Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə84/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   80   81   82   83   84   85   86   87   88

 

 

406



şəm”. Ancaq yaxşı ki, ədəbi aləmdə o şeiri bir mənalı qarşı-

layıb, uşaq istəyi kimi yozdular. 



Övladlarınızdan Sizin yolunuzu davam etdirən varmı? 

-Səadət, Rövşən, Şahin ədəbiyyatı çox sevirlər. Bədii əsərlər 

oxuyur və hərdən mənimlə mübahisə də edirlər. Mənə elə gəlir 

ki, Rövşən hərdən yazır da... Ancaq mən bir dəfə ona zarafatla 

anlatmışam ki, hamımız  şair olsaq, ac qalarıq. Ona görə  də 

övladlarımdan heç biri mənim yolumu davam etdirmirlər. Məni 

görürlər də, gözlərinin qabağındayam... 



-Siz Füzuli rayonunun Veysəlli kəndindənsiniz. Rayon iş-

ğal olunanda öz ürək ağrılarınızı qəzet səhifələrinə köçürdü-

nüz. Doğrusu həmin məqalə bizim də ürəyimizi ağrıtdı. 

- O yerlərin adı  gələndə  təkcə ürəyim yox, bədənimin hər 

yeri sızıldayır. Danışmalı dərd deyil, qardaş. Adam xırda bir şey 

itirəndə onu günlərlə, aylarla, bəzən lap illərlə gəzir, axtarır. Biz 

Vətən itirmişik, Vətən!.. 

 

Öldü kəndim, arxam-gümanım öldü, 

Ey Vətən, torpağın, daşın sağ olsun. 

Mənim yaşamağa inamım öldü, 

Bir deyən olmadı-başın sağ olsun. 

 

-Torpağımızın itkisində hamını günahlandırırıq. Prezidentdən 

tutmuş qundağda olan körpəyə  qədər. Görünür nəsə edə bilmə-

mişdik və yaxud etmək istəmirdik. Sizcə əsl günahkar kimdir? 

-Qundaqdakı körpənin nə günahı? Bu suala da şeirlə cavab 

vermək istəyirəm: 



 

Xəmiri yoğrulub yapılmayınca  

Təndirdən inciyib küsmək nahaqdır.  

Yaxşı buyuranın tapılmayınca 

Yaxşı yüyürənim olmayacaqdır. 

 


 

 

407



-Yunan filosoflarından biri deyir ki, pul itəndə çox şey itir, 

dost itəndə hər şey itir, inam itəndə isə insan ölümə məhkum 

olur. Bu kəlama Sizin fikrinizi bilmək istərdik. 

-Əsrlərin sınağından çıxmış çox obrazlı deyilmiş fikirdir. 

Azərbaycan yazıçısı  Əlibala Hacızadənin də buna oxşar bir 

kəlamı var: “Heç kəsin inamını öldürmə  oğlum!- inam öldür-

mək insan öldürməyə bərabərdir!”  

-Sizi Sumqayıt yazıçılarının atası adlandırırlar. Bunun özü 



böyük bir məsuliyyətdir. Bu məsuliyyəti çiyninizdə    daşımaq 

çətin deyilmi? 

-Məni Sumqayıt yazıçılarının atası adlandırırlarsa, bu, çox 

böyük məsuliyyətdir. Etiraf edirəm ki, mən heç öz övladlarıma 

əməlli-başlı atalıq edə bilməmişəm, o ki qaldı, Sumqayıt ədəbi 

qüvvələrinə. Məncə bu ondan irəli gəlir ki, mən qələm dostla-

rımın, xüsusən də, gənclərin uğurlarına sevinir, yeri gələndə on-

ları  təqdir etməyi bacarır və  ədəbi məclislərdə, mətbuatda on-

ların uğurlarından ürək dolusu danışa bilirəm. İmkanım olanda 

qayğılarına da qalmaq istəyirəm. Övladlarım haqqında yazdı-

ğım bir şeirin misraları yadıma düşür: 

 

Xəstəydim, əliniz tutdu əlimdən, 



Neçə yol gəldiniz, getdiniz, bala. 

Sizə bir atalıq etməsəm də mən, 

Siz mənə oğulluq etdiniz, bala. 

 

Kaş məni, Sumqayıtda ədəbi gəncliyin atası hesab edənlərin 

arzularına laiq olaydım... 

 

Aygün HACIYEVA 



Eyruz MƏMMƏDOV, 

“Sumqayıtım mənim” kitabından  


 

 

408



SAĞ OL, QARDAŞIM ƏŞRƏF 

Atdılar zindana Xəlil Rzanı, 

Müşfiqi yenidən güllələdilər. 

Əşrəf Şəfi 

 

Sağ ol, qardaşım Əşrəf, 

Ağlatdı şeirin məni. 

 

Qansız generalların 



Ağlamadım önündə. 

 

Dolu avtomatların, 



Paqonlu cəlladların ağlamadım önündə. 

 

Ömrün qanlı-qadalı, qasırğalı günündə 



Növ-növ istintaqların, 

 

Qan içən, ət çeynəyən 



Stajlı alçaqların ağlamadım önündə. 

 

Ağlatdı şeirin məni. 



Dibsiz zülmətxanada görünmədi göz yaşım. 

 

Baş daşına bənzəyən divarlar arasında 



Paslı, tikan məftilli hasarlar arasında 

 

Biləkləri bağlayan, 



Ciyərləri dağlayan qübarlar arasında 

 

Görünmədi göz yaşım, 



Şeirin ağlatdı məni.. 

 

Təyyarə qanadında gətirmişdi Firəngiz, 



Bakıdan Moskvaya- “Azadlıq paytaxtına”! 


 

 

409



Çıxardı çantasından əlləri əsə-əsə, 

Oxudum birnəfəsə, yaş yandırdı gözümü, 

 

Bütün pəhləvanlardan 



Güclü sandım özümü. 

 

2000 kilometri birnəfəsə adlayan 



Simurq quşudu şeirin. 

 

Su istəsə göz yaşı, ət istəsə can verim 



Simurq quşudu şeirin. 

 

Sağ ol qardaşım Əşrəf, çıraq oldun gözümə, 



Hərlənən planetin gücü gəldi dizimə. 

 

Oxudum mərd şeirini, 



Kirpiyimdə göz yaşı. 

 

Göz yaşı uçdu getdi 



Dibsiz qaranlıqları 

 

Darmadağın eyləyən 



İldırımla yanaşı! 

Oxudum hər sətrini, kirpiyimdə göz yaşı. 

 

*** 



Xəlil Rza Ulutürk 

Moskva, Lefertova zindanı, 5 nisan 1990

 

 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə