Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə86/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   80   81   82   83   84   85   86   87   88

 

 

416



Sənin o ağ dünyan “ağ” içindədir. 

Daha hansı rəng var ağdan o yana? 

Divarı nədənmiş o qara baxtın?- 

Söküb çıxmaq olmur baxtdan o yana. 

 

Mən ancaq yazıram sən çəkənləri



Mənim yazdığımı sən yaşayırsan. 

Heç can saxlamırsan Əzrayıla da, 

Dərdə verə-verə can yaşayırsan. 

 

Yox! Dərdə baş əyməz dərdə can verən, 



Dərdə can verəndir yurda can verən. 

Demə “gələcəyə inamım öldü”, 

Bir deyən  olmadı “başın sağ olsun”. 

Beşiklər asılan tavanlar uçub, 

Ağacdan asılan beşik sağ olsun! 

Nə olsun bu yurda qaranlıq çöküb, 

Beşikdən nur saçan işıq sağ olsun! 

Yurdun pöhrə-pöhrə oğlu böyüyür, 

Türkün körpə-körpə qurdu böyüyür

Sənin öz evində ordu böyüyür, 

O ordu sağ olsun! 

Qoşun sağ olsun! 

 

*** 


Gülbala Mehdi  

2003-cü il 


 

 

417



ŞAİR ƏŞRƏF VEYSƏLLİYƏ 

(60 illik yubileyində deyilmiş təbrik) 

 

Hər şair nəfsiylə  bacara bilmir, 

Hər şair keçəmmir şöhrətdən, addan. 

Hər oğul haramsız çəkiyə gəlmir

Hər oğul halallıq ummur dünyadan. 

 

Səni tez oyatdı şair ilhamın, 



Duydun-bu əzablar haqqa cəmiymiş. 

Dedin: şair olmaq ayağı yalın  

Süngülər ucunda gəzmək kimiymiş. 

 

Avarı sərrastdı, ləngəri ağır, 



Axını tərsinə üzən şairin. 

Qanı qələmindən daşdanıb çıxır, 

Süngülər ucunda gəzən şairin. 

 

Bilirdin-bu yollar gözü qanlıdı, 



Bilirsən-bu yollar Hələbdən keçir. 

Bilirdin-bu yollar üzü qanlıdı, 

Bilirsən-örkəni kələkdən keçir. 

 

Köksüyün altında düşərgələr var, 



Sən-zindan şairi, sürgün şairi. 

Belə olmalıydı, belədi ki, var 

Veysəllidən çıxan türkün şairi. 

 

 



 


 

 

418



Fitnə-fəsadlardan gen yaşayırsan, 

Lələ, bu duyğular sənə doğmadı. 

Çünki bu şəhərdə sən yaşayırsan, 

Sumqayıt bu qədər mənə doğmadı. 

 

İlhamın qoynundan sıyrılıb çıxıb 



Dərədə dumanın, zirvədə çənin. 

Halal qələm tutan əlini sıxıb, 

Halal ürəyindən öpürəm sənin. 

 

*** 



İbrahim İlyaslı 

1998 

 

 

 


 

 

419



 “MƏNİM GƏLƏCƏYƏ İNAMIM ÖLDÜ, 

BİR DEYƏN OLMADI BAŞIN SAĞ OLSUN”. 

 

Əşrəf Veysəlliyə 

 

Şairim, eşitdim bir itkin olub

Gələcək ümidlər çıxıbdır boşa. 

Sənin “gələcəyə ümidin” olub, 

Öldü söyləmisən, olmasın, haşa! 

 

Öldü söyləmisən, demək yasın var, 



Başınız sağ olsun deməyə gəldim. 

İmzanla əllilik bir tanışın var, 

Halın dəyişibmi, bilməyə gəldim. 

 

Səsini eşidib, sədanı duydum, 



Sandım ümidinlə yarımısan Sən. 

Tək bircə beytini göz üstə qoydum

Gördüm taleyimin yarısısan Sən. 

 

Şairim, ümidlər gec ölür axı, 



Ümidlər öləndə biz də ölürük. 

Sən belə söyləmə sevinər yağı, 

Hələ iş dalınca gedib-gəlirik. 

 

Başınız sağ olsun, gec gəldim yasa, 



Vallah, eşidən tək aradım Səni. 

Baxma, əlimizdə titrəyər əsa, 

Ümidlər sultanı sanırdım Səni! 

 

Demə ki, gec gəldim ümid yasına, 



Mən də arzuları dəfn eyləyirdim. 

Nə deyək bu günün bir mollasına, 

Ölmüş arzuları kəfənləyirdim! 



 

 

420



Sən doğru yoldasan, yolundan çıxma, 

Həyat davam edir, canın sağ olsun! 

Ölən ümidlərə gözünü sıxma, 

Ay Əşrəf Veysəlli, başın sağ olsun! 

 

Biri dirilməyir biri ölməsə, 



Ümid insanların güman yeridir. 

Kimsədən incimə yasa gəlməsə, 

Namərd dostlarımız atın səyridir! 

 

Sonbeşik ümidin əlindən yapış 



Titrəyən dizinə təpər olacaq! 

Həyat mübarizə, ya da bir yarış 

Sonbeşik ümidin sağlam olacaq! 

 

Birisi olməsə biri dirilməz, 



Yenə də sinəndə ümid doğular! 

Sənə baş sağlığı verir Əbülfəz, 

Şax tut qamətini, gülər yağılar! 

 

*** 



Əbülfəz Əhməd 

31.03.2015 

 


 

 

421



ƏŞRƏF MÜƏLLİM 

(60 illik yubileyi üçün) 

 

Ustaddı, alimdi, nurdu, şəfəqdi, 

Misilsiz insandı, Əşrəf müəllim! 

Bahar nəfəsimdi mehri-ülfəti, 

Günəşli dövrandı, Əşrəf müəllim! 

 

İftixar tacıdı doğma yurduna, 



Daim havadardı elin mərdinə. 

Amalı dərmandı vətən dərdinə, 

Təbibdi, loğmandı Əşrəf müəllim! 

 

Bir xəzinə olub sənət qüdrətin



Aləmə bəxş edib əqlin, zinətin. 

Xalqın uca tutur qədir-qiymətin 

Əhdinə peymandı, Əşrəf müəllim! 

 

Altmış il ömrünün mübarək çağı, 



Onun xoş günündə kor olsun yağı. 

Dərddən xilas olsun Vətən torpağı 

Yurd adlı cahanda Əşrəf müəllim! 

 

Pənah qüvvət alır onun adından, 



Heç zaman, heç vədə çıxmaz yadından. 

Min ürək qızınan ürək odundan 

Dostluğa ünvandı, Əşrəf müəllim! 

 

*** 



Pənah Mikayılov 

02 mart, 1998-ci il 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə