Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə82/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   78   79   80   81   82   83   84   85   ...   88

 

 

399



Hava yaman soyuqdur

Nə işıq var, nə soba. 

 

Yollar yordu babanı, 

Maşın vurdu babanı. 

Bir köhnəlmiş jiquli 

Qıçın qırdı babanın

 

Bu, mənə xüsusi ləzzət verir. Əsaya söykənə-söykənə bir 



təhər hərəkət edirdim.... Məni təkidlə bir görüşə çağırdılar. 

Həmin görüşə dilimdə bu misralar çırpına-çırpına gəldim: 



 

Əlində qara əsa, 

Yanını basa-basa. 

Şair görüşə gedir 

İndi Allah qoymasa... 

 

Nə isə... hər il məzuniyyətimi Rusiyada yaşayan nəvələrimin 



yanında keçirirəm. Smolensk vilayətində, orada məskunlaşan

ürəyi vətən həsrəti ilə çırpınan, vətən təəssübü çəkən elə qeyrət-

li övladlarımız var, onların haqqında saatlarla, bəlkə də lap gün-

lərlə danışmaq olar... 



 

9. Bibin oğlu-jurnalist dostum Nemət Veysəlli ilə bir söhbət 

eləmişdim elə bu rubrikada və elə o söbhətə görə ona bir 

şirinlik veriblər. Mənə özü dedi bunu və üstəlik də bildirdi 

ki, aldığımdan 25 manat da sənə verəcəm. Bu işin üstündən 

bir neçə ay keçir.. ya bu gün. ya sabah... bir xəbər yoxdu. 

Niyə belə eləyir o? 

-Maraqlanaram... Sənə kişi kimi söz verirəm:  əgər bu yazıya 

görə mənə də bir şirinlik çatarsa onun hamısını sənə verəcəyəm. 

 



 

 

400



10. Sumqayıtda daimi məskən saldın. Darıxmırsan ki ora-

larda? 

-Balıq suya öyrəşən kimi Sumqayıta öyrəşmişəm. Bir də  nə 

etmək olar? Kəndi-kəsəyi olmayan bir insan üçün heç olmasa 

Sumqayıtın olmasının özü böyük bir nemət deyilmi? 

Gizlətmirəm, Bakı çox gözəl, səliqə-səhmanlı  şəhərdir. 

Şərqlə-qərbin memarlıq incilərini özündə sintez edən bu ecaz-

kar  şəhər haqqında xarici qonaqlar da ağız dolusu danışırlar. 

Ancaq bütün bu gözəlliklərlə yanaşı, küçələrin darısqallığı, 

binaların az qala bir-birinin qarnına geyindirilməsi, yaraşıqlı 

körpülərinə, yeni bərbəzəkli metro dayanacaqlarının artmasına 

baxmayaraq, yollardakı  tıxaclar, hava çatışmazlığı  mənə  sıxıcı 

gəlir. Sumqayıtda özümü 

daha rahat hiss edirəm. 

Amma hərdən yaxın dost-

lar üçün bərk darıxıram. 

Həmyaşıdlarımla az-az gö-

rüşür, cavanlarla isə ayaq-

laşa bilmirəm. Rəsul Rza 

demişkən: “Eh andıra qa-

lasan səni görüm, qocalıq”. 

Öz aramızdı, Musa Yaqub 

da gözəl deyib ha: “Deyi-

rəm anamız torpağın üstdə 

yaşaya bilsəydik ölənə 

kimi.” 

11. Səndən nəyi soruşmağı unutdum? Məndən nə soruşmaq 

istərdin? 

-Sən məndən hər şeyi soruşdun... Mən isə sənə heç nə deyə bilmə-

dim. Səndən soruşmaq istərdim: öləziyə-öləziyə sönən ocağı 

yelpikləməkdə nə məqsədin var? Niyə qoymursan başımızı girlə-

yək?! 

 

TOFIQ ABDİN  

(şair, publisist)

.

 



 

 

401



ƏŞRƏF ŞƏFİYEV: QARABAĞ BİZİ QINAYIR 

vizit kartoçkası 

 

Əşrəf Şəfiyev 1938-ci ildə balıq bürcü altında Füzuli rayo-

nunun Ağbaşlı  kəndində anadan olmuşdur. Ali təhsillidir. 

Azərbaycan Dövlət Universitetinin fars filologiyası fakültəsini 

bitirmişdir. Bütün ömrünü mədəniyyət işinə  həsr etmişdir. 

Şahmat klubunun, poeziya klubunun, Şəhər Mədəniyyət Evi-

nin, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının 

direktoru,  Şəhər Mədəniyyət  Şöbəsinin müdiri vəzifəsində 

çalışmışdır. Hal-hazırda Mədəniyyət  İşçiləri Həmkarlar  İtti-

faqı Sumqayıt  şəhər Komitəsinin sədridir. Sevdiyi yazıçı 

M.S.Ordubadidir. Füzuli poeziyasının aşiqidir. Aktyorlardan 

daha çox Ələsgər Ələkpərovun sənətinə hörmət edir. Kişilərdə 

vətənpərvərliyi, mübarizliyi, istiqanlığı xoşlayır. Laqeydlik və 

satqınlıq düşmənidir. Sevdiyi rəng bənövşəyi rəngdir. İlin yaz 

fəslini xoşlayır.  Ailəlidir 5 uşağı 2 nəvəsi var. 

 

-Əşrəf müəllim, Siz Sumqayıtdan 10 yaş böyüksünüz, Yaş 

fərqini necə hiss edirsiniz? 

-Eşidəndə ki, mən Sumqayıtdan 10 yaş böyüyəm, məsulliyət 

hissim qat-qat artır. Boş  və  mənasız ötürdüyüm günlərin, ay-

ların, bəzən hətta illərin sızıltısı qəlbimi göynədir. Altmış yaşın 

xofu üz-gözümü qarsır: 

 

Ayaqlarım-öküzlərim, 

Doğmalarım, ekizlərim 

Darta bilmir fərsizlərim

Kotanım daşa dirənib. 

 

Əkilməyən bağ kimiyəm, 

Bitməyən yarpaq kimiyəm. 

Mən dünyada yox kimiyəm. 

Yaşım altmışa dirənib. 



 

 

402



-50 il əsrin yarısı deməkdir. Sizcə 50 il ərzində Sumqayıt 

necə inkşaf etmişdir? 

-Bəli, 50 ildir ki, taleyimizin şəhəri olan Sumqayıt gözləri-

mizin qabağında böyüyür. Bu bir həqiqətdir ki, Sumqayıt ilan 

mələyən çöllərdə insan əməyinin möcüzəsidir. Vaxt var idi, onu 

dostluq  şəhəri, qardaşlıq  şəhəri, gənclik  şəhəri adlandırırdılar. 

Əksəriyyət zavodların bu şəhərdə təmərküzləşməsi Sumqayıtın 

daha da böyüməsinə, genişlənməsinə  səbəb olmuşdur. O 

zamanlar alimlər hesablayırdılar ki, Azərbaycanın yeraltı, yer-

üstü sərvətlərindən istifadə etmədən də, təkcə Sumqayıtdakı 

zavodlardan  əldə edilən gəlirlə xalqımızı firavan yaşatmaq 

olar... Bəs indi? Zavodlar dayanıb, fəhlələr işsiz-gücsüz, “qul 

bazarlarında” çörək pulu tapmaq üçün günlərlə  iş axtarmalı 

olurlar. Təbii sərvətlərimiz isə çox ucuz qiymətlərlə satılır... 

-Sizi Sumqayıtın ilk yazarlarından sayırlar. İlk şeirləriniz, ilk 

yaradıcı dostlarınız haqqında bir neçə  kəlmə danışmağınızı 

xahiş edirəm

-Mən bu şəhərdə 1963-cü ildən yaşayıram. Məndən əvvəl də 

burada tanınmış  qələm sahibləri olub. Mərhum  şairlərimizdən 

Qulam Feyzullayevin, Zöhrab Abdullayevin, Hafiz Baxışın və 

başqalarının adlarını çəkmək olar. 

Mən ilk şeirlərimi bu gün erməni tapdağında qalan, adı 

çəkiləndə ən azı dodaqlarım səyriyən, gözlərim yaşaran Füzuli 

rayonunun Ağbaşlı  və Yuxarı Veysəlli kəndlərində yazmışam. 

O yazıların bir qismi “Araz”, “Kirovabad Kommunisti”, 

“Azərbaycan”, “Kirpi” və başqa qəzet və jurnallarda çap olun-

muşdur. Uzun illər Sumqayıtda məsul vəzifələrdə  işləyən 

Zöhrab Abdullayev o zaman Füzuli rayonunda “Araz” qəzetin-

də çalışırdı. Mənim yazılarım haqqında ilk söz deyənlərdən biri 

də o olmuşdur. Sonra Rəsul Rza, Süleyman Rüstəm,  İlyas 

Əfəndiyev, Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Bəkir 

Nəbiyev, Xəlil Rza Ulutürk, Cabir Novruz və başqa məşhur 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə