Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə80/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   76   77   78   79   80   81   82   83   ...   88

 

 

392



SORĞULAR -CAVABLAR 

 

“Altmışıncılar” proyektində 

tanınmış şair-publisist, Əməkdar Mədəniyyət İşçisi 

Əşrəf Veysəlli üçün suallar 

 

1. Sizi mərkəzin yazarlar cəmiyyətində heç görmürük. 

Nədir bu özünəqapanış? Bir inciklikmi var? Dostlardanmı 

xəyanət görmüsən yoxsa....... 

-Siz yaxşı bilirsiz ki, heç gənclik illərimdə də mərkəzin yazarlar 

cəmiyyətində çox görünməzdim.  Əstəğfürillah heç kəsdən 

incikliyim yoxdu. Dostlarım özümdən vəfalıdır. Təsəvvür edin, 

məni dəfələrlə  İctimai Televiziya “Səhər Sovqatı” verlişinə 

dəvət edib. Lakin səhhətimdə olan ciddi problemlər mənim ora-

lara getməyimə mane olub. Bir də ki, indi elə bir zəmanədir ki, 

hər kəsin başı özünə, problemlərinə qarışıb.... 

Bilirsiniz-sizdən ötrü, Fikrət Sadığı, Fikrət Qocanı, Ələkbər 

Salahzadəni, Vaqif Yusflini görməkdən ötrü burnumun ucu 

göynəyir. Amma nə yazıqlar ki, elə “bu gun, sabah” deyə-deyə 

günlərimi yola salıram. Bəzən elə hadisələr baş verir ki, adam 

heç kimə bildirmək istəmir: 

 

Əşrəf, yaşa el içində,  

“El içində, öl içində” 

Adam belə ağır gündə 

Dostu imtahan eyləməz. 

 

2. Çox işlənmiş sual olsa da bilmək istərdim,  ədəbiyyat 



dünyasını seçməyinizdə bir təkan olubmu, yoxsa Allaha 

təvəkkül deyib o zamanın ən gözəl fakültələrindən biri olan 

şərqşünaslığı qazanmışdın? 

-Hələ 4-cü, 5-ci sinifdən  şeir yazardım. Təəsüflər ki, onların 

hamısı bu gün işğal altında olan Yuxarı Veysəlli kəndində 




 

 

393



qaldı. Ədəbiyyat dünyasını seçməyimdə ədəbiyyat müəllimləri-

min-Feyruz  Əliyevin, Nemət Hüseynovun, Ənvər Həşimovun 

və Murad müəllimin böyük əməyi olub. Onların saatlarla 

klassik və çağdaş  ədəbiyyatımızdan ürək çoşğusu ilə söhbət 

açmaları məndə şeirə-sənətə sonsuz maraq yaratmışdır. 

Şərqşünaslıq fakültəsini seçməyim isə sözün əlçatmaz zirvə-

sində  qərarlaşan böyük Füzulini dərk etmək, anlamaq istəyim-

dən irəli gəlib. Etiraf edim ki,indinin özündə  də M.Füzuli 

yaradıcılığında qaranlıq məqamlarım çoxdur. 

 

Əridin şam kimi hey yaza-yaza. 



Keçilməz sədləri şeirinlə keçdin... 

Sənin salamını almadılarsa, 

Mənim salamımı kim alacaq,  kim? 

 

3. Ömür yolu deyilən bir yol təbii ki, hər bir adam üçün 



təkrarsız hesab olunur. Keçdiyin bu ömür yolundan razı-

sanmı? 

-Deyirlər ki, dünyada heç nəyin təkrarı yoxdur, oxşarı var. 

Hətta ağacın yarpaqları da, insan barmaqlarının izləri də bir-

birinin təkrarı deyil.... haçansa oxuduğum yazıda deyilərdi ki, 

adını unutduğum bir rəssam on il göydən düşən qar dənəciklə-

rinin  şəklini çəkib və o da bu qənaətə  gəlib ki, onlar da bir-

birinin təkrarı deyil. Bəlkə də yaşadığımız dünyanın özəllikləri 

də gözəllikləri də bu təkrarsızlıqdadır. Keçdiyim ömür yoluna 

baxanda isə orada çoxlu boşluqlar görürəm. Mən onu bütün-

lüklə ədəbiyyata sərf etməməyimə görə təəsüflənirəm. 

Keçdiyim ömür yolundan razı olsam da, olmasam da o 

mənimkidir... Şirinli-acılı bir ömür yolu.. 



 

Növ-növ oyunlarla baş qatmışam mən, 

Çox vaxt uduzmuşam-bəxtim olmayıb. 

Vaxtı öldürməyə vaxt tapmışam mən, 

Vaxtı yaşatmağa vaxtım olmayıb. 


 

 

394



4. Azərbaycan ədəbiyyatının 60-cı illər havasında sənin adın 

dostların tərəfindən həmişə hörmətlə  çəkilir və yazdığın 

şeirlər uzun illərdir unudulmur və məncə hələ uzun illər də 

unudulmayacaq. Bu fakt olaraq qalır və həyat sənin o illə-

rini bir etap kimi dəyərləndirir. Özünüz bu barədə nə düşü-

nürsünüz? 

-Adımı hörmətlə  çəkən bütün dostlarımın qarşısında baş 

əyirəm. Onların xoşuna gələn bir neçə yazım varsa, özümü xoş-

bəxt sayıram.. Bir dəfə böyük rus şairi Mixail Svetlovdan soru-

şurlar ki, sənin neçə yaxşı  şeirin olar? Cavabında:olsa-olsa üç 

yaxşı şeirim var. SSRİ Yazıçılar İttifaqının 15 000-ə yaxın üzvü 

var. Əgər onların hərəsinin üç yazısı olsa, biz XİX əsri qabaqla-

yarıq-deyir. Doğurdan da 60-cı illər ömrümüzün ən coşqulu və 

qaynar vaxtları idi.. 

 

5. Dostlar itirmişik, onların içində bizimlə çox yaxın olanlar 



da vardı, kimlərin itkisi səni  incidir? 

“-Şairlər hamısı bir ananın övladlarıdır”-deyir Fikrət Qoca. Bu 

baxımdan çoxlu sayda sənət qardaşlarımızı itirmişik, sıralasaq 

böyük bir siyahı alınar. Qoy hamısının ruhu şad olsun. Ancaq 

bizimlə xüsusi və yaxın münasibətləri olanlardan Əli Kərim, 

Xəlil Rza Ulutürk, Məmməd Araz, Sərdar Əsəd, İsi Məlikzadə, 

İsa İsmayılzadə, Ağa Laçınlı, Eldar Baxış, Əhəd Muxtar, Davud 

Nəsib, Tofiq Bayram, Zamin Mahmudov, Vaqif İbrahim, 

Səyavuş Sərxanlı, Elçin Elgün, Ağəddin Mansurzadə, Zülfüqar 

Qodmanlı, Fikrət Cavad, Sabir Rüstəmov, Nüsrət Kəsəmənli, 

Tofiq Mahmud, Tofiq Məmməd, Hikmət Ziya, Rüfət Zəbioğlu, 

Cabir Novruz, Kamran Veysəlli, Akif Səməd,  Əliağa Aslan, 

Şaiq Vəli və ömrünün son dəqiqəsində  də yanında olduğum 

Feyzi Mustafayev.... 

 

Qan ağlayan simlər düşdü yadıma, 

Dürlü-dürlü qəmlər düşdü yadıma. 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə