Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə81/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   77   78   79   80   81   82   83   84   ...   88

 

 

395



Aman Allah kimlər düşdü yadıma, 

Dəli olmaq istəyirəm bu gecə... 

 

Alışıram, qovruluram hər gecə

Uzandığım yorğan-döşək odlanır. 

Bu dünyada qalan ömrüm beləcə, 

Cavan ölən dotlarımdan utanır. 

 

Dost itkisi ürəyimə  xəncər kimi sancılıb. Vətən itkisi-

Qarabağ itkisi isə belimi qırıb: 

 

Azadam, xoşbəxtəm deyə, 



Səs saldım bütün ölkəyə. 

Sevincdən hoppandım göyə, 

Düşəndə torpaq olmadı. 

 

6. Yəqin ki ədəbiyyatımızın bu günü haqqında gedən 

söhbətlərdən xəbərin var. Yenə  də  hər kəs öz işindədi, bu 

sizi incidirmi? 

-İstedadına güvəniləsi çoxsaylı  gənclərimiz var.... keçmişi 

bəyənməmək həmişə  dəbdə olub. Məşhurlardan biri deyib ki, 

“keçmişinə” güllə atanları, gələcək  topdan atəşə tutacaq. “Uşaq 

öyrənə bilmədiyi dərsdən qaçan kimi biz də klassiklərimizi 

dərindən öyrənmək  əvəzinə, çox vaxt onları  bəyənmirik.Belə 

yerdə  Rəsul Rzanın bir fikri yada düşür:” Bəyənməməyin, 

bilməmək kimi atası var”. 

Bizim hımişə  məbəd kimi baxdığımız yazarlar birliyinin 

adına deyilən, əslində ona yaraşmayan fikirlər məni də ağrıdır. 

Gənclərimizin qrup halında birliyi tərk etmələrinə pis baxıram...     

Ancaq M.Füzuli heç bir yaradıcılıq Birliyinin üzvü olmayıb. 

Deməli Birliyin üzvü olmadan da yaxşı sənət nümunələri yarat-

maq olar. Bir də ki, müdriklərimizin gözəl bir kəlamı var:” 

Dəyirman öz işindədir, çaxçax baş ağrıdır.” 



 

 

396



7. Doğrudur indi kitabın var demək bir az şit səslənir, 

amma soruşum; son illərdə kitab çap etdirmisinizmi? Yox-

sa, nədən çap etdirmirsiniz? 

-Son dövrlərdə “Ürəyim Allah evidir”, “Dağlar sizdə  nəyim 

qaldı” kitablarım işıq üzü görüb. Yeni şeirlər kitabımı hazır-

lamaq istəyirəm. Fikrət Sadıq deyir ki: “Daha kitabın kitabı 

bağlanıb..”ancaq bu həqiqətdir ki, heç bir kompüter kitabı əvəz 

edə bilməz. Kitabı istədiyin vəzyyətdə oxuya, qeydlər apara 

bilərsən. Heç bir texniki vasitə “kitab xışıltısının yerini verməz. 

“Son zamanlarda maddiyatın mənəviyyatı üslənməsi tendensi-

yası açıqca hiss olunmaqdadır. Sanki insanlar özlərini madiy-

yatın yanında daha rahat hiss edirlər. Bəşəriyyətin bəsirət gözü 

bağlanmağa doğru gedir. Məncə dünyada gedən bu qədər qır-

ğınlar, dağıntılar, müharibələr də bunun nəticəsidir. Mənəviy-

yatsız yaşamaq mümkün olmadığı kimi maddiyyatsız da möv-

cud olmaq mümkün deyil. 

 

8. Ailənə yaxından bələd olmasam da bilirəm ki ailə sahibi 

kimi həmişə var olmusan. Onların sənin işində bir üstün-

lüyü olubmu. Onların yardımını hiss etmisənmi? 

-Ailə söhbətinin yeri olmasa da sizin sualınızı cavabsız qoymaq 

istəmirəm. Həm də səmimi cavab verməyi özümə borc bilirəm. 

12 il övlad yolu gözləmişəm....  Əvvəllər də  dəniz kənarında 

yaşayardım. Ancaq övladsız evimizin havası çatmırdı.  İkinci 

dəfə ailə həyatı qurandan sonra qəbristanlığın yanında kirayədə 

yaşayırdıq. Orada 7 il əvvəlcədən adını qoyduğum Səadət 

balam dünyaya gəldi: 

 

Bir zaman başımdan aşardı sərvət, 

Nəsə qapamışdı gözümü orda. 

Səadət yox idi, təkcə Səadət, 

Mən tapa bilmirdim özümü orda 

Bəs indi nəyim var? 



 

 

397



Nə var, nə dövlət.... 

Yanımda bir körpə nəfəsi çağlar. 

İndi bir balam var-adı Səadət, 

Köksümdə yaşamaq həvəsi çağlar. 

 

Elə ki götürrəm qucağıma mən, 

O, qalxıb oynayar qollarım üstə. 

Elə bilərəm ki, göy qübbəsindən 

Ulduzlar tökülür yollarım üstə. 

 

Dost-tanış yanında ünvanım, adım 

Üfüqlər də mənə yaxındır, yaxın. 

Dəniz kənarında xoşbəxt olmadım, 

Xoşbəxtəm yanında qəbristanlığın. 

 

Bu yaxınlarda ömür-gün yoldaşımın səhhətində çox prob-



lemlər əmələ gəlmişdi. Onu Rusiyada yaşayan oğlanlarımın ya-

nına apardım. Moskvada, Smolenskdə, Vyazmada həkimlər bir 

çarə tapa bilmədilər. Dostlarımın təkidi ilə Azərbaycana qayıt-

dıq. Burada da eyni sözlər... “Ömrünün sonuna 1 ay qalıb dedi-

lər”. Təsəvvür edirsinizmi bu nə deməkdir?.. Özünə heç nə bil-

dirmədik. Sinif müəllimi işləyən qızım Səadət rus, ingilis dillə-

rində tibbi biliklərə aid çoxlu kitablar oxudu, gecə-gündüz yat-

madı  və ev şəraitində sevimli anasını  təbii üsullarla müalicə 

etməyə başladı. “Ömrünün sonuna cəmi 1 ay qalmış “həyat 

yoldaşımı 1 ildən sonra rentgenə apardıq. Nəticə həkimləri hey-

rətə gətirdi.” Nə etmisiz? “Bunun kim sağaldıb?” ”Ağ ciyərində 

qara ləkələr yoxa çıxıb”-dedilər. “Ömrünün sonuna 1 ay qalan” 

ömür-gün dostum hələ də yaşayır, onu yenidən həyata qaytaran 

övladlarının, xüsusən də qızı Səadətin anaya olan dərin məhəb-

bəti oldu. Üç oğlum-Rövşən, Fuad və Cavid Rusiya vətəndaşı-

dırlar. Həmişə ermənilərin Qarabağı  işğal etmələrində günah-

landırdığım Rusiya dövlətində bir parça çörəklərini qazanırlar. 



 

 

398



Azərbaycanda iş tapa bilmədikləri üçün vətəni tərk ediblər. 

Təkcə oğlum Şahin yanımdadır. Üç ildir ki, 11 il işlədiyi idarə-

dən bir qurğu qurub öz ərizəsi ilə  işdən çıxarıblar. Üç körpə 

uşaq, (ikisi məktəbli) məcburi köçkün olan anam-bir sözlə 8 

nəfər ailə üzvü mənim himayəmdədir. Oğlum  Şahinə münasib 

iş tapmaq üçün döymədiyim qapı, getmədiyim yer qalmayıb. 

Kiçicik imkanım daxilində həmişə üzlərinə qapı açdığım adam-

lar öz qapılarını üzümə bağlayanda nə hisslər keçirdiyimi bir 

Allah bilir: 

 

Bu qədim dünyaya, əzəl dünyaya, 



Haray sala-sala, səs sala-sala

Məzarı özündən gözəl dünyaya, 

Mən niyə gətirdim sizi, ay bala?! 

 

Bu ki atasından xəbərsiz olan 

Arsız adamların dünyası imiş. 

Gedəndən qoparan, gələndən alan 

Xırsız adamların dünyası imiş... 

 

Ruhi sarsıntılar keçirdim... Səhhətimdə ciddi problemlər 



yarandı... az qala yolumu o biri dünyadan salacaqdım ki, yenə 

də övladlarım Səadət və  Şahin başımın üstünü aldılar. Məni 

yenidən həyata qaytardılar. Bütün bunlardan bir neçə ay keçmə-

mişdi ki, Bakı şəhərində Milli Teatrın qarşısındakı dairəvi yolda 

yolu keçmək istəyərkən məni maşın vurdu sərdi asfalta. Necə 

deyərlər: “Əri döymüş arvadı, it də qapdı bir yandan...” üç-dörd 

ay  əziyyət çəkdim. Yenə  də övladlarıma, nəvələrimə minnət-

daram. Rusiyada yaşayan qız nəvələrim internetdə  məni görən 

kimi baş-başa verib, xorla oxuyurlar: 

 

Bayu-bayu, ba-ba-ba, 



Harda qaldı bu baba. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə