə ilə izah edə 

bilmərəm. Sumqayıtda ədəbi nəslin yetişməsində, formalaşmasın-

da onun böyük əməyi olmuşdur. O vaxt Respublikamızda çox 

yaxşı tanınan və sevilə-sevilə oxunan şairlərimizdən biri- Əli 

Kərim  şəhərimizə tez-tez gələrdi. Səbəbsiz deyildir ki, onun səsi 

yazılan yeganə maqnitafon lentini də Feyzi Mustafayev təqdim 

etmişdir. Bir dəfə görüşlərin birində Əli Kərim dedi ki, “Sumqa-

yıtda bir poeziya klubu yaratmağın vaxtı çatıb”, biz onun bu arzu-

sunu təəssüflər olsun ki, ölümündən sonra həyata keçirdik. 

Biz üç nəfər Vaqiflə möhkəm mübahisə etmişdik. Hətta bir-

birimizi danışdırmırdıq. Mən gözləyirdim ki, o gəlib öz səhvlə-

rini etiraf etsin, o isə gözləyirdi ki, mən... Nə isə, onun toy 

günündə barışdıq. Bizim aramızda xeyli yaş fərqi var idi. (Mən 

Vaqifdən 7 yaş böyüyəm). Buna görə də özümü haqlı sanırdım. 

Ancaq onun çox vaxtsız və faciəli ölümü məni mühakimə etdi: 



 

De, niyə susursan günahkar kimi, 

Dinlə, heç olmasa sözümü dinlə. 

Məhşər ayağına çəkdin qəlbimi 

Sən öz sükutunla, öz ölümünlə. 

 

Barı duyursanmı məzarın üstə 

Əsən külək mənəm, yağan qar mənəm. 

Sən bagi dünyada haqlısan indi, 

Bu fani dünyada günahkar mənəm. 


 

 

404



 60-70-ci illərlə 80-90-cı illərin ədəbi mühitində oxşarlıq və 

fərqli cəhətləri nədə görürsünüz? 

-60-70-ci illərdə  ədəbiyyata güclü axın idi. Çap olunmaq, 

kitab nəşr etdirmək isə o qədər də asan deyildi. Ancaq bununla 

belə, ədəbi-bədii görüşlər, kitab müzakirələri, poeziya bayram-

ları tez-tez keçirilərdi.  İndi  əsərlərini sevə-sevə oxuduğumuz 

böyük bir sənət ordusu öz imzalarını həmin illərdə təsdiq edib-

lər. Sevimli xalq şairimiz Məmməd Arazdan tutmuş Ramiz 

Rövşənəcən... 60-70-ci illərdə ədəbi əsərlərdə sətiraltı mənalar, 

rəmzçilik, psixoloji ovqat, xarakter, lövhə yaratmaq meylləri 

güclü idi. Bu da təbiidir, dövr belə tələb edirdi. 

80-90-cı illərin ədəbi gəncliyi isə sərt və amansız müharibə 

ilə üzləşməli oldu. İmperiya buxovlarının laxlaması və qırılması 

vaxtına təsadüf etdi. İnformasiya bolluğu, söz azadlığı dövründə 

isə  qəzet və jurnalların da sayı durmadan artdı.  İndi çap olun-

maq asan, imzanı tanıtdırmaq, ümumxalq məhəbbəti qazanmaq 

isə çox müşkül məsələdir. Bütün dəyərlərin pulla ölçüldüyü bir 

vaxtda əsl istedad sahiblərinin kənarda qalmaq təhlükəsi bir az 

da çoxaldı. Yəni, “Pulun var, buyur gəl”. 



-Əsr sona yetir. XXI əsrə gedirik. Özünüzlə yeni əsrə hansı 

ədəbi əsərləri aparardınız? 

-Bu siyahı çox uzundur və deyim ki, onları konkret şəkildə 

göstərmək də  çətindir. Axı, XXİ  əsrə  nə qalıb ki? Ancaq M.S 

Ordubadinin “Qılınc və qələm” əsərini həmişə stolumun üstün-

də görmək istərəm. 

 -İstedad və vergi! Bu anlayışlara münasibətiniz? 

-İstedad və vergi! Bu anlayışların hər ikisinə müsbət münasi-

bətdəyəm və hər ikisini qəbul edirəm. Onları inkişaf etdirmək, 

doğru-düzgün məcraya yönəltmək üçün tər tökmək, zəhmət 

çəkmək lazımdır. Zəhmətsiz istedad və ya ilahi vergi külçə 

halında olan qızıldır. Zəhmət isə zərgərdir. 

-Sumqayıtda  ədəbi mühit necə, formalaşa bilibmi? Son illər 

kimin əsərləri Sizdə maraq oyadıb? 



 

 

405



-Sumqayıtda çox güclü ədəbi mühit formalaşmaqdadır. İndi 

şəhərimizdə Azərbaycan Yazıçılar Birliyinin şöbəsi fəaliyyət 

göstərir. Təkcə 1998-ci ildə 20-yə  qədər yaradıcı ziyalı Azər-

baycan Yazıçılar Birliyinə üzv olublar. Yaradıcılığını heyran-

lıqla izlədiyim Məmməd  İlqarın, Zirəddin Qafarlının, Gülbala 

Mehdinin, Sabir Yusifoğlunun,  İbrahim  İlyaslının, Sabir 

Sarvanın, Əyyub Qiyasın, Elçin Elgünün, Mehdi Cəlalın, Füzuli 

Sabiroğlunun, Nadir Azayoğlunun, nasirlərdən Almaz 

Sahilənin, Hafiz Nəzərlinin, Gülnarə  Cəmaləddinin, Mənsurə 

Göyxəzərin və onlarla başqalarının adlarını çəkmək istərdim.. 



-70-ci illərdə Siz şeirlərinizin birində yazırdınız ki, övladım 

olsa idi adını  Səadət qoyardım. Arzunuza çatmısınız.  Şeirin 

yaranma tarixindən danışsanız pis olmazdı. 

-O şeirin adı da “Səadət”dir. Həmin yazı 1966-cı ildə yaranıb 

və  səhv etmirəmsə, elə  həmin illərdə “Ulduz” jurnalında çap 

olunub. Mən ilk övladımın yolunu düz on iki il gözləməli 

olmuşam: 

On iki ildir ki, çıxmısan yola, 

Çatmısan mənzilə fəqət bu gün sən. 

Bir məsum, bir körpə qız ola-ola, 

“Yox-yox”, “olmaz-olmaz” hasarı üstdən, 

Ölmüş arzuların məzarı üstdən 

Necə sıçramısan, necə gəlmisən?! 

 

Yat, qızım, yorğunsan, gərək yatasan

Səni oyadaram mən öpə-öpə. 

Yalanmış-bir dəfə doğulur insan, 

İnsan doğularmış ikinci dəfə.... 

 

Bəs nə üçün Səadət? Bir gözəl türk adı tapa bilmirdimmi? 



Bu ad xalqımızın azadlıq, xoşbəxtlik, müstəqillik arzularını 

ifadə etdiyindən onu da öz doğma hisslərimə- övlad arzularına 

qoşmuşam. Necə deyərlər. “Bir gülləyə iki ov vurmaq istəmi-



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə